Tapılan ümumi test sayı : 1487


Bu yol nişanı Sizi tunelə yaxınlaşma haqqında xəbərdar edir və bildirir ki:

A) Süni işıqlandırma yoxdur.
B) Qarşıdