Tapılan ümumi test sayı : 25

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin.
A) anafora və bədii sual
B) epifora və bədii sual
C) təzad və bədii sual
D) anafora və təşbeh
E) anafora və təzad
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Romanın qəhrəmanı İbrahim bəy Azrbaycanın böyük tacirlərindən birinin oğludur.
B) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
C) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
D) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
E) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu, əyanların lovğalığı tənqid olunur.
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır?
A) Misri qılınc
B) Qoşabulaq
C) Dürat
D) Çənlibel
E) Qırat
M.P.Vaqif şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin"
5. "Pəri"
6. "Görmədim"
A) 2, 3, 4
B) 1, 2, 3
C) 1, 3, 4
D) 3, 4, 5
E) 1, 5, 6
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) poema, faciə, komediya
B) povest, əfsanə, faciə
C) qəzəl, hekayə, rübai
D) roman, povest, hekayə
E) qoşma, təmsil, lətifə
Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Əbül-üla Gəncəvi
B) Fələki Şirvani
C) Qətran Təbrizi
D) Mücirəddin Beyləqani
E) Qivami Mütərrizi Gəncəvi
H. Cavid "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah babam, bir də anlı, şanlı babam,
İntiqam almadan inan yaşamam.

 
A) Elxan
B) Rəna
C) Vasif
D) Xavər
E) Arif
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Kəşfül - qəraib"
B) "Kitabi - Əsgəriyyə"
C) "Gülüstani - İrəm"
D) "Mişkatül - ənvar"
E) "Əsrarül - mələkut"
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) Əfzələddin Xaqani
B) İmadəddin Nəsimi
C) Şah İsmayıl Xətai
D) Nizami Gəncəvi
E) Məhəmməd Füzuli
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında  birləşməkdir.
B) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
C) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
D) Torpağı və millətin dilini  qorumaq lazımdır.
E) Övladlar atanın vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
Hanssı söz quruluşca mürəkkəb deyil?
A) qırxayaq
B) böyürtkən
C) quşüzümü
D) günəbaxan
E) qaraquş
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hansılardır?
I. İşıqlar söndü, kino başlandı.
II. Günəş batdı, göylər qaraldı.
III. Yayda bərk yağıntı oldu, taxıl çürüdü.
IV. Qüdrətin böyükdür, çünki insansan.
A) I, IV
B) III, IV
C) I, II
D) I, III
E) II, III
Çoxmənalı sözlər nədir?
A) Yazılışı vı deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
B) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
C) Müxtəlif mənalı ayrı-ayrı sözlərdir.
D) Əks mənalı sözlərdir.
E) Eyni və ya yaxın mənalı sözlərdir.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Haqq yolu doğru yoldur.
B) Doğru sözə zaval yoxdur.
C) Dediyim yalan deyil doğrudur.
D) Sözün doğrusu həmişə acı olur.
E) Bu gün doğrusu heç halım yoxdur.
Əzizləmə mənalı düzəltmə ismi göstərin:
A) qulaqcıq
B) uşaqcığaz
C) gəlincik
D) bağça
E) meydança
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) rəsmi-işgüzar
B) bədii
C) elmi
D) məişət
E) publiistik
"Vətəni semək niyə
Günah olur, ay Allah"
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) məsdər tərkibi ilə
B) isimlə
C) ismi birləşmə ilə
D) məsdərlə
E) sifətlə
"Sən də, Murad sa karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm orfoqrafik, həm orfoepik
B) orfoqrafik
C) orfoepik
D) qrammatik
E) leksik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Elə danış ki, mən başa düşüm.
B) Yəni bunu da bilmirsən?
C) Elə hamı mən deyəni deyir.
D) Ümidimiz ancaq sənə qalıb.
E) Barı sən məni unutma.
"Mənim qapım hər kəsin üzünə açıqdır" cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin.
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir
5. açıqdır - feldir, indiki zamandadır
 
A) 2,4
B) 1,2
C) 1,2,3
D) 3,4
E) 2,4,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top