Tapılan ümumi test sayı : 1487

Əgər müvəqqəti quraşdırılan yol nişanının tələbi ilə yoldakı nişanlanma xətlərinin tələbləri uyğun gəlmirsə, sürücü nəyi rəhbər tutmalıdır?
A) Qanun bu vəziyyəti müəyyənləşdirmir.
B) Nişanlanma xətlərinin tələblərini.
C) Müvəqqəti quraşdırılmış yol nişanının tələblərini.

"A" hərfi formasında olan nişanlanma ilə işarələnmiş zolaqda hansı nəqliyyat vasitələri hərəkət edə bilərlər?

A) Ancaq təyin olunmuş və dayanacaqlarla işarələnmiş marşrutlarla hərəkət edən avtobus və trolleybuslar.
B) Bütün avtobuslar, trolleybuslar və taksilər.
C) Ancaq avtobuslar.

Belə şaquli nişanlanma xətləri nəyi göstərir?

A) Bütün yol qurğularının şaquli elementlərini.
B) Yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini.

"A" hərfi formasında olan nişanlanma nəyi blldlrir?

A) Ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolağını.
B) Marşrut nəqliyyat vasitələrinin dayanma yerlərini.
C) Taksi və marşrut nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolağını.

Hərəkət hissəsinə çəkilmiş bu nişanlanma nəyi bildirir?

A) Yaxın yolayrıcıya kimi məsafəni.
B) Yaxın yaşayış məntəqəsinə kimi məsafəni.
C) Yolun və ya marşrutun nömrəsini.

Hərəkət zolağı üzərində üçbucaq formasında çəkilmiş nişanlanma nəyi bildirir?

A) Yaxınlaşmaqda olan digər nəqliyyat vasitələrinə yol vermək məqsədi ilə təyin olunmuş yerə yaxınlaşma haqqında xəbərdarlıq edir.
B) Yolun təhlükəli sahəsinə daxil olmağınızı.
C) Dayanmanın vacib olduğu yeri göstərir.

Hərəkət zolağına çəkilən bu nişanlanma nə bildirir?

A) Sizi məlumatlandırır ki, yol sağa dönür.
B) Sağ zolağa keçmək üçün Sizə üstünlük verir.
C) Sizi məlumatlandırır ki, yolun hərəkət hissəsinin daralma sahəsinə yaxınlaşırsınız.

Siz bu yerdə sərnişinləri mindirmək və ya düşürtmək məqsədi ilə dayana bilərsiniz?

A) Xeyr.
B) Bəli, əgər marşrut nəqliyyat vasitəsi üçün maneə yaratmayacaqsınızsa.
C) Bəli.

Hansı nişanlanma xəttini istənilən tərəfdən kəsib keçməyə icazə verilir?

A) Hər birini.
B) Ancaq A.
C) Ancaq B.
D) Ancaq C.

Hansı nişanlanma xətləri neqliyyat vasitələrinin durması qadağan edildiyi yerləri işarələmək üçün tətbiq edilir?

A) B-dən başqa hər biri.
B) Ancaq Q və C.
C) Ancaq V və Q.

Yolun bu şəkildə nişanlanması nəyi bildirir?

A) Piyada keçidi yerini.
B) Velosipedçinin üstünlüyə malik olduğu yeri.
C) Velosiped yolu ilə hərəkət hissəsinin kəsişdiyi yeri.

Siz sola dönmək fikrindəsiniz. Harada dayanmalısınız ki, digər nəqliyyat vasitələrinə yol verəsiniz?

A) Yolayrıcının qarşısındakı nişanlanma xəttinin qabağında.
B) Nişanın qarşısında.
C) Yolayrıcındakı qırıq xəttin üstündə.
D) Sürücünün qərarı ilə istənilən yerdə.

Siz bu vəziyətdə nə etməlisiniz?

A) Digər nəqliyyat vasitələrinin olmadığı halda yolayrıcını dayanmadan keçib getməlisiniz.
B) Stop-xəttin yanında dayanmalısınız.
C) Nişanın qarşısında dayanmalısınız.

Hansı avtomobilin sürücüsü Qaydaları pozmur?

A) İkisi də pozur.
B) Heç biri pozmur.
C) Ancaq A.
D) Ancaq Б.

Göstərilən yerdə Sizə durmağa icazə verilir?

A) İcazə verilir, ancaq səkiyə çıxmaq yolu ilə.
B) Qadağandır.
C) İcazə verilir.

Bu nişanlanma xətti ötməyə icazə verir?

A) Bəli.
B) Xeyr.
C) Bəli, əgər traktorun sürəti saatda 30 kilometrdən azdırsa.

Bu nişanlanma xətti ötməyə icazə verir?

A) Bəli, əgər traktorun sürəti saatda 30 kilometrdən azdırsa.
B) Xeyr.
C) Bəli.

Göstərilən yerdə Sizə dayanmağa icazə verilir?

A) İcazə verilir, ancaq səkiyə çıxmaq yolu ilə.
B) İcazə verilmir.
C) İcazə verilir.
D) İcazə verilir, əgər marşrut nəqliyyat vasitələrinə maneçilik yoxdursa.

Reversiv svetoforların işləmədiyi vəziyətdə Sizə belə manevr etməyə icazə verilir?

A) İcazə verilmir.
B) Ancaq ötmə məqsədi ilə icazə verilir.
C) Qarşıdan gələn nəqliyyat vasitələri yoxdursa, icazə verilir.

Ötməyə icazə verilir?

A) İcazə verilir.
B) İcazə verilir, əgər yük avtomobilinin sürəti saatda 30 kilometrdirsə.
C) İcazə verilmir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top