Tapılan ümumi test sayı : 21

S.Vurğunun "Vaqif" həyatın sınağından şərəflə çıxa bilməyən, saray intriqalarının qurbanı olan surət:
A) Xuraman
B) Qacar
C) Tükəzban
D) İbrahim xan
E) Gülnar
XIX əsrdə yaşamış bu şair farsca yazdığı şerində özünün daxili ziddiyyətlərini belə verir:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum.
...Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.

 
A) M.B.Nadim
B) Q.Zakir
C) S.Ə.Şirvani
D) M.Ş.Vazeh
E) S.Ə.Nəbati
"Dastani-Əhməd Hərami" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poema fars dilindədir.
B) Şarə, zülmə qarşı mübarizə əsərin əsas ideyasıdır.
C) Güləndam surəti "Kitabi-Dədə Qorqud" eposundakı mübariz qadınları yada salır.
D) Poema əruzun həzəc bəhrində yazılmışdır.
E) Əsərdə hadisələr məclislər şəklində təsvir olunur.
M.Hadinin "El fəryadı" şeri hansı mövzudadır?
A) vicdan və söz azadlığı
B) qəhrəmanlıq
C) məhəbbət
D) təbiət gözəlliyinin tərənnümü
E) müharibə
Klassik poeziyaya və aşıq ədəbiyyatına aid şerlərin adını hansı prinsip əsasında müəyyənləşdiririk? Daha dolğun cavabı seçin.
A) birinci misranın birinci sözü əsasında
B) sonuncu misra əsasında
C) yalnız birinci misra əsasında
D) yalnız rədif əsasında
E) rədif və ya birinci misra əsasında
H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
B) hakimlərin zülmü, ədalətsizlik
C) köhnə adət-ənənələr
D) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
E) dini mövhumat və fanatizm
M.Füzulinin aşağıdakı əsərlərindən biri məsnəvi formasında yazılmamışdır:
A) "Ənisül-qəlb"
B) "Leyli və Məcnun"
C) "Bəngü Badə"
D) "Söhbətül-əsmar"
E) "Yeddi cam"
Aşıq Əlsgər yaradıcılığı ilə bağlı fikirlərdən biri yanlışdır?
A) Yaradıcılığının əsas qolunu məhəbbət lirikası təşkil edir.
B) "Gedibdi", "Dönübdü", "Sevdiyim" qoşmaları məhəbbət mövzusundadır.
C) "Dağlar" rədifli 2 qoşması vardır.
D) "Güllü", "Güləndam", "Gülpəri" qoşmalarında gözəlin tərifi əsas yer tutur.
E) "Görmədim", "Çıxıbdı", "Olmaz" şerləri Aşıq Ələsgərin təbiət mövzulu şerlərinin ən yaxşı nümunələri sayılır.
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində Rüstəm bəyin dilindən verilmiş bu nümunədə bədii dilin hansı elementi özünü göstərir?
"...Smetni statyaları o qədər sokratik edirlər ki, il axırında hesab düz gəlmir..."
A) arxaizm
B) vulqarizm
C) neologizm
D) dialektizm
E) varvarizm
N.Vəzirovun bu əsərlərindən hansılar janrına görə dramdır?
1. "Daldan atılan daş topuğa dəyər"
2. "Nə əkərsən, onu biçərsən"
3. "Yağışdan çıxdıq, yağmura düşdük"
4. "Müsibəti-Fəxrəddin"
5. "Təzə əsrin ibtidası"
A) 2, 5
B) 1, 3, 5
C) 2, 4
D) 3, 5
E) 1, 2, 4
Birinci tərəfi isim olmayan I növ təyini söz birləşmələri cərgəsini göstərin.
A) dar keçid, hər şagird, çoxlu kitab
B) nurlu baxış, xoş xatirə, daş qəlbli
C) ağıllı fikir, tunc atlı, köhnə söhbət
D) taxta qaşıq, şirin söhbət, gur şəlalə
E) isti çörək, yağlı fətir, qızıl saat
"Müfəttiş" sözünün  təhlilindəki səhvi göstərin.
A) 8 hərf, 8 səsdən ibarətdir.
B) [m]-cingiltili samitdir, kar qarşılığı yoxdur.
C) Sözdəki sait səslərin üçü də incidir.
D) Sözün deyilişi ilə yazılışı fərqlənmir.
E) [ş]-kar samitdir, cingiltili qarşılığı [j] samitidir.
Həmcins mübtədalı sadə cümləni göstərin.
A) Nizamilər, Füzulilər bu torpağın qürurudur, fəxridir.
B) Hamı gözləyir, amma gələn yoxdur.
C) Ana həyat verər öz övladına,
  Həm də öz ömründən ömür bağışlar.
D) Sənsən xəlq eyləyən bu yeri, göyü.
E) O, gözəl, girdəsifət, gənc bir qız idi.
"Nəhayət, bu fikirlər onu inqilabi mübarizəyə çəkmişdi" cümləsində nitq hissələri hansı ardıcıllıqla düzülmüşdür?
A) sifət - şəxs əvəzliyi - isim - işarə əvəzliyi - isim - fel
B) şəxs əvəzliyi - isim - işarə əvəzliyi - sifət - zərf - fel
C) modal söz - işarə əvəzliyi - isim - şəxs əvəzliyi - sifət - isim - fel
D) modal söz - isim - isim - şəxs əvəzliyi - sifət - isim - fel
E) isim - şəxs əvəzliyi - zərf - işarə əvəzliyi - say - fel
Bunlardan biri mürəkkəb adlarla daxil edilə bilməz:
A) respublika bayramlarının adı
B) coğrafi adlar
C) mürəkkəb xüsusi isimlər
D) idarə və təşkilat adı
E) dövlət təltiflərinin adı
Üslub nədir?
A) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi
B) dil vasitələrindən məqsədəuyğun istifadə üsulu
C) nitq prosesində dilin fonetik, leksik, qrammatik qayda-qanunlarının gözlənilməsi
D) dilin ifadə imkanlarının genişliyi
E) dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarının öyrənilməsi
Bəndin hansı misralarında fel işlənmişdir?
Çən dağlardan aranlara süründü,
Yaşıl dağlar ağ dumana büründü,
Budaqlarda sarı yarpaq göründü,
Qatarlaşdı qızıl telli durnalar.

 
A) ikinci
B) dördüncü
C) bütün misralarında
D) üçüncü
E) birinci
Şair-şüəra (şairlər), sirr-əsrar, alim-üləma, şer-əşar.
Tək və cəm formalarında verilmiş belə sözlər morfoloji quruluşu baxımından hansı dillərə aiddir?
A) flektiv
B) həm kök, həm flektiv
C) kök (amorf)
D) aqqültinativ (iltisaqi)
E) həm aqqültinativ, həm flektiv
Hansı sözlərdə vurğu son hecaya düşər?
1. Almaniya           2. şlyapa
3. günbəgün          4. fərasət
5. təsadüfən          6. günəbaxan
7. perspektiv         8. kinoparat
A) 1, 2, 3, 5
B) 3, 4, 5, 6
C) 4, 6, 7, 8
D) 6, 7, 8
E) 4, 5, 7
Filologiya elminin bu sahəsi daha çox praktik səciyyə daşıyır və burada bu və ya digər dil faktı, dil hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir:
A) tərcüməşünaslıq
B) qrammatika
C) nitq mədəniyyəti
D) ədəbiyyatşünaslıq
E) üslubiyyat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top