Tapılan ümumi test sayı : 25

"Yaxınlıqdakı Söyüdlü arxdan qurbağaların qurultusu eşidilirdi"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) eşidilirdi - xəbər şəklinin hekayəsində olan feldir, məchul növdədir, təsirsizdir
B) yaxınlıqdakı - düzəltmə zərfdir
C) qurultusu - təqlidi sözdən üzəlmiş isimdir, III şəxsə aid mənsubiyyətşəkilçisi qəbul etmişdir
D) qurbağaların - isimdir, cəm və yiyəlik hal şəkilçisi qəbul etmişdir
E) Söyüdlü arx - mürəkkəb addır
"Bu iki kitabları müəllimə çatdırın"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik
B) qrammatik
C) leksik
D) orfoqrafik və qrammatik
E) orfoepik
Yazının hansı növündə bir neçə səs bir işarə ilə ifadə olunur?
A) hecavi yazı
B) şəkli yazı
C) əşyavi yazı
D) fikri yazı
E) hərfi yazı
"Portret" sözünün fonetik təhlili bağlı düzgün cavabları seçin.
1. Sözün yazılışı iə tələffüzü fərqlənir.
2. Sözdə [o] - dodaqlanan, qalın, [e] - dodaqlanmayan, incə, açıq saitdir.
3. [p], [t] - kar, [r] - cingiltili samitdir.
4. Sözdə ahəng qanunu pozulmuşdur.
5. Vurğu birinci hecaya düşür.
A) 1, 3, 5
B) 3, 5
C) 2, 5
D) 1, 3, 4
E) 2, 4, 5
"Qır" feli bu sözlərdən birinin köküdür:
A) qırçı
B) qıraq
C) qırıldamaq
D) qırış
E) qırğın
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top