Tapılan ümumi test sayı : 24

Aşıq Abbas Tufarqanlının həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) XVIII yüzillikdə yaşamışdır.
B) Cənubi Azərbaycandandır.
C) Qoşma və gəraylıları əsasında dastan yaranmışdır.
D) Qoşma, gəraylı və təcnislərində xalqın sevincini, kədərini arzularını əks etdirmişdir.
E) Əsərlərində məhəbbət və gözəlliyi vəsf etmişdir.
"Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən..."
misralarının müəllifi
A) S.Rüstəm
B) R.Rza
C) M.Rahim
D) B.Vahabzadə
E) S.Vurğun
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsindəki qadın surətlərini göstərin.
A) Firəngiz, Gültəkin, Gülüş, Durna
B) Firəngiz, Tamara, Nadya, Sevər
C) Solmaz, Gülnisə, Sevər, Gültəkin
D) Gülnisə, Sevər, Firəngiz, Solmaz
E) Firəngiz, Almas, Gülsabah, Gültəkin
Beytdə hansı bədii təsvir vasitəsi işlədilmişdir?
Görsən tanımazsan Yarımsaqqalı
Çıxıb əndazədən dövləti, malı,... 
(Q.Zakir)
A) metafora
B) təşbeh
C) simvol
D) sinekdoxa
E) epitet
Fəxrəddin bəy ("Müsibəti-Fəxrəddin") öz faciəsini "müsibəti - müsəlmanan"  adlandırdıqda nəyi nəzərdə tuturdu?
A) xalqa başçılıq edə biləcək müdrik adamların olmaması
B) Rüstəm bəy kimi adamların mühafizəkarlığını və qəddarlığını
C) Səadət xanımla qurmaq istədiyi xoşbəxt həyatdan məhrum olmasını
D) elmsizliyi, cəhaləti və şəriət qaydalarına,dini ehkamlara riayət olunmamasını
E) anasının və qardaşının intiqam hissi ilə yaşamalarını
M.Ə.Sabirin bu şerində özünün azadlıq idealını, ictimai amalını birbaşa tərənnüm yolu ilə ifadə edir:
A) "Yatmayın, Allahı sevərsiz!"
B) "Ruhum"
C) "Ürəfa marşı"
D) "Aldanmaram"
E) "Əkinçi"
M.P.Vaqifin klassik üslubda yazdığı əsərləri ilə bağlı düzgün fikirləri seçin.
1. Klassik üslubda yazdığı şerlərinin bir qismi məhəbbət mövzusundadır.
2. Tiflis səfəri ilə bağlı yazdığı şerlərində həyatın ziddiyyətlərindən doğan dərin kədər və şikayət hissləri güclüdür.
3. "Naz ilə ta ol büti-ziba kəlisadan çıxar" misrası ilə başlanan müxəmməsi gözəlin tərənnümünə həsr olunub.
4. Şairin "Bax" rədifi qəzəli və "Görmədim" müxəmməsi son şerləri kimi tanınır.
5. Klassik üslubda yazdığı bütün əsərələrində sənətkarın nikbin əhvali-ruhiyyəsi, şən ovqatı daha qabarıqdır.
A) 1, 2, 5
B) 2, 3, 5
C) 3, 4, 5
D) 1, 4, 5
E) 1, 3, 4
M.F.Axundzadənin mənfi ruhani obrazı olan əsəri:
A) "Hekayəti-xırs quldurbasan"
B) "Hekayəti-mərdi-xəsis"
C) "Hekayəti-vəziri-xani-Lənkəran"
D) "Aldanmış kəvakib"
E) "Mürafiə vəkillərinin hekayəti"
Nizaminin hansı əsərində qadının mənəvi sərbəstliyi məsələsinə xüsusi diqqət yetirilmiş, qadın əsarətinə, mənəvi köləliyə etiraz ön plana çəkilmişdir?
A) "İsgəndərnamə"
B) "Yeddi gözəl"
C) "Sirlər xəzinəsi"
D) "Leyli və Məcnun"
E) "Xosrov və Şirin"
Azərbaycan ədəbiyyatşünaslığında süjet xəttinin hansı mərhələsi "bədii müqaddimə", "bədii zəmin" sözləri ilə də ifadə olunur?
A) proloq
B) kulminasiya
C) zavyazka
D) ekspozisiya
E) epiqraf
"Söykənmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
A) Təsdiqdədir.
B) Təsirsizdir.
C) -mış nəqli keçmiş zaman şəkilçisidir.
D) Sadə feldir.
E) -di fel şəkillərinin hekayəsini düzəldən hissəcikdir.
Verilmiş şer parçasında neçə antonim cütlüyü işlənmişdir?
"Lazım olum insanların xoş gününə, bəd gününə
Xəstəsinə, sağlamına, xoşbəxtinə, bədbəxtinə"
A) 3
B) 5
C) 2
D) 1
E) 4
"Müşayiət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) Vurğu 2-ci hecanın üzərinə düşür.
B) Deyilişi ilə yazılışı fərqlənir.
C) [ü], [ə] - incə, [a] isə qalın saitlərdir.
D) [ş], [t] - kar samitlərdir.
E) [m], [y] - cingiltili samitlərdir.
"Nəcəf bəy Vəzirovun şah əsəri "Müsibəti-Fəxrəddin" faciəsidir" cümləsində neçə cümlə üzvü işlənmişdir?
A) 3
B) 2
C) 5
D) 4
E) 6
Hansı cərgədə qalın, dodaqlanmayan saitlərin sırasına incə dodaqlanan saitlər əlavə olunmuşdur?
A) a, ı, ö, ü
B) o, u, ö, ü
C) ı, i, e, o
D) a, ı, o, u
E) a, ı, o, ö
Biri ehtimal və şübhə bildirən modal söz deyil:
A) görünür
B) bəlkə
C) məncə
D) gərək ki
E) deyəsən
Məhəmməd peyğəmbərə aid olan bu kəlam hansı məşhur əsərdən götürülmüşdür?
"Türk dilini öyrənin, türklərin uzun sürən haimiyyəti vardır"
A) "Qanuni-qüdsi"
B) "Divani-lüğətit-türk"
C) "Əsrimizin Səyavuşu"
D) "Qurani-kərim"
E) "Həqiqətüs-süəda"
Hansı cümlədə mübtədanın əlavəsi vardır?
A) Ana, 14 gündən sonra bayramdır - Novruzun torpağımıza qədəm qoyduğu gündür.
B) Hər səhər Nadirin atası qaymağı sahibinə - Məşədi Möhsünə çatdırırdı.
C) Arif Nəzərli - yeni inspektor yaxşı bir məruzə hazırlamışdı.
D) Qızlardan birinə - balaca Nərgizə gül dəstəsi bağışladılar.
E) Azərbaycanın - Odlar yurdunun övladlarına eşq olsun!
Mətn hansı üslubdadır?
"Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir: onun ictimai, psixoloji və fizioloji tərəfləri vardır".
A) publisistik
B) bədii
C) rəsmi-işgüzar
D) elmi
E) məişət
Nitqə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan çalarlar gətirən vasitələr:
1. mimika
2. jest
3. etiket
4. alleqoriya
5. satira
A) 4, 5
B) 3, 4
C) 1, 5
D) 2, 3
E) 1, 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top