Tapılan ümumi test sayı : 27

"Aparılmışdır" sözünün morfoloji təhlilindəki səhvi göstərin:
A) düzəltmə feldir
B) xəbər şəklindədir
C) nəqli keçmiş zamandadır
D) təsirsizdir
E) qayıdış növdədir
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin.
A) -lar, -ıq, -dan, -çı
B) -lar, -ın, -sız, -kı
C) -ca, -çı, -akı, -lıq
D) -dan, -kar, -keş, -dar
E) -ır, -çı, -ın, -lı
"İmiş" hissəciyi felin hansı şəkilləri ilə işlənmir?
A) şərt və arzu şəkilləri
B) vacib və şərt şəkilləri
C) lazım və vacib şəkilləri
D) əmr şəkli və şühudi keçmiş zaman
E) arzu şəkli və nəqli keçmiş zaman
Mürəkkəb ad hansıdır?
A) çobanyastığı
B) sarıköynək
C) Qız qalası
D) qızılağac
E) qazayağı
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik
B) leksik
C) qrammatik və leksik
D) qrammatik
E) orfoepik
Söz birləşmələrini dilçilik elminin hansı bölməsində öyrənilir?
A) morfologiya
B) sintaktik
C) leksika
D) fonetika
E) söz yaradıcılığı
"Küskün" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Sözdə 6 hərf, 6 səs vardır.
B) Sözün vurğusu ikinci hecaya düşür.
C) [ü] - incə, qapalı, dodaqlanan saitdir.
D) Deyilişi ilə yazılışı fərqlənir.
E) Sözdə üç kar, bir cingiltili samit var.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top