Tapılan ümumi test sayı : 25

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?
A) Məktubu göndərməyimdən bir aydan artıq keçsə də, heç bir cavab yox idi.
B) Nə qədər ki bir-birimizlə didişirik, uğursuzluqlar bizdən əl çəkməyəcək.
C) Gedilən yolun bütün məhrumiyyətlərinə baxmayaraq, azadlıq nə qədər də şirindir?!.
D) Nə qədər mümkündür, o qədər də gözləyirik.
E) Məktubu göndərmədiyimdən bir aydan artıq keçib, amma hələ də cavab yoxdur.
H.Cavidin "İblis" əsərində xaraktercə dəyişmədə verilən surət:
A) İbn Yəmin
B) Arif
C) Rəna
D) Xavər
E) Vasif
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi ilə bağlı düzgün fikirləri seçin.
1. Fəxrəddin bəy Səadət xanımı Almaniyaya aparmamaqda səhv etdiyini bildirir.
2. Əsərdə Fəxrəddin bəyi Məhərrəm öldürür.
3. Hürü nənə Fəxrəddin bəy və Gülbaharın qayğısını çəkmişdir.
4. Rüstəm bəyin planlarını Fəxrəddin bəyə Gülbahar xəbər verir.
5. Rüstəm bəy Səadətin ləyaqətini yüksək qiymətləndirir və Cahangir bəyi ona layiq bilmir.
A) 2, 3
B) 1, 2, 5
C) 1, 4
D) 2, 4, 5
E) 1, 3, 5
Xudayar bəy ("Danabaş kəndinin əhvalatları") hansı "məziyyətinə" görə kətda təyin olunmuşdur?
A) Onun zoğal ağacından qorxmuşdular.
B) Yaxşı təsərrüfaçı və iri torpaq sahibi idi.
C) Qlava Kərbəlayı İsmayılın "qohumu" idi.
D) Kənddə hamıdan varlı və nüfuzlu idi.
E) Dili-ağızlı olduğundan naçalnik həmin vəzifəyə onu məsləhət görmüşdü.
Aşağıdakı fikirlərdən biri Ş.İ.Xətainin "Dəhnamə" əsərinə aid deyil:
A) Müəllif nikbin sonluqlu bir sevgini əsas motiv kimi götürmüşdür.
B) Əsərdə insanın pəriyə vurulması və onun öz eşqi uğrunda bütün çətinliklərə mətanətlə sinə gərməsi təsvir olunur.
C) Əsər janrına görə məsnəvi olsa da, burada yeri gəldikcə qəzəllərdən də istifadə olunur.
D) Əsər heca vəznində yazılmışdır.
E) Buradakı 10 məktubun hər biri Aşiqin ülvi duyğularının ifadəsidir.
Aparın, aparın onu zindana,
Göz dağı çəkdirin Azərbaycana.

Mətndə hansı bədii ifadə və təsvir vasitəsi işlənmişdir?
A) təkrir, təşbeh
B) epitet, kinayə
C) anafora, metonimiya
D) anafora, epitet
E) metafora, metonimiya
Adım..., mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.

