Tapılan ümumi test sayı : 16

Əsl Azərbaycan sözlərindən ibarət olan sinonimləri göstərin:
A) istedad-bacarıq
B) dairə-çevrə
C) rütbə-çin
D) böyük-iri
E) dünya-aləm
Biri işgüzar sənədlərə daxil deyil:
A) əmr
B) protokol
C) elan
D) arayış
E) tərcümeyi-hal
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) güman və şübhə
B) nitqin hissələri arasında əlaqə
C) təəssüf
D) yəqinlik
E) məlumatın mənbəyi
III növ təyini söz birləşməsi hansı sıradadır?
A) idmançıların biri, onların arzusu
B) səpin yeri, alın yazısı
C) qol saatı, cib dəftərçəsi
D) asılı tərəf, bürkülü hava
E) əli silahlı, beli kəmərli
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) -sa2 şəkilçisi ilə
B) ədatla
C) bağlayıcı sözlə
D) bağlayıcı ilə
E) "əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
"Quşun qanadı" və "təyyarənin qanadı" birləşmələrindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) təkmənalı söz
B) sinonim
C) omonim
D) çoxmənalı söz
E) antonim
Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Morfoloji quruluşuna görə
B) Cümlədəki sözlərin sırasına görə
C) Türk dilləri ilə qohumluğuna görə
D) Lüğət tərkibinin zənginliyinə görə
E) Alınma sözlərin azlığına görə
"Mənim əlim" söz birləşməsinin tərəflərinin qəbul etdiyi   -im şəkilçiləri bir-birindən nə ilə fərqlənir?
A) Birinci tərəfdəki hal, ikinci tərəfdəki mənsubiyyət şəkilçisidir.
B) Hər iki tərəfdəki hal şəkilçisidir.
C) Hər iki tərəfdəki mənsubiyyət şəkilçisidir.
D) Heç nə ilə.
E) Birinci tərəfdəki mənsubiyyət, ikinci tərəfdəki hal şəkilçisidir.
Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin.
A) o, bütün, kim
B) bütün, mən, bu
C) hər, ora, heç kim
D) sən, öz, heç kəs
E) bütün, öz, hər
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) II növ təyini söz birləşməsi ilə
C) məsdər tərkibi ilə
D) isimlə
E) feli sifət tərkibi ilə
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) məna
B) vəkil
C) kitab
D) çinar
E) Südabə
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O da bizim günümüzdədir.
B) O işdən birbaşa evə gəlir.
C) O gün gələcək.
D) O artıq düzəlir.
E) O işləmir, oxuyur.
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) Vurğu ikinci hecaya düşür.
B) Sözün hecaları: xəs-tə
C) 5 hərf, 5 səsdən ibarətdir.
D) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
E) Samitlərin üçü də kardır.
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
A) 2-ci, 4-cü
B) 1-ci, 3-cü
C) 3-cü, 4-cü
D) 1-ci, 2-ci
E) 2-ci, 3-cü
Hansı cümlədə qoşma işlənmişdir?
A) Qarşı səkidə çoxlu adam dayanmışdı.
B) Nazir jurnalistlərə əlavə məlumat verdi.
C) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
D) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
E) Heç vaxt onu tək buraxmazdıq.
Müraciət etiketlərini göstərin.
1. Xanım!                      2. Salam!                  3. Əlvida!
4. Mübarək!                  5. Var ol!                   6. Cənab!
A) 1, 2, 5
B) 3, 4
C) 2, 3, 4
D) 4, 5
E) 1, 6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top