Tapılan ümumi test sayı : 28

"...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir".
N.Nərimanovun bu sözləri ilə C.Məmmədquluzadənin   əsərlərindən birinin əsas ideyasını ifadə etmək mümkündür:
A) "Danabaş kəndinin əhvalatları"
B) "Usta Zeynal"
C) "Poçt qutusu"
D) "Ölülər"
E) "Dəli yığıncağı"
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Axund Səməd
B) Axund Səməd, Mövlana Cəmaləddin
C) Şah Abbas, Yusif Sərrac
D) Sərdar Zaman xan, Mirzə Sədrəddin
E) Mirzə Möhsün, Mirzə Yəhya
"Göydən yer üzünə nurlar tökülür,
Zəmilər, tarlalar üzümə gülür". (S.Vurğun)
Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) metafora
B) təzad
C) epitet
D) təşbeh
E) metonimiya
Biri mənzum dramdır:
A) "Hacı Qara"
B) "Nadir şah"
C) "Vaqif"
D) "Müsibəti-Fəxrəddin"
E) "Oqtay Eloğlu"
C.Cabbarlının hansı əsərində Oqtay Eloğlunun idealı davam etdirilir?
A) "Od gəlini"
B) "Sevil"
C) "Almaz"
D) "Dönüş"
E) "Yaşar"
Bu əsərlərdən biri M.Füzulinin "Leyli və Məcnun" poemasının təsiri ilə yazılmışdır:
A) "Dastani - Əhməd Hərami"
B) Məsihi. "Vərqa və Gülşa"
C) Abbasqulu ağa Bakıxanov. "Mişkatül-ənvar"
D) Əssar Təbrizi, "Mehr və Müştəri"
E) Həqiri Təbrizi. "Leyli və Məcnun"
Məhsəti Gəncəvinin rübailərinin əsas məzmunu:
A) zəmanə hökmdarlarının tənqidi
B) tarixi hadisələrin epik təsiri
C) mədhiyyətçilik
D) məhəbbət, gözəllik və sadə peşə sahiblərinin tərənnümü
E) ayrılıqdan doğan kədər və bədbinlik
Biri Q.Zakirin ictimai məzmunlu lirik şerlərinə daxil deyil:
A) "Badi-səba, söylə mənim yarıma"
B) "Durnalar"
C) "Eylər"
D) "Dost yolu bağlandı, ümid kəsildi"
E) "Gözüm yolda qaldı, könül intizar"
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
B) Yalnız lirik və epik janrları olur.
C) Çoxvariantlı ədəbiyyatdır.
D) Şifahi şəkildə yaranır və inkişaf edir.
E) Ümumxalq təfəkkürünün məhsuludur.
Şah İsmayıl Xətai haqqındakı fikirlərdən biri yanlışdır:
A) Nəsr əsərləri də vardır.
B) Lirik və epik əsərləri vardır.
C) Həm əruz, həm də heca vznində şerlər yazıb.
D) "Dəhnamə" əsərinin müəllifidir.
E) Ana dilində yazdığı divanı dövrümüzə qədər gəlib çatmışdır.
Mürəkkəb ad hansıdır?
A) qızılağac
B) Qız qalası
C) sarıköynək
D) çobanyastığı
E) qazayağı
Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil:
A) Bax sənə deyirəm ha!
B) Uşaqlara yaxşı bax, korluq çəkməsinlər.
C) Onda ki övladı-vətən xam idi,
    Ax, necə kef çəkməli əyyam idi.
D) Qoy var olsun elin varı!
E) Necə yəni gəlməyib?
Sadə söz hansıdır?
A) daraq
B) qoçaq
C) yataq
D) sancaq
E) sınaq
Təyinin ifadə vasitələrindən biri səhv göstərilmişdir:
A) sifət
B) feli bağlama tərkibi
C) feli sifət tərkibi
D) isim
E) işarə əvəzliyi
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) qrammatik və leksik
C) orfoepik
D) leksik
E) orfoqrafik
I növ təyini söz birləşməsindən ibarət cərgəni göstərin:
A) oxuyan uşaq, aatın əqrəbi
B) qızar bulağı, sözü eşidən
C) elmi əsər, tarixi gün
D) telefon zəngi, daş hasar
E) yaxşı iş, kənd yolu
"Vətən oğlu, sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) I növ təyini söz birləşməsi ilə
B) III növ təyini söz birləşməsi ilə
C) II növ təyini söz birləşməsi ilə
D) isimlə
E) sifətlə
Cavabların birində rəsmi üsubun əsas əlamətləri verilmişdir:
A) aydın və qısa şərh, fikrin daha çox standart formalarda ifadəsi
B) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
C) ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
D) sinonmliyə və çoxmənalılığa geniş yer verilməsi
E) ümummiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
Biri frozoloji birləşmə deyil:
A) gözü düşmək
B) bəxti yatmaq
C) xəstə yatmaq
D) oda salmaq
E) üz döndərmək
"Bivəfa" sözünün leksik təhlilindəki səhvi göstərin:
A) Təkmənalıdır.
B) Əsl Azərbaycan sözüdür.
C) Ümumişlək sözdür.
D) Omonim kimi işlənə bilmir.
E) "Sadiq" sözünün antonimidir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top