Tapılan ümumi test sayı : 27

"Aparılmışdır" sözünün morfoloji təhlilindəki səhvi göstərin:
A) xəbər şəklindədir
B) qayıdış növdədir
C) düzəltmə feldir
D) nəqli keçmiş zamandadır
E) təsirsizdir
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin.
A) -ca, -çı, -akı, -lıq
B) -dan, -kar, -keş, -dar
C) -lar, -ın, -sız, -kı
D) -ır, -çı, -ın, -lı
E) -lar, -ıq, -dan, -çı
"İmiş" hissəciyi felin hansı şəkilləri ilə işlənmir?
A) arzu şəkli və nəqli keçmiş zaman
B) əmr şəkli və şühudi keçmiş zaman
C) lazım və vacib şəkilləri
D) şərt və arzu şəkilləri
E) vacib və şərt şəkilləri
Mürəkkəb ad hansıdır?
A) Qız qalası
B) qızılağac
C) çobanyastığı
D) qazayağı
E) sarıköynək
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) qrammatik
C) orfoqrafik
D) orfoepik
E) qrammatik və leksik
Söz birləşmələrini dilçilik elminin hansı bölməsində öyrənilir?
A) söz yaradıcılığı
B) leksika
C) morfologiya
D) sintaktik
E) fonetika
"Küskün" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Deyilişi ilə yazılışı fərqlənir.
B) Sözdə 6 hərf, 6 səs vardır.
C) Sözdə üç kar, bir cingiltili samit var.
D) Sözün vurğusu ikinci hecaya düşür.
E) [ü] - incə, qapalı, dodaqlanan saitdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top