Tapılan ümumi test sayı : 24

"Abbas və Gülgəz" dastanının yaranmasında hansı aşığın yaradıcılığından istifadə olunmuşdur?
A) Aşıq Abbas Tufarqanlı
B) Aşıq Ələsgər
C) Sarı Aşıq
D) Xəstə Qasım
E) Aşıq Qurbani
Bənddə işlənmiş bədii ifadə vasitəsini göstərin.
Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peyvəst eylədim
Almasın, heyvansın, narın görmədim.

 
A) metafora
B) təzad
C) kinayə
D) litota
E) epitet
Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var.
Sotkarınbu fikirləri C.Məmmədquluzadənin hansı əsərinə epiqraf verilmişdir?
 
A) "Danabaş kəndinin əhvalatları"
B) "Ölülər"
C) "Bəlkə də, qaytardılar"
D) "Anamın kitabı"
E) "İranda hürriyyət"
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Seyid Əbülqasim Nəbati
B) Baba bəy Şakir
C) Qasım bəy Zakir
D) Sarı Aşıq
E) Məhəmməd Bağır Xalxali
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Qasım bəy Zakir
B) Sarı Aşıq
C) Məhəmməd Bağır Xalxali
D) Seyid Əbülqasim Nəbati
E) Baba bəy Şakir
Səməd Vurğunun yaradıcılığı ilə bağlı faktları xronoloji ardıcıllıqla düzün.
1. "Azərbacan" şerinin yazılması
2. "Şairin andı" kitabın nəşri
3. "Vaqif" dramının yazılması
4. "Aygün" poemasının yazılması
A) 3, 2, 1, 4
B) 2, 3, 4, 1
C) 2, 1, 3, 4
D) 1, 2, 4, 3
E) 1, 3, 4, 2
Aşağıdakılardan biri XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlar sarayında yaşayıb-yaradan şairlərin sırasında verilə bilməz:
A) İzəddin Şirvani
B) Əbül-üla Gəncəvi
C) Əfzələddin Xaqani
D) Qətran Təbrizi
E) Fələki Şirvani
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) qızı Səadət xanımla söhbət etdiyi səhnədə
B) Mahmudun ölümü səhnəsində
C) oğlu Mahmudla söhbət etdiyi səhnədə
D) oğlu Rəşidin öldürülməsini yada sadıqda
E) Fəxrəddinin ölüm səhnəsində
Füzulinin hansı əsərləri məzmun və ideya baxımındanbir-birinə oxşayır?
A) "Söhbətül-əsmar", "Bəngü Badə"
B) "Şikayətnamə", "Rindü Zahid"
C) "Rindü Zahid", "Bəngü Badə"
D) "Səhhət və Mərəz", "Rindü Zahid"
E) "Leyli və Məcnun", "Yeddi cam"
Hansı cərgə bütünlüklə C.Cabbarlının pyeslərindən ibarətdir?
A) "Ana", "Bahar", "Aslan və Fərhad", "Sevil"
B) "Əsrimizin qəhrəmanları", "Qürub çağı bir yetim", "Bahar", "Mənsur və Sitarə"
C) "Böhtan yazılıbdır", "Ana", "Aydın", "Mənsur və Sitarə"
D) "Od gəlini", "Sevil", "1905-ci ildə", "Dönüş"
E) "Boranlı qış gecəsi", "Qız qalası", "Ulduz", "Ədirnə fəthi"
Cəmi bir bəndən ibarət olan bu şerin janrını müəyyən edin.
Yerlərə baxma ki, torpaq, su görər,
Göylərə baxma ki, gün salar nəzər.
Qeyrətdən ölərəm, ey ruhum, inan,
Səni yuxuda da görsə bir nəfər.

 
A) rübai
B) bayatı
C) qitə
D) gəraylı
E) qoşma
Bunlardan ikisi elmi üslub üçün əlamətdir:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözlərin işlənməsi
A) 2, 4
B) 3, 5
C) 4, 5
D) 1, 6
E) 4, 6
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) xitab
B) həmcins üzlər
C) ara sözlər
D) cümlənin baş üzvləri
E) xüsusiləşmiş üzvlər
İsimləşmiş sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir:
A) Cəmlənə bilir.
B) Hallana bilir.
C) Mübtəda və tamamlıq rolunda çıxış edir.
D) Cümlədə təyin olur.
E) Mənsubiyyət şəkilçisi qəbul edir.
Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur:
A) həyat
B) müəllim
C) dostluq
D) sərbəst
E) ailə
Natiqlik sənəti necə adlanır?
A) etika
B) etiket
C) ritorika
D) jest
E) mimika
Cümlədəki modal sözün məna növünü müəyyən edin:
Xülasə, biz bu məsələni  qəti şəkildə həll etməliyik.
A) fikrin mənbəyi
B) bənzətmə və ya müqayisə
C) təsdiq
D) təəssüf
E) nəticə, ümumiləşdirmə
"Ağlaşdıq" felinin morfoloji təhlilindəki səhv hansı sıradadır?
A) məlum növdədir
B) şühudi keçmiş zamandadır
C) "ağlamaq" felindən düzəlmiş düzəltmə feldir
D) təsirsizdir
E) felin xəbər şəklindədir
Feli xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Bakının küçələri gözəlləşir.
B) Vaxtsız ölüm, məndən uzaq dolan, dur
 (S.Vurğun)
C) Kərim, işığı yandır.
D) Bizə bir xal lazımdır.
E) Əmim oğlu bizə gəldi.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) səbəb-nəticə
B) ardıcıllıq
C) zaman
D) qarşılaşdırma
E) aydınlaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top