Tapılan ümumi test sayı : 22

M.Füzulinin "Şikayətnamə" əsəri məzmununa və ideyasına görə onun hansı əsəri ilə daha çox müqayisə edilə bilər?
A) "Yeddi cam"
B) "Padşahi-mülk..."
C) "Söhbətül-əsmar"
D) "Bəngü Badə"
E) "Leyli və Məcnun"
Biri H.Cavidin "İblis" faciəsindəki surətlər sırasına daxil deyil:
A) Vasif
B) Zəhra
C) Xavər
D) Elxan
E) Rəna
Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları") Xudayar bəyin ulağı aparmasına nə üçün "yox" deyə bilmir?
A) Qonşuların, kətdaya xoş gəlmək istəyənlərin təkidi ilə razılıq verməli oldu.
B) O, səxavətli, xeyirxah adam idi, "yox"a dili gəlməzdi.
C) Xudayar bəy onun yaxın dostu və xeyirxahı idi, etiraz etmək heç insanlıqdan deyildi.
D) Əgər ulağı verməsəydi, "kənddə baş gəzdirmək" mümkün olmazdı.
E) "Yox" deməyə heç imkan da olmadı,
Xudayar bəy ulağı zorla apardı.
Verilən nümunədə işarələnmiş söz məcazın hansı növünə daxildir?
Mən aşiq gözüm aya,
Qatırın gözü maya.
Yel əsdi, zülf dağıldı,
Sataşdı gözüm aya.

 
A) epitet
B) metafora
C) simvol
D) metonimiya
E) təşbeh
Nümunə hansı əsərdən götürülüb?
-Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xüsusiyyətini bilsə, doğru sözünə də inanmaz.
-Tənbəllikdən qorx ki, o, bütün eyblərdən daha pisdir.

 
A) "Rindü Zahid" (M.Füzuli)
B) "Danabaş kəndinin əhvalatları" (C.Məmmədquluzadə)
C) "Nəsihətnamə" (Ş.İ.Xətai)
D) "Kitabi-Dədə Qorqud"
E) "Nəsihətlər" (A.Bakıxanov)
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə imam yox, bəydə ədalət...

Bəndi tamamlayın.
A) Alimin də düz bazarın görmədim.
B) Almasın, heyvasın, narın görmədim.
C) Zəhmətin çox çəkdim, karın görmədim.
D) Namusun, qeyrətin, arın görmədim.
E) Hayif ki, kamalda dərin görmədim.
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin:
1. Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir.
2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur.
3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
4. Süjet iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
A) 1, 4, 5
B) 2, 3
C) 1, 3, 4
D) 4, 5
E) 2, 3, 4
S.Vurğunun "Vaqif" dramında satqınlıq edib Qacarı bu sözlərlə qarşılayan kimdir?
Buyurun, qapımız açıqdır sizə,
Yurdu tapşırırıq əllərinizə.

