Tapılan ümumi test sayı : 22

S.Rüstəmin müharibə dövrü insanlarının xarakterik xüsusiyyətlərini əks etdirən bu süjetli şerini kiçik poema da hesab etmək olar:
A) "Gecənin romantikası"
B) "Ana və poçtalyon"
C) "Gün o gün olsun ki ..."
D) "Çiçək mağazası"
E) "Döyüşçüyə məktub"
"Nadir şah" əsərində quldurluq və soyğunçuluqla tanınmış Nadirin gözlərini açmağa çalışaraq onu yaman peşədən uzaqlaşmağa, fikrini və gücünü millət, vətən yolunda sərf etməyə çağıran və buna nail olan obraz:
A) Şah Təhmas
B) Gülcahan
C) Gürcü bəy
D) Rzaqulu
E) Cavad
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) fəxriyyə
B) minacat
C) nət
D) mərsiyə
E) mədhiyyə
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
B) Ümumxalq təfəkkürünün məhsuludur.
C) Yalnız lirik və epik janrları olur.
D) Çoxvariantlı ədəbiyyatdır.
E) Şifahi şəkildə yaranır və inkişaf edir.
Bu əsərdə şəxsləndirmədən bir bədii üsul kimi istifadə edilir. Baş qəhrəman öz həyat sərgüzəştlərini sahibi Mirzə Cəfərə danışır və bu sərgüzəştləri "böyük mütəfəkkirin icmalı və ruzigarın bir nümunəsi" adlandırır:
A) "Danabaş kəndinin əhvalatları"
B) "Sələbiyyə"
C) "Kitab yüklü eşşək"
D) "Şikayətnamə"
E) "İbrahim bəyin səyahətnaməsi"
Əsərin fabulası kasıb bir kəndli ilə dövlətli qızının sevgi macərası üzərində qurulmuşdur.Bir-birini sevən iki gənc ictimai bərabərsizliyin yaratdığı maneələrə baxmayaraq, əsərin sonunda öz istəklərinə qovuşur:
Bu parçada M.F.Axundzadənin hansı əsərindən bəhs edilir?
A) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
B) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
C) "Hacı Qara"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-xırs quldurbasan"
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
Verilmiş bənd haqqında fikirlərdən hansı səhvdir?
A) Bənddə gözəlin zahiri portretinin müəyyən cizgiləri nəzərə çatdırılır.
B) "Pəri" sözü təkrirdir.
C) Təşbehdən istifadə olunmuşdur.
D) "Minadan", "sonadan" sözləri qafiyədir.
E) Qoşmanın birinci bəndidir.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz
... ... Sənə mən rahibəm itaətdə!
A) "Böhtan yazılıbdır"
B) "Ana"
C) "Boranlı qış gecəsi"
D) "Bahar"
E) "Qürub çağı bir yetim"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. Görmədim"
A) 1, 2, 3
B) 1, 3, 4
C) 3, 4, 5
D) 2, 3, 6
E) 1, 5, 6
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
A) "Rindü Zahid"
B) "Mehr və Müştəri"
C) "Nəsihətnamə"
D) "Vərqa və Gülşa"
E) "Dastani-Əhməd Hərami"
"Əcnəbilər seyrə balonlarla çıxır.
Biz hələ avtomobil minməyiriz"  (M.Ə.Sabir)     tabesiz mürəkkəb cümləsinin tərəfləri arasında hansı məna əlaqəsi vardır?
A) ardıcıllıq
B) aydınlaşdırma
C) bölüşdürmə
D) qarşılaşdırma
E) zaman
Mətn hansı üslubdadır?
"Malyeriya infeksion xəstəliklərdən biridir. Bu xəstəliyin əsas əlaməti qızdırmadır.
Malyariyanı ağcaqanadlar yayır..."
A) məişət
B) rəsmi-işgüzar
C) elmi
D) publisistik
E) bədii
Omonimlərin cərgəsini göstərin:
A) insan, adam, şəxs
B) sakit, yavaş, həzin
C) həyat, bəşər, tale
D) baş, göz, əl
E) şam, bal, kök
Aşağıdakı cümlələrdən hansında "ki" ədat kimi işlənmişdir? (Vergül işarəsi burxılmışdır)
A) Elə o saat tapşırdım ki geri qayıtsın.
B) O bildirdi ki anası narahadır.
C) Sən oxuyursan ki yaxşı biləsən.
D) Kitab mənimkidir.
E) O ki belə demirdi.
Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) həm leksik, həm qrammatik
B) leksik
C) orfoepik
D) orfoqrafik
E) qrammatik
Nümunədəki fellər hansı zamandadır?
"Ağladırsan,güldürürsən,
Çeşmim yaşın sildirirsən,
Cəllad kimi öldürürsən,
O göz, o qaş ilə məni".
A) şühudi keçmiş zaman
B) indiki zaman
C) qəti gələcək zaman
D) nəqli keçmiş zaman
E) qeyri-qəti gələcək zaman
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin.
A) kitaba, dərəyə, insana
B) katibə, əfsanə, mərdanə
C) göyün, yerin, güzgüdən
D) dəftəri, kitabı, şəhəri
E) dəftərdə, otaqda, küçədə
Latın qrfikalı Azərbaycan yazısı hansı yazı növünə aiddir?
A) fonoqrfik
B) piktoqrafik
C) sillabik
D) ideoqrafik
E) əşyavi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Sahil qalın meşəlikdir.
B) Dağlar onun gözəlliyinə heyran qaldı.
C) Təriflədiyin kitab budur.
D) Bu cavan oglan kimdir?
E) Mənim qəlbimi incidən onun bu barədə indiyədək susmağıdır.
"Fəaliyyət" sözünün fonetik təhlilində səhv haradadır?
A) Dördhecalıdır, vurğu dördüncü hecaya düşür.
B) 9 səs və 9 hərfdən ibarətdir.
C) Sözdə ahəng qanunu pozulmuşdur.
D) [f] və [t] kar, [l] və [y] cingiltili samitlərdir.
E) [a] qalın, dodaqlanmayan, açıq, uzun; [i] incə, dodaqlanmayan, qapalı; [ə] incə, dodaqlanmayan, açıq saitdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top