Tapılan ümumi test sayı : 31

Hansı cərgə omonimlərdən ibarətdir?
A) balaca, maşın, baxmaq
B) iş, neft, qazmaq
C) bez, daş, ov
D) ürək, könül, yaş
E) qaz, kiçik, ev
Hansı cümlələrdə frazeoloji birləşmələr antonimlik təşkil edir?
1. Hasan paşanın bu tədbiri xotkarın xoşuna gəldi.
2. Birdən-birə qopan gurultudan Mələk dəhşətə gəldi.
3. Taclı qəlbində doğan həyəcandan vəcdə gəldi.
4. Beş min qızılbaş hərəkətə gəldi.
5. Eldarın bu etinasızlığı İbrahim xanın acığına gəldi.
A) 1, 3
B) 2, 4
C) 1, 2
D) 1, 5
E) 4, 5
M.Hüseynin "Yeraltı çaylr dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) Müdhət haqqında qara xəbər aldıqda özünü öldürmək istəyir.
B) Xəstəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
C) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
D) Həssas, iradəli və cəsarətli bir qadındır.
E) Ailəsinə, ocağına sadiq bir qadındır.
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) zəif-güclü
B) nainsaf-rəhmdil
C) isti-soyuq
D) aləm-nəşə
E) sülh-müharibə
S.Ə.Nəbatinin aşağıdakı şer parçasında işlənmiş bədii təsvir vasitəsini göstərin:
"Qaşı fitnə, gözü cadu,
Üzü lalə, xalı hindu.
Mina gərdan, saçı qarqu,
Gül buxağın tər yaradıb."
A) təşbeh, metonimiya
B) təşbeh, epitet
C) metafora, epitet
D) epitet, simvol
E) təşbeh, metafora
Nizami hansı əsərinin başlanğıcında bədii sözün qarşısında böyük vəzifələr durduğunu göstərərək yazmışdır:
Var doğru yazmağa, madam ki, imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Qiymətdən salmışdır sözü yalnlar,
Doğrunu danışan möhtəşəm olar.
A) "Sirlər xəzinəsi"
B) "İsgəndərnamə"
C) "Xosrov və Şirin"
D) "Yeddi gözəl"
E) "Leyli və Məcnun"
Nəzmi nəsrdən fərqləndirən əlamətlər hansılardır?
A) Süjet və kompozisiyaya malik olması
B) Həyat hadisələrinin bədii, obrazlı təsviri
C) Ahəngdarlıq, vəzn, daxili bölgü, qafiyə
D) Tərbiyəvi təsirə malik olması
E) Bədii təsvir və ifadə vasitələrindən istifadə
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa Qarqar.
... qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar
.
Aşıq Ələsgərin "A yağa qar, qar" təcnisindəki bu bənddə buraxılmış sözü göstərin:
A) Şuşa
B) Qoşqar
C) Laçın
D) Göyçə
E) Dağlar
M.Şəhriyarın "Heydərbabaya salam"  poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə Şəhriyarın özünün də bədii obrazı canlanır.
B) Poema iki hissədən ibarətdir: birinci hissədə 77, ikinci hissədə 48 bənd var.
C) Bəndlərin hər biri 5 misradan ibarətdir, qafiyə quruluşu "aaabb" şəklindədir.
D) Poema xalq həyatının təsviri, milli adət-ənənələr öz əksini tapmışdır.
E) Epik poemadır, vahid süjet xətti vardır.
M.F.Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" komediyasının baş qəhrəmanı:
A) Zeynəb
B) Səkinə
C) Tükəz
D) Sona
E) Pərzad
Bunlardan biri "İblis" faciəsindəki Vasif obrazını səciyyələndirir:
A) Öz vəzifə borcuna sadiq olan qeyrətli bir zabit
B) Başqalarının sərvətini mənimsəmək üçün onları məhv edən qatil
C) Bir haqq divanəsi, filosof təbiətli insan
D) Tamahı ucbatından xəyanətə yuvarlanan dönükləri cəzasına çatdıran hakim
E) Hamıdan qaçan, insanlara və həyata biganə olan bir səfil
M.Füzulinin hansı əsərləri nəzmlə yazılmışdır?
I. "Ənisül-qəlb"
II. "Bəngü badə"
III. "Səhhət və Mərəz"
IV. "Rindü Zahid"
A) I, IV
B) III, IV
C) I, II
D) I, III
E) II, III
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz,
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtombil minməyiriz.
Şer kimindir?
A) Ə.Qəmküsar
B) M.Möcüz
C) M.Ə.Sabir
D) M.Hadi
E) S.Ə.Şirvani
S.Ə.Nəbati və S.Ə.Şirvani yaradıcılığı üçün ortaq əlamət hansıdır?
A) Dövrün ictimai eyiblərini tənqid edən şerlərin yazılması
B) Maarifçlik ideyalarını təbliğ edən şerlərin yazılması
C) Həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində şerlər yazılması
D) Lirik şerlərində məhəbbət mövzusunun əsas yer tutması
E) Yalnız lirik şerlərin yazılması
Hansı cümlədə zərf işlənmişdir?
A) Hirsindən onunəlləri əsirdi.
B) Bu ağacın soyuqdan qorxusu yoxdur.
C) Onun şirin şeydən xoşu gəlmir.
D) Uşaq kənddən ötrü darıxır.
E) Qoca nəfəsini dərmək üçün sözünə ara verdi.
İşarələnmiş sözlərdən ikisi adlıq haldadır:
1. Əmim bu gün qayıdacaq.
2. Xalq şairi şöhrət və titul üçün çalışmamalıdır.
3. Vasif yaxşı tələbədir.
4. Sabahkı məruzə üçün xeyli material topladılar.
5. Dünya bizim hamımızındır.
A) 1, 2
B) 4, 5
C) 2, 5
D) 2, 4
E) 1, 3
"O, əlbəttə, gələcək" cümləsində o əvəzliyindən sonra nə üçün vergül qoyulmuşdur?
A) Özündən sonra modal söz işləndiyi üçün
B) Şəxs əvəzliyi olduğu üçün
C) Xəbərlə uzlaşma əlaqəsində olduğu üçün
D) O - cümlənin mübtədası olduğu üçün
E) Şəxs əvəzliyini işarə əvəzliyindən fərqləndirmək üçün
Feli sifətin sifətlə ortaq əlamətləri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Aid olduğu ismin əvvəlində işlənir.
B) Əşyanın əlamətini bildirir.
C) Cümlədə təyin vəzifəsində işlənir.
D) Necə?  nə cür?  hansı? suallarından birinə cavab olur.
E) Onu izah edən sözlərlə birlikdə tərkib əmələ gətirir.
Verilmiş cümlənin morfoloji təhlilində səhv haradadır?
"Biz ancaq gördüyümüz işlərdən danışmalıyıq"
A) Ancaq-ədat
B) Gördüyümüz-feli sifət
C) Danışmalıyıq-düzəltmə fel, vacib şəkli, təsirli, təsdiq, I şəxsin cəmi
D) Biz-şəxs əvəzliyi, I şəxsin təkində
E) İşlərdən-sadə isim, cəm, çıxışlıq halda
Cümlədəki neçə sözdə səslərin sayı hərflərin sayından azdır?
"Kəşfiyyatçılar elə o saat nə etmək lazım gəldiyini müzakirəyə başladılar."
A) heç biri
B) 4
C) 1
D) 3
E) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top