 
A) Şeyx Alı
B) Vəzir
C) Kürd Musa
D) Qasım
E) Arşak
Bunlardan yalnız biri təhkiyə əsasında yazılmamışdır:
A) "Məlikməmmədin nağılı"
B) "Aygün" (S.Vurğun)
C) "Qan içində"  (Y.V.Çəmənzəminli)
D) "Məndə sığar iki cahan..."  (İ.Nəsimi)
E) "Yeddi gözəl" (N.Gəncəvi)
"Dastani-Əhməd Hərami" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Altı məclisdən ibarət olan əsər Güləndamın mənəvi və cismani qələbəsi ilə bitir.
B) Poemada süjet bir xətt üzrə inkişaf etdirilir.
C) Hər məclisin əvvəlində və sonunda şair oxucuya üz tutur.
D) Təbrizdən Şiraza gələn Əhməd Hərami doqquz yoldaşını itirir və özü də Güləndam tərəfindən ağır yara alır.
E) Anadilli epik şerin ilk nümunəsi olan poemada ənənəvi başlıqlar yoxdur.
Hansı cərgədəki sözlər fel şəkillərinin rəvayət və şərtindədir?
A) sevirik, gələcəkdi, alarmış
B) almışsa, gözləyibmiş, yazdısa
C) baxıram, suladı, gəzmişəm
D) gördü, yazmışdı, baxmalıyam
E) əkəsidir, görmüşdü, yazacaqdı
Aşağıdakı nümunə hansı üslubdadır?
Müdafiə Nazirliyinə tapşırılsın ki, hərbi şəhərciklərin və kazarmaların təmiri ilə bağlı lazımi tədbirlər görülsün.
A) fərdi
B) elmi
C) publisistik
D) rəsmi-işgüzar
E) bədii
"Başqa", "əlavə" sözləri işlənmiş hansı cümlələrdə xüsusiləşmiş üzv vardır?
1. Nənədən və Tərlan bibidən başqa, bizim kimsəmiz yoxdur.
2. Həyatın varmıdır mənası bir əfsanədən başqa.(C.Cabbarlı)
3. Tələbə mövzunu yaxşı bilmədiyi üçün müəllim ona əlavə suallar verdi.
4. O, dərs kitablarından əlavə, hüquq elminə aid ən qədim kitabları da oxuyurdu.
5. Başqa bir zövqü var bugünkü toyun. (S.Vurğun)
A) 2, 3, 4
B) 1, 2, 4
C) 1, 3
D) 3, 4, 5
E) 3, 5
"Ağappaq" sözünün fonetik təhlilindəki səhvləri müəyyənləşdirin.
1. Hərflərlə səslərin sayı bərabərdir.
2. Birinci sait uzun tələffüz olunur.
3. [a] - qalın, açıq və dodaqlanmayan saitdir.
4. Sözdə iki cingiltili, iki kar samit var.
5. Vurğu üçüncü hecaya düşür.
A) 1, 2, 4
B) 2, 3, 5
C) 2, 4, 5
D) 1, 2, 3
E) 2, 3, 4
Cümlələrdən hansılarda "ki" bağlayıcı vəzifəsindədir?
1. Hər kəs  (ki) yolunda çəkdi çox cəfa,
 Bir gün vüsalından görmədi səfa.
2. Bir yarı (ki) könül görə, göz tuta,
Lampa nədi, fanus nədi, şam nədi?
3. O kimdi (ki) geyinibdi ağ, qara?
4. O hansı quşdu (ki) eylər həzəri?
Hey gedər hər yana salar nəzəri?
5. Mən ki damdan, bacadan baxmaz idim.
A) 2, 3, 4
B) 3, 4
C) 1, 3
D) 2, 4, 5
E) 1, 2, 5
"Uşaq" ismi hansı cümlələrdə adlıq haldadır?
I. Uşağın dəcəlidir.
II. Uşağı axtarıram.
III. Uşağı çoxdur.
IV. Uşaq böyüdürük.
V. Uşağımız böyüyür.
A) I, III, V
B) II, III, V
C) II, IV
D) I, IV, V
E) I, II
Təktərkibli cümləni göstərin.
A) Kiçik bir daxmaya daxil olduq.
B) O, mənə heç yalan deməzdi.
C) Bu əlyazması heç kəsə məlum deyildir.
D) Alimlər də öz sözlərini dedilər.
E) Haqqı nahaqqa verməzlər.
Leksikoqrafın məşğul olduğu sahə:
A) lüğətçilik
B) morfologiya
C) dialektologiya
D) qrammatika
E) etimologiya
Sözlərdən biri feldən düzəlmişdir:
A) düzgün
B) düzülüş
C) düzüm
D) düzülmək
E) düzlük
"Ədalət" sözünün leksik təhlilindəki səhvi göstərin.
A) Təkmənalıdır.
B) Ümumişlək sözdür.
C) Omonim kimi işlənə bilmir.
D) Antonimi "ədalət" özüdür.
E) Alınma sözdür.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top