Tapılan ümumi test sayı : 1487

Sərnişinlərin minməsinə və ya düşməsinə yolun hərəkət hissəsi tərəfindən icazə verilir?
A) İcazə verilir, ancaq sərnişinlər yük avtomobilinin banında daşındığı hallarda.
B) Qadağandır.
C) İcazə verilir, əgər sərnişinlərin minməsi və ya düşməsi səki və ya yol çiyni tərəfindən mümkün deyilsə və bu bütün yol hərəkəti iştirakçıları üçün təhlükəsiz olacaqsa.
Üstünlük nişanları quraşdırılmadığı yerlərdə və kəsişən yolun örtüyünü müəyyən etmək mümkün olmadıqda, sürücü özünü hansı yolda hesab etməlidir?
A) 2-ci dərəcəli yolda.
B) Baş yolda.
C) Eyni əhəmiyyətli yolda.
Sutkanın işıqlı vaxtında motosikletin hərəkəti zamanı hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Faraların yaxın işıqları.
B) Yaxın və ya uzaq işıqlar.
C) Qabarit işıqlar.
İcazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilinə yaşayış zonasında durmağa icazə verilir?
A) Bəli.
B) Xeyr.
Aşağıdakı hansı hallarda avtomobillərin istismarına icazə verilir?
A) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması vardırsa.
B) Avtomobilin arxa oxuna protektoru bərpa olunmuş şinlər geydirilmişdirsə.
C) Şinlərdə protektorun və ya yan rezinin qopması kimi zədələr vardırsa.
"Su qatının" yaranmasından təkərlərə yol arasında ilişmə itdikdə sürücü nə etməlidir?
A) Mühərriklə tormozlamadan istifadə edərək sürəti azaltmalıdır.
B) Sürəti artırmalıdır.
C) Kəskin tormoz vermək yolu ilə sürəti azaltmalıdır.
Hansı nəqliyyat vasitələrində azı iki diyirlənməyə qarşı dayaqlar olmalıdır?
A) İcazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və bütün avtobuslarda.
B) İcazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda.
C) Diyirlənməyə qarşı dayaqların olması məcburi deyildir.
D) Bütün yük avtomobillərində və bütün avtobuslarda.
Avtoqatarın qoşqusunun istismarı zamanı şinlərin protektorundakı naxışların qalmış hündürlüyü ən azı nə qədər olmalıdır?
A) 2 mm.
B) Müəyyən qaydaya tabe edilməmişdir.
C) 1 mm.
D) 1,6 mm.
Hansı traktorlarda Qaydalara üzrə dərman qutusu olmalıdır?
A) Tırtıllı traktorlarda.
B) Bütün traktorlarda.
C) Təkərli traktorlarda.

Hansı şəkildə Sizə sərnişinləri mindirmək məqsədi ilə dayanmağa icazə verilir, əgər Siz maneçilik törətməyəcəksiniz?

A) Heç birində.
B) Ancaq sağda.
C) Ancaq solda.
D) Hər ikisində.
Zibili avtomobilindən atmağa görə sürücü tənbeh olunur:
A) Cərimə + 5 bal.
B) Cərimə + 4 bal.
C) Cərimə.
D) Cərimə + 3 bal.

Bu tanınma nişanı nəyi bildirir?

A) Baytarın avtomobili.
B) "Təcili yardım".
C) Sürücü-həkim tərəfindən idarə edilən avtomobili.
Boyun və ağır qollar zədəsi almış zərərçəkəni hansı vəziyyətdə nəql etmək (daşımaq) lazımdır?
A) Arxası üstə uzatmaqla.
B) Böyrü üstə uzatmaqla.
C) Oturaq və ayaqlar uzadılmış vəziyyətdə.
Onurğa (bel sütunu) zədə almış huşsuz halda olan zərərçəkəni hansı vəziyyətdə nəql etmək (daşımaq) lazımdır?
A) Arxası üstə uzatmaqla.
B) Böyrü üstə uzatmaqla.
C) Qarnı üstə uzatmaqla.

Göstərilən nizamlayıcının siqnalı nəyi bildirir?

A) "Sürəti azaldın".
B) "Dayanın".
C) "Sürəti artırın".

Göstərilən nizamlayıcının siqnalı nəyi bildirir?

A) "Dayanın".
B) "Sürəti artırın".
C) "Sürəti azaldın".

Göstərilən nizamlayıcının siqnalı nəyi bildirir?

A) "Sürəti artırın".
B) "Sürəti azaldın".
C) "Dayanın".
Hansı hallarda sürücü piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir?
A) Ancaq yaşayış məntəqəsində.
B) Ancaq yaşayış məntəqəsindən kənarda.
C) Bütün hallarda.
Aşağı ötürməyə keçəndə mühərrikin dövriyyəsi necə dəyişir?
A) Artır.
B) Dəyişmir.
C) Azalır.
Sükan idarə mexanizmində lüftün cəmi hansı son hədd qiymətlərinə kimi olduqda yük avtomobillərinin istismarına icazə verilir?
A) Ən çoxu 25 dərəcə.
B) Ən çoxu 10 dərəcə.
C) Ən çoxu 20 dərəcə.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top