Tapılan ümumi test sayı : 25

"Yaxınlıqdakı Söyüdlü arxdan qurbağaların qurultusu eşidilirdi"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) Söyüdlü arx - mürəkkəb addır
B) yaxınlıqdakı - düzəltmə zərfdir
C) qurbağaların - isimdir, cəm və yiyəlik hal şəkilçisi qəbul etmişdir
D) eşidilirdi - xəbər şəklinin hekayəsində olan feldir, məchul növdədir, təsirsizdir
E) qurultusu - təqlidi sözdən üzəlmiş isimdir, III şəxsə aid mənsubiyyətşəkilçisi qəbul etmişdir
"Bu iki kitabları müəllimə çatdırın"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) orfoqrafik
C) qrammatik
D) orfoqrafik və qrammatik
E) leksik
Yazının hansı növündə bir neçə səs bir işarə ilə ifadə olunur?
A) şəkli yazı
B) əşyavi yazı
C) hecavi yazı
D) fikri yazı
E) hərfi yazı
"Portret" sözünün fonetik təhlili bağlı düzgün cavabları seçin.
1. Sözün yazılışı iə tələffüzü fərqlənir.
2. Sözdə [o] - dodaqlanan, qalın, [e] - dodaqlanmayan, incə, açıq saitdir.
3. [p], [t] - kar, [r] - cingiltili samitdir.
4. Sözdə ahəng qanunu pozulmuşdur.
5. Vurğu birinci hecaya düşür.
A) 2, 4, 5
B) 2, 5
C) 1, 3, 4
D) 3, 5
E) 1, 3, 5
"Qır" feli bu sözlərdən birinin köküdür:
A) qırış
B) qırıldamaq
C) qırğın
D) qıraq
E) qırçı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top