Tapılan ümumi test sayı : 27

Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdirilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatağıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir və M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 2, 3
B) 1, 2, 5
C) 1, 4, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar                 2. əsatirlər                   3. laylalar
4. nağıllar                   5. oxşamalar
A) 1, 2, 5
B) 2, 3, 4
C) 1, 3, 4
D) 1, 3, 5
E) 3, 4, 5
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Od gəlini"
B) "Nəsrəddin şah"
C) "Sevil"
D) "Dönüş"
E) "Oqtay Eloğlu"
"Bax" qəzəlinin müəllifi:
A) İmadəddin Nəsimi
B) Molla Vəli Vidadi
C) Şah İsmayıl Xətai
D) Məhəmməd Füzuli
E) Molla Pənah Vaqif
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri iə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şer beşlik formasında, heca vəznindədir.
B) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
C) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
D) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
E) Hər iki şer bəndlər şəklindədir.
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
B) "Sələbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
C) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
D) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona", "Məktubatı-Şeyda bəy Şirvani"
E) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
Ağıllı, ədalətli və igid hökümdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır, ölkənin idarəsi unudulur.    Bu sözlər Nizami Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) Bəhramı
B) Şirini
C) Xosrovu
D) İsgəndəri
E) Hörmüzü
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar, apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Vəli xan (C.Məmmədquluzadə)
B) Novruzəli (C.Məmmədquluzdə)
C) Mirzə Səfər (Ə.Haqverdiyev)
D) Heydər bəy (M.F.Axundzadə)
E) Usta Zeynal (C.Məmmədquluzadə)
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) rübai
B) qitə
C) mürəbbe
D) müxəmməs
E) qəsidə
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla bilməz:
A) yığcamlıq
B) intonasiya, jest-hərəkət-mimika
C) dialoji nitq şəklində olması
D) daha çox bütöv cümlələrdən istifadə
E) sərbəstlik
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) asta, bu gün, qəfildən
B) bərkdən, sonra, yavaşca
C) yuxarı, istidən, axşam
D) dünən, xeyli, əlüstü
E) həmişə, indi, çoxdan
Səhv fikir hansıdır?
A) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız tamamlığı və zərfliyi ola bilirlər.
B) Mübtəda ancaq adlıq halda ola bilər.
C) Təsirli halda olan sözlər cümlənin xəbəri ola bilməz.
D) Qeyri-müəyyən yiyəlik hal ayrılıqda heç bir cümlə üzvü ola bilməz.
E) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəlimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 1, 4, 5
B) 2, 4
C) 2, 3
D) 3, 5
E) 1, 5
Biz gündəlik nitqimizdə, əsasən, hansı sözlərdən istifadə edirik?
A) ümumişlək sözlərdən
B) dialekt sözlərdən
C) neologizmlərdən
D) terminlərdən
E) alınma sözlərdən
"Tüstü" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1. 5 səs, 5 hərfdən ibarətdir.
2. İkihecalı sözdür,  vurğu birinci hecaya düşür.
3. İki incə, dodaqlanan, qapalı sait işlənmişdir.
4. Sözdə üç kar samit səs işlənmişir.
5. Ahəng qanunu gözlənilmişdir.
A) 2, 4
B) 2, 3
C) 1, 2
D) 4, 5
E) 1, 5
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) modal söz
B) qoşma
C) ədat
D) sifət
E) nida
"Onu nahaq yerə gözdən salıblar" cümləsinin növünü müəyyənləşdirin:
A) cüttərkibli cümlə
B) şəxssiz cümlə
C) adlıq cümlə
D) ümumi şəxsli cümlə
E) qeyri-müəyyən şəxsli cümlə
"Demişdim" felində "-di" nədir?
A) "-dir" şəkilçisinin tələffüz variantı
B) nəqli keçmiş zaman şəkilçisi
C) "idi" hissəciyinin qısaldılmış forması
D) xəbər şəklinin şəkilçisi
E) şühudu keçmiş zaman şəkilçisi
"Qoyun sözümü deyim də" cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) "sözümü" - bu sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib.
B) "qoyun" sözü əmr ədatıdır.
C) Cümədə iki ədat işlənmişdir.
D) "deyim" sözü felin əmr şəklindədir.
E) "deyim" sözündəki "-im" mənsubiyyət şəkilçisidir.
Hansı xüsusiyyət sabit söz birləşmələrinə aid edilə bilməz?
A) vahid məna bildirir;
B) onların qarşılığını bir sözlə ifadə etmək mümkün olmur.
C) təhlil zamanı bütöv götürülür;
D) onları əmələ gətirən sözlər ilkin mənalarından uzaqlaşır;
E) leksik vahid sayılır;
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top