Tapılan ümumi test sayı : 1487

Ötmə əməliyyatını etməkdən qabaq, ötdüyünüz avtomobili xəbərdar etmək üçün işıq siqnalları ilə birlikdə səs siqnalını istifadə etmək olar?
A) Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edərkən icazə verilir.
B) Bütün hallarda icazə verilir.
C) Qadağandır.
D) Yaşayış məntəqəsindən kənarda icazə verilir.
Mütəşəkkil piyada dəstələrini sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində necə işarələmək lazımdır?
A) Qabaqda - ağ, arxada qırmızı bayraqcıqlar ilə.
B) Qabaqda və arxada qırmızı bayraqcıqlar ilə.
C) Qabaqda - ağ, arxada - qırmızı işıq fənəri ilə.
D) Qabaqda və arxada qırmızı işıq fənəri ilə.
Mütəşəkkil piyada dəstələrini günün işıqlı vaxtında necə işarələmək lazımdır?
A) Qabaqda - ağ, arxada - qırmızı işıq fənəri ilə.
B) Qabaqda və arxada qırmızı işıq fənəri ilə.
C) Qabaqda və arxada qırmızı bayraqcıqlar ilə.
D) Qabaqda - ağ, arxada qırmızı bayraqcıqlar ilə.
Siz "B" kateqoriyasına daxil olan yük avtomobilinin sahibi olduğunuz halda aşağıda sadalanan hansı göstəriciyə görə istismarı dayandırmalısız?
A) Sadalanan hər iki halda.
B) Tam təchiz olunmuş formada olan avtomobilinizin duracaq tormoz sistemi onun tərpənməzliyini 25 dərəcədən çox olan enişdə təmin etmədikdə.
C) Tam yüklü vəziyyətdə olan avtomobilinizin duracaq tormoz sistemi onun tərpənməzliyini 18 dərəcədən çox olan enişdə təmin etmədikdə.

Bu vəziyyətdə qırmızı rəngli avtomobilin sürücüsü nə etməlidir?

A) Səs siqnalı verməli və sürəti aşağı salmadan hərəkət etməlidir.
B) Sürəti azaltmalı və xüsusi ehtiyatliqla hərəkəti davam etdirməlidir.
C) Dərhal dayanmalıdır.

Nizamlayıcının bu siqnalında hansı nəqliyyat vasitəsi sola dönə bilər?

A) Trolleybus və yük avtomobili.
B) Ancaq sayrışan işıqlarını qoşmuş yük avtomobili.
C) Ancaq trolleybus.
D) Heç biri.
E) Siz və motosiklet.
Arxanı göstərən xarici güzgülər olmadıqda minik avtomobilinin istismarına icazə verilir?
A) İcazə verilmir.
B) İcazə verilir.
C) Arxa şüşələrdə jalüz olmadıqda icazə verilir.
Siz hansı hallarda avtomobili idarə edə bilərsiniz?
A) Bütün sadalanan hallarda qadağan edilir.
B) Naxoş və ya yorğun vəziyyətdə.
C) Sürücünün diqqətini zəifləşdirən psixotrop maddələrin qəbulundan sonra.
D) 8 saatlıq işdən sonra.

Bu nişanların hansının təsir sahəsində 40-50 dəqiqə müddətində dayanmaq qadağan deyildir?

A) Hər birində qadağandır.
B) Heç birində qadağan deyildir.
C) Ancaq 2.
D) Ancaq 1.

İcazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilində soldan birləşən yola dönəndən sonra hansı maksimal sürətlə hərəkət edə bilərsiniz?

A) 60 km/s.
B) 20 km/s.
C) 70 km/s.
Elastik və ya sərt birləşdirici ilə yedəyə alma zamanı nəqliyyat vasitəsinin bort platformasında adamların daşınmasına icazə verilir?
A) Yedəyə alan nəqliyyat vasitəsində icazə verilir.
B) İcazə verilmir.
C) Yedəyə alan və yedəyə alınan nəqliyyat vasitələrində icazə verilir.
Göstərilən yerlərin hansında mühərriki söndürmədən durmaq qadağandır?
A) Yaşayış zonasında və həyət yerlərində.
B) Duracaq zonasında.
C) Dincəlmə yerində.
D) Yaşayış zonasında.
E) Bunların hamısında.

Texniki xidmət avtomobili sol zolaqda hərəkət etməklə qaydaları pozur?

A) Pozur.
B) Əgər digər nəqliyyat vasitələrinə maneçilik torətmirsə pozmur.
C) Pozmur.

Bu vəziyyətdə üstünlük kimə verilir?

A) Müəyyən qaydaya tabe edilməmişdir.
B) Hərəkət edən avtomobilə.
C) Dayanmış avtomobildən çıxan sərnişinlərə.
Aşağıda sadalanan hansı halda minik avtomobilinin istismarına icazə verilir?
A) Arxa oxuna protektoru müxtəlif naxışlı olan şinləri geydirildikdə.
B) Şinlərin naxışlarının qalmış hündürlüyü 1,6 mm-dən az olduqda.
C) Qabaq oxuna radial şinləri geydirildikdə.
D) Sadalanan halların hər birinə görə istismar qadağandır.

Bu yerdə yük avtomobilinə durmağa icazə verilir?

A) Bəli.
B) Bəli, əgər icazə verilən maksimum kütlə 3,5 t-dan azdırsa.
C) Xeyr.
Uşaqların aparmağı zamanı hansı şərtə əməl olunmalıdır?
A) Uşaqları dəstə halında böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
B) Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
C) Nəqliyyat vasitələrinin önündə "Uşaqlar" tanınma nişanı olmalıdır.
D) Nəqliyyat vasitələrinin önündə və arxasında "Uşaqlar" tanınma nişanı olmalıdır.
Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə yük düşdükdə nə etmək lazımdır?
A) Qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymaq.
B) Qəza dayanma nişanı qoymaq.
C) Qəza dayanması işıq siqnalını yandırmaq.

Avtomobili yolun bu sahəsində hansı yerdə duracağa qoya bilərsiniz?

A) Ancaq 500 metrdən sonra xüsusi meydançada.
B) Yol çiyninin hər bir yerində.
C) Sadalanan yerlərin hər birində.

"Qəza dayanacağı yeri" nişanı hansıdır?

A) Soldakı və sağdakı.
B) Soldakı.
C) Sağdakı.
D) Heç biri.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top