Nöqtələrin yerinə hansı aşığın adı yazılmalıdır?
A) Qurbani
B) Sarı Aşıq
C) Xəstə Qasım
D) Aşıq Abbas Tufarqanlı
E) Aşıq Ələsgər
M.Füzuli "Bəngü Badə" əsərində şərab və tiryəkin timsalında kimləri qarşılaşdırır?
A) lovğa hökmdarları
B) padşahla çobanı
C) oğulla tanı
D) iki alimi
E) padşahla şairi
Q.Zakirin "Eylər" şeri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Şer zavallı aşiqin əzablarına məhəl qoymayan bir gözələ müraciət formasında yazılmışdır.
B) Əruz vəzninin həzəc bəhrindəndir.
C) Lirik qəhrəman  gördüyü haqsızlıqların hamısını öz şəxsi taleyində yaşayan ayıq düşüncəli bir şəxsdir.
D) Janrına görə müxəmməsdir və ictimai məzmun daşıyır.
E) Lirik qəhrəmanın kədərinin əsas səbəbi mövcud həyatda, ictimai mühitdə olan haqsızlıqlardır.
S.Vurğunun "Vaqif" dramında Vaqiflə İbrahim xan arasındakı ziddiyyət ilk dəfə hansı səhnədə üzə çıxır?
A) Qacarın Qarabağa hücüm edib Şuşa qalasını tutması
B) Eldarın toya gəlməsi
C) Vaqifin Vidadinin evinə getməsi
D) Eldarın həbsdən qaçıb dağlara dəstə düzəltməsi
E) Vaqifin Eldara məktub göndərməsi
Hansı əsər təhkiyə əsasında yazılmışdır?
A) "Ürəfa marşı"
B) "Qan içində"
C) "Dilbəra, mən səndən ayrı..."
D) "Şeyx Sənan"
E) "Mürafiə vəkillərinin hekayəti"
Hansı nümunələrdə mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra vergül səhv qoyulmuşdur?
1. O, həmişə səliqəli geyinir.
2. Bu, yaddaqalan hadisədir.
3. Bu, yazıçının təzə kitabıdır.
4. O, suvaqçıdır.
5. O, gülürdü.
6. Bu, ancaq mənə inanır.
A) 4, 5
B) 3, 4, 5
C) 5, 6
D) 1, 2, 6
E) 1, 3, 4
Hansı cümlələrdəki qoşmalar əsa nitq hissələri ilə omonimdir?
1. Bahardan başqa, heç kimə ürək qızdıra bilmirəm.
2. İnsan xeyirxahlığı ilə yadda qalır.
3. Üç aydan sonra qayıdacağam.
4. Mən tək sevən hanı səni dünyada?!
5. Vətəndən ötrü canımızdan keçməyə hazır olmalıyıq.
6. Qapıyacam gedib, qayıtdıq.
A) 2, 5, 6
B) 1, 3, 4
C) 3, 5
D) 1, 2, 4
E) 2, 4
"Mənim bacım məktəblidir" cümləsində xəbər nə ilə ifadə olunmuşdur?
A) zərflə
B) isimlə
C) sifətlə
D) fellə
E) əvəzliklə
"Məlumat" sözünün leksik təhlilindəki səhvi göstərin.
A) Ərəb mənşəli alınma sözdür.
B) Antonimi yoxdur.
C) Ümumişlək sözdür.
D) Sinonimləri "əhvalat", "sərgüzəşt" sözləridir.
E) Leksik və qrammatik mənası vardır.
Hansı cümlələrdə həm mənsubiyyət, həm də hal şəkilçisi vardır?
I. Nuriyyənin bacısı oxumağı çox sevir.
II. Vətənimi sevirəm.
III. Vətəni sevməyən insan olmaz.
A) I və III
B) III
C) I və II
D) II
E) I
Verilmiş fellərdən birində -dır4  icbar növ şəkilçisi deyil:
A) oxutdurmaq
B) yazdırmaq
C) qazdırmaq
D) sildirmək
E) söndürmək
Təktərkibli cümləni göstərin.
A) Komandalar qələbəyə can atırlar.
B) İşləməyənə tənbəl deyərlər.
C) Dağıdılmış obalar bərpa edilir.
D) Şəhərin qonaqları televiziya ilə çıxış etdilər.
E) Gənc şairin yaradıcılıq gecəsi keçirildi.
Nümunədə fonetik obrazlılığın hansı təzahür formasına rast gəlirik?
Quşlar uçur yuvasına fırıl-fırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.

                             (M.Müşfiq)
A) epitet
B) inversiya
C) ellipsis
D) metafora
E) alliterasiya
"Nə bilirsə, danışsın"  nümunəsində budaq cümlənin növü:
A) tamamlıq budaq cümləsi
B) xəbər budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) məqsəd budaq cümləsi
E) şərt budaq cümləsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top