Tapılan ümumi test sayı : 28

Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələri seçin:
1. Elə oxu ki, eşidən başa düşsün.
2. Bu elə işdir ki, hamıya demək olmur.
3. Vəziyyət elə pisləşdi ki, indi şıxış yolu tapa bilmirəm.
4. Çay elə axırdı ki, suyun hərəkəti hiss olunmurdu.
5. Elə adamdır ki, dindirməsən, dinməz.
A) 2, 5
B) 1, 2
C) 1, 3, 4
D) 1, 4, 5
E) 3, 5
"Küskün" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Sözdə üç kar, bir cingiltili samit var.
B) [ü] - incə, qapalı, dodaqlanan saitdir.
C) Deyilişi ilə yazılışı fərqlənir.
D) Sözün vurğusu ikinci hecaya düşür.
E) Sözdə 6 hərf, 6 səs vardır.
"İmiş" hissəciyi felin hansı şəkilləri ilə işlənmir?
A) şərt və arzu şəkilləri
B) lazım və vacib şəkilləri
C) arzu şəkli və nəqli keçmiş zaman
D) vacib və şərt şəkilləri
E) əmr şəkli və şühudi keçmiş zaman
Ahəng qanununa tabe olmayan sözlərdən biri əsl Azərbaycan sözüdür:
A) həyəcan
B) ildırım
C) ahəng
D) fasilə
E) meydan
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin.
A) -ır, -çı, -ın, -lı
B) -lar, -ıq, -dan, -çı
C) -lar, -ın, -sız, -kı
D) -dan, -kar, -keş, -dar
E) -ca, -çı, -akı, -lıq
"Aparılmışdır" sözünün morfoloji təhilindəki səhvi göstərin.
A) düzəltmə feldir
B) nəqli keçmiş zamandadır
C) təsirsizdir
D) qayıdış növdədir
E) xəbər şəklindədir
Sifətin aşağıda göstərilən cəhdlərindən biri saya af edilə bilməz:
A) isimlərdən və fellərdən düzəlməsi
B) cümlədə əsasən təyin olması
C) isimlə bağlı olması
D) isimləşə bilməsi
E) isimdən əvvəl işlənməsi
Söz birləşmələri  dilçilik elminin hansı bölməsində öyrənilir?
A) sintaksis
B) leksika
C) söz yaradıcılığı
D) morfologiya
E) fonetika
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top