Tapılan ümumi test sayı : 22

Ozan, evin dayağı odur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər.
Bu mətn parçası dastandan götürülmüşdür?
A) "Koroğlu"
B) "Qaçaq Nəbi"
C) "Abbas və Gülgəz"
D) "Kitabi-Dədə Qorqud"
E) "Şah İsmayıl"
S.Rüstəmin Cənub mövzusuna həsr etdiyi əsərlər hansı cərgədə verilib?
A) "Mənim şerim", "And", "Qəhrəmanın vəsiyyəti"
B) "Zindan", "On ikinci tüfəng", "Memarın faciəsi"
C) "Vətən oğlu", "Gün o gün olsun ki", "Çiçək mağazası"
D) "Yaxşı yoldaş", "Gecənin romantikası", "Ana ürəyi"
E) "Ələmdən nəşəyə", "Ana və poçtalyon", "Qafqaz ordusu"
Bənddə işlənmiş bədii təsvir vasitəsini müəyyənləşdirin.
Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?
A) təşbeh
B) simvol
C) epitet
D) metonimiya
E) metafora
Həcmcə 5-10 beytdən ibarət olur. qafiyə quruluşu belədir: aa, ba, va, qa, ğa ... Məqtə beytdə şair təxəllüsünü söyləyir.
Bu parçada hansı janrın xüsusiyyətləri göstərilmişdir?

 
A) qəzəl
B) müxəmməs
C) qəsidə
D) məsnəvi
E) qitə
C.Məmmədquluzadənin publisistik əsərləri ən çox hansı mətbuat orqanında çap olunmuşdur?
A) "Şərqi-Rus
B) "Kaspi"
C) "Molla Nəsrəddin"
D) "Həyat"
E) "Kafkaz"
Aşağıdakı atalar sözlərindən biri ilə N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" əsərinin tərbiyəvi nəticəsini ifadə etmək mümkündür:
A) "Ağıl yaşda deyil, başdadır"
B) "Cücəni payızda sayarlar"
C) "Əldən qalan əlli il qalar"
D) "Ot kökü üstündə bitər"
E) "Niyyətin hara, mənzilin ora"
Bu əsərlərdən ikisi Ə.Xaqaninin deyil:
1. "Töhfətül-İraqeyn"
2. "Şikayətnamə"
3. "Qəsidey-şiniyyə"
4. "Mədain xərabələri"
5. "Mehr və Müştəri"
A) 3, 5
B) 2, 4
C) 4, 5
D) 2, 5
E) 1, 3
"Nəsrəddin şah", "Solğun çiçəklər" pyeslərinin müəllifi:
A) M.Hüseyn
B) İ.Əfəndiyev
C) S.S.Axundov
D) C.Cabbarlı
E) Ə.Haqverdiyev
M.F.Axundzadə bu əsərində asan yolla pul qazanmaq istəyən bir qrup adamı kollektiv obraz kimi "nuxulular"  deyə təqdim edərək ifşa obyektinə çevrilmişdir:
A) "Hekayəti-xırs qudurbasan"
B) "Mürafiə vəkillərinin hekayəti"
C) "Hekayəti-molla İbrahimxəlil kimyagər"
D) "Sərgüzəşti-mərdi-xəsis"
E) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
İsmin hansı halları müəyyənlik və qeyri-müəyyənlik bildirir?
A) təsirlik və yerlik
B) yönlük və təsirlik
C) yiyəlik və təsirlik
D) adlıq və yiyəlik
E) yerlik və çıxışlıq
"Kimin ki ağlı, bacarığı var, qalib gəlir"  tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) xəbər budaq cümləli
B) mübtəda budaq cümləli
C) tamamlıq budaq cümləli
D) şərt budaq cümləli
E) təyin budaq cümləli
Feli sifətlərin verildiyi cərgəni müəyyənləşdirin.
A) təmiz paltar, gözəl qız, evli adam
B) sevimli uşaq, buzlu su, dərin göl
C) qızıl söz, beşmərtəbəli bina, düz yol
D) düşünən beyin, danışan adam, görünən ulduz
E) qapının dəstəyi, stolun üstü, çətin iş
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) müraciət
C) təbrik
D) ayrılma
E) alqış
"Qəlbinə dəymək"  frazeoloji birləşməsinin antonimi hansıdır?
A) könül bağlamaq
B) könlünü almaq
C) ürəyinə yatmaq
D) könül vermək
E) qəlbindən keçmək
Cərgələrdən birində adlıq cümlələr verilmişdir:
A) Aylı gecə göz oxşayırdı. Təbiətdə bir saflıq vardı.
B) Bayırda çovğundur. Göz gözü görmür.
C) Səhərdir. Təbiətdən bahar qoxusu gəlir.
D) Şuşa qalası. Cıdır düzü. Qacarın çadırı. Qacar əsəbi halda. (S.Vurğun)
E) Ayazlı, şaxtalı bir qış günü idi. Biz yola düşdük.
"Yastı" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin:
A) İki cingiltili, bir kar samit işlənmişdir.
B) İkihecalıdır, vurğu birinci hecaya düşür.
C) İki qalın, dodaqlanmayan sait işlənmişdir.
D) Yazılışı ilə tələffüzü fərqlənir.
E) Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.
Təkcə, tək, ancaq ədatlarının məna növünü göstərin:
A) əmr
B) dəqiqləşdirici
C) sual
D) məhdudlaşdırıcı
E) qüvvətləndirici
Görüşürdülər sözünün morfoloji təhliindəki səhvi göstərin:
A) Qarşılıq-birgəlik növdədir.
B) Xəbər şəklinin hekayəsindədir.
C) Şühudi keçmiş zamandadır.
D) Düzəltmə feldir.
E) Təsirsiz feldir.
"Şagirdlərin imtahan göstəriciəri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) təyin, tamamlıq, xəbər
B) mübtəda, xəbər
C) zərflik, tamamlıq, xəbər
D) təyin, mübtəda, xəbər
E) mübtəda, zərflik, xəbər
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) elmi
B) məişət
C) rəsmi-işgüzar
D) bədii
E) publisistik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top