Tapılan ümumi test sayı : 22

S.Rüstəmin müharibə dövrü insanlarının xarakterik xüsusiyyətlərini əks etdirən bu süjetli şerini kiçik poema da hesab etmək olar:
A) "Ana və poçtalyon"
B) "Çiçək mağazası"
C) "Gün o gün olsun ki ..."
D) "Gecənin romantikası"
E) "Döyüşçüyə məktub"
"Nadir şah" əsərində quldurluq və soyğunçuluqla tanınmış Nadirin gözlərini açmağa çalışaraq onu yaman peşədən uzaqlaşmağa, fikrini və gücünü millət, vətən yolunda sərf etməyə çağıran və buna nail olan obraz:
A) Rzaqulu
B) Gürcü bəy
C) Şah Təhmas
D) Cavad
E) Gülcahan
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) minacat
B) mərsiyə
C) nət
D) mədhiyyə
E) fəxriyyə
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Çoxvariantlı ədəbiyyatdır.
B) Ümumxalq təfəkkürünün məhsuludur.
C) Yalnız lirik və epik janrları olur.
D) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
E) Şifahi şəkildə yaranır və inkişaf edir.
Bu əsərdə şəxsləndirmədən bir bədii üsul kimi istifadə edilir. Baş qəhrəman öz həyat sərgüzəştlərini sahibi Mirzə Cəfərə danışır və bu sərgüzəştləri "böyük mütəfəkkirin icmalı və ruzigarın bir nümunəsi" adlandırır:
A) "İbrahim bəyin səyahətnaməsi"
B) "Sələbiyyə"
C) "Danabaş kəndinin əhvalatları"
D) "Şikayətnamə"
E) "Kitab yüklü eşşək"
Əsərin fabulası kasıb bir kəndli ilə dövlətli qızının sevgi macərası üzərində qurulmuşdur.Bir-birini sevən iki gənc ictimai bərabərsizliyin yaratdığı maneələrə baxmayaraq, əsərin sonunda öz istəklərinə qovuşur:
Bu parçada M.F.Axundzadənin hansı əsərindən bəhs edilir?
A) "Mürafiə vəkillərinin hekayəti"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Hacı Qara"
D) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
E) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
Verilmiş bənd haqqında fikirlərdən hansı səhvdir?
A) "Pəri" sözü təkrirdir.
B) "Minadan", "sonadan" sözləri qafiyədir.
C) Təşbehdən istifadə olunmuşdur.
D) Qoşmanın birinci bəndidir.
E) Bənddə gözəlin zahiri portretinin müəyyən cizgiləri nəzərə çatdırılır.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz
... ... Sənə mən rahibəm itaətdə!
A) "Bahar"
B) "Boranlı qış gecəsi"
C) "Qürub çağı bir yetim"
D) "Ana"
E) "Böhtan yazılıbdır"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. Görmədim"
A) 3, 4, 5
B) 2, 3, 6
C) 1, 3, 4
D) 1, 5, 6
E) 1, 2, 3
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
A) "Nəsihətnamə"
B) "Rindü Zahid"
C) "Vərqa və Gülşa"
D) "Dastani-Əhməd Hərami"
E) "Mehr və Müştəri"
"Əcnəbilər seyrə balonlarla çıxır.
Biz hələ avtomobil minməyiriz"  (M.Ə.Sabir)     tabesiz mürəkkəb cümləsinin tərəfləri arasında hansı məna əlaqəsi vardır?
A) aydınlaşdırma
B) zaman
C) bölüşdürmə
D) qarşılaşdırma
E) ardıcıllıq
Mətn hansı üslubdadır?
"Malyeriya infeksion xəstəliklərdən biridir. Bu xəstəliyin əsas əlaməti qızdırmadır.
Malyariyanı ağcaqanadlar yayır..."
A) məişət
B) rəsmi-işgüzar
C) elmi
D) publisistik
E) bədii
Omonimlərin cərgəsini göstərin:
A) şam, bal, kök
B) sakit, yavaş, həzin
C) insan, adam, şəxs
D) həyat, bəşər, tale
E) baş, göz, əl
Aşağıdakı cümlələrdən hansında "ki" ədat kimi işlənmişdir? (Vergül işarəsi burxılmışdır)
A) O bildirdi ki anası narahadır.
B) Kitab mənimkidir.
C) O ki belə demirdi.
D) Elə o saat tapşırdım ki geri qayıtsın.
E) Sən oxuyursan ki yaxşı biləsən.
Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) orfoqrafik
B) qrammatik
C) orfoepik
D) leksik
E) həm leksik, həm qrammatik
Nümunədəki fellər hansı zamandadır?
"Ağladırsan,güldürürsən,
Çeşmim yaşın sildirirsən,
Cəllad kimi öldürürsən,
O göz, o qaş ilə məni".
A) qəti gələcək zaman
B) şühudi keçmiş zaman
C) nəqli keçmiş zaman
D) qeyri-qəti gələcək zaman
E) indiki zaman
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin.
A) dəftərdə, otaqda, küçədə
B) kitaba, dərəyə, insana
C) katibə, əfsanə, mərdanə
D) göyün, yerin, güzgüdən
E) dəftəri, kitabı, şəhəri
Latın qrfikalı Azərbaycan yazısı hansı yazı növünə aiddir?
A) piktoqrafik
B) əşyavi
C) fonoqrfik
D) ideoqrafik
E) sillabik
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Sahil qalın meşəlikdir.
B) Mənim qəlbimi incidən onun bu barədə indiyədək susmağıdır.
C) Bu cavan oglan kimdir?
D) Dağlar onun gözəlliyinə heyran qaldı.
E) Təriflədiyin kitab budur.
"Fəaliyyət" sözünün fonetik təhlilində səhv haradadır?
A) [f] və [t] kar, [l] və [y] cingiltili samitlərdir.
B) Sözdə ahəng qanunu pozulmuşdur.
C) Dördhecalıdır, vurğu dördüncü hecaya düşür.
D) [a] qalın, dodaqlanmayan, açıq, uzun; [i] incə, dodaqlanmayan, qapalı; [ə] incə, dodaqlanmayan, açıq saitdir.
E) 9 səs və 9 hərfdən ibarətdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top