Tapılan ümumi test sayı : 1487

Dönməni göstərən əl ilə verilmiş siqnal nə vaxt kəsilə bilər?
A) Bilavasitə manevrə başlamazdan əvvəl.
B) Ancaq manevrdən sonra.

İkinci zolaqda hərəkət edən motosikletçinin əl işarəsi ilə verdiyi siqnal Sizə nə barədə məlumat verir?

A) Onun hərəkəti düzünə davam etdirəcəyi barədə.
B) Onun sağa dönəcəyi barədə.
C) Onun dayanacağı barədə.

Minik avtomobilinin sürücüsünün əl işarəsi ilə verdiyi siqnal Sizə nə barədə məlumat verir?

A) Onun yük avtomobilinə yol vermək məqsədi ilə dayanacağı barədə.
B) Onun sola və ya geriyə dönəcəyi barədə.
C) Yolayrıcında təhlükənin yaranacağı barədə.

Minik avtomobilinin sürücüsünün sol qolunun yana uzadılması nəyi bildirir?

A) Onun köməyə ehtiyacının olmasını.
B) Onun hərəkətə başlamaq istədiyini.
C) Döngədən sonra təhlükənin olmasını.
Ötmə manevri zamanı nə vaxt sola dönmə siqnalını söndürməlisiniz?
A) Ancaq sağ zolağa qayıdandan sonra.
B) Ötülən nəqliyyat vasitəsini keçəndən sonra.
C) Sol zolağa keçən kimi, dərhal.
Sola və ya geriyə dönmək istədiyiniz halda Siz nə etməlisiniz?
A) Əmin olmalısınız ki, Sizi ötmürlər, sonra sola dönmə işığını qoşmalısınız və dönmə manevrinə başlamalısınız.
B) Sola dönmə işığını qoşmalısınız, sonra dönmə manevrinə başlamalısınız.

Bu yolayrıcında sola dönmək istəyirsiniz. Siz hansı anda sola dönmə işığını qoşmalısınız?

A) Sizin istəyinizdən asılıdır.
B) Birinci hərəkət hissəsi ilə kəsişməyə daxil olduqdan sonra.
C) Yolayrıcına daxil olmazdan əvvəl.

Bu trayektoriya ilə geriyə dönmə zamanı hansı dönmə göstəricilərini qoşmalısınız?

A) Ancaq sola.
B) Ancaq sağa.
C) Əvvəlcə sağa, bordürdən hərəkət zamanı isə sola.

Minik avtomobilinin sürücüsü sola dönmə göstəricisini söndürməlidir:

A) Ancaq yük avtomobilini keçəndən sonra.
B) Ancaq sağ zolağa qayıdandan sonra.
C) Sol zolağa keçən kimi.

Bu vəziyyətdə sola dönmə göstəricisini qoşmalısınız?

A) Bu vəziyyətdə dönmə göstəricilərinin qoşulmasına ehtiyac yoxdur.
B) Bəli.
C) Bəli, əgər geriyə dönəcəksinizsə.

Bu maneəni keçmək məqsədi ilə sola dönmə göstəricisini qoşmalısınız?

A) Bəli, ancaq sutkanın qaranlıq vaxtı.
B) Xeyr.
C) Bəli.

Siz yolun sol kənarında dayanmaq istəyirsiniz. Bu vəziyyətdə dönmə siqnalını qoşmalısınız?

A) Bəli.
B) Sizin istəyinizdən asılıdır.
C) Xeyr.

Həyətə girməkdə olan sürücü hansı səhvlərə yol verir?

A) Sadalanan hər iki səhvə yol verir.
B) "Düzünə hərəkət" nişanının təsir sahəsində dönür.
C) Dönmə göstəricisini qoşmadan dönür.

Bu yolayrıcına daxil olarkən sağa dönmə siqnalını qoşmalısınız?

A) Bəli.
B) Bəli, əgər arxadan nəqliyyat vasitələri gəlirsə.
C) Xeyr.

Bu vəziyyətdə dönmə siqnalını qoşmalısınız?

A) Bəli, əgər digər istiqamətlərdən nəqliyyat vasitələri gəlirsə.
B) Xeyr.
C) Bəli.

Bu vəziyyətdə sağa dönmə siqnalını qoşmalısınız?

A) Bəli.
B) Xeyr.
C) Bəli, ancaq sutkanın qaranlıq vaxtı.
Dönmə siqnalının verilməsi sürücüyə üstünlük verir?
A) Xeyr.
B) Bəli, ancaq ötmənin sonunda.
C) Bəli.

Yolayrıcından sonra dərhal dayanmaq qərarına gəlmisinizsə, bu şəraitdə sağa dönmə siqnalını nə zaman qoşmalısınız?

A) Dönmə işığının qoşulmasının mənası yoxdur, çünki sağa dönmə qadağandır.
B) Ancaq yolayrıcına daxil olandan sonra.
C) Yolayrıcına daxil olana kimi, çünki başqa sürücülər də bu haqda xəbərdar olmalıdırlar.
Dönmə göstərici siqnalının verilməsi nə vaxt kəsilməlidir?
A) Manevr zamanı.
B) Manevr qurtardıqdan dərhal sonra.
C) Bilavasitə manevr başlamazdan əvvəl.

Bu vəziyyətdə sağa dönmə siqnalını qoşmalısınız?

A) Bəli, əgər arxadan nəqliyyat vasitələri gəlirsə.
B) Bəli.
C) Xeyr.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top