Tapılan ümumi test sayı : 24

Epik əsərlərin kiçik formasındadır. Yazılı ədəbiyyat janrıdır. Burada qəhrəmanın həyatının bir-iki səciyyəvi epizodu göstərilir. Epik növün bu janrında personajların da sayı az olur.
Söhbət hansı janrdan gedir?
A) dastan
B) povest
C) hekayə
D) nağıl
E) roman
"Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
A) Düşmənlərin güclü olması ilə
B) Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
C) Düşmənlərin sayca daha çox olması ilə
D) Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutmaları ilə
E) Düşmən qüvvəsinə etinasızlıqları ilə
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində vətəni təmsil edən surət:
A) Rüstəm bəy
B) Zəhrəbəyim ana
C) Gülbahar
D) Mirzə Məhəmmədəli
E) Səməd Vahid
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri:
A) S.Rüstəm. "Ana və poçtalyon"
B) S.Vurğun. "Aygün"
C) R.Rza. "Qızıl gül olmayaydı..."
D) A.İldırım. "Qara dastan"
E) M.Müşfiq. "Yenə o bağ olaydı..."
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi ilə bağlı  fikirlərdən biri yanlışdır:
A) Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
B) Əsərdə maarifsizliyin, cəhalətin acı nəticələri göstərilir.
C) Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir.
D) Süjeti iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
E) Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
"Mirzə Şəfinin nəğmələri" kitabı haqqındakı fikirlərdən hansı səhvdir?
A) Rus yazıçısı L.Tolstoy kitab haqqında yüksək fikir söyləmişdir.
B) Kitab XIX əsrin 50-ci illərində Mirzə Şəfinin öz vətənində çap olunmuşdur.
C) Kitabdakı şerlər Bodenştedtin "Şərqdə min bir gün" kitabında toplanmış şerlər idi.
D) Kitab Almaniyada, Rusiyada geniş yayılaraq müxtəlif dillərə tərcümə edilmişdir.
E) Kitabın naşiri Bodenştedtə məsləhət görmüşdü ki, Mirzə Şəfinin şerlərini kitabdan çıxarıb ayrıca çap etsələr, nəşriyyata böyük şöhrət gətirər.
Bu şairlərdən ikisinin şerlərində sufi fikirlərin təbliği də müəyyən yer tutur:
1. A.Bakıxanov              2. Q.Zakir
3. X.Natəvan                 4. S.Ə.Nəbati
5. M.B.Nadim
A) 2, 4
B) 4, 5
C) 2, 3
D) 1, 4
E) 1, 3
C.Cabbarlı hansı əsərində İran tarixinə aid hadisələri göstərmiş və bu yolla despotizmə qarşı xalq etirazını qələmə almışdır?
A) "Ulduz"
B) "Nəsrəddin şah"
C) "Yaşar"
D) "Dönüş"
E) "Od gəlini"
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var - misralarının müəllifi kimdir?
A) Məhəmməd Füzuli
B) İmadəddin Nəsimi
C) Nizami Gəncəvi
D) Şah İsmayıl Xətayi
E) Seyid Əzim Şirvani
Bəhram Gur Nizami Gəncəvinin hansı əsərinin qəhrəmanıdır?
A) "Xosrov və Şirin"
B) "Sirlər xəzinəsi"
C) "Leyli və Məcnun"
D) "Yeddi gözəl"
E) "İsgəndərnamə"
"Çiçək" sözünə hansı şəkilçi qoşulduqda onun vurğusu dəyişmir?
A) -dir
B) -dən
C) -lik
D) -lər
E) -li
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Nitq fəaliyyətənin məhsuludur.
B) Dəyişməzdir.
C) Dil əsasında meydana çıxır.
D) Törəmədir.
E) Ünsiyyət prosesidir.
Verilmiş cümlə hansı üslubdadır?
"Nitqin ifadəliliyi dedikdə ən məqsədəuyğun, üslub baxımından ən uğurluolan dil vasitələrini tapıb işlətmək başa düşülür".
A) elmi
B) rəsmi-işgüzar
C) bədii
D) publisistik
E) məişət
Xəbər budaq cümləsini göstərin:
A) Sən nə cür deyirsən, elə də düzəlt.
B) Mən bilirəm, sən nə demək istəyirsən.
C) Məsləhətim budur ki, bir də sürünü bu yerlərə gətirmə.
D) Bu elə kitabdır ki, onu oxumaq olmaz.
E) Payızda meyvənin bol olduğu hamıya məlumdur.
Hansı cümlədə təsdiq bildirən modal söz işlənmişdir?
A) "Axtarış" komandası, zənnimcə, qalib gələcək.
B) Deməli, qatarla getməyi təxirə salmısınız.
C) Düzü, bu, məndən ötrü gözlənilməzdir.
D) Camaatı, yəqin ki, başqa şey maraqlandırır?
E) Məncə, hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
Antonim sözləri göstərin:
A) göz, qaş; budaq, qol
B) böyük, kiçik; pis, yaxşı
C) gül, ağla; bağça, ağac
D) igid, cəsur; qoçaq, qəhrəman
E) adam, insan; uşaq, ata
Felin keçmiş zamanı hansı şəkilçilərlə düzəlir?
A) -dı4, -mış4
B) -acaq2, -ar2
C) -maq2, -malı2
D) -dı4, -ası2
E) -ır2, -mış4
Hansı söz quruluşca mürəkkəb deyil:
A) çiyələk
B) istiot
C) qızılgül
D) kəklikotu
E) baramaqurdu
Qeyri-müəyyən təsirlik halın sualı hansıdır?
A) nəyi?
B) nəyin?
C) nədə?
D) nə?
E) nəyə?
Dilçiliyin sözlərin mənşəyini öyrənən sahəsi:
A) morfologiya
B) leksikologiya
C) fonetika
D) orfoepiya
E) etimologiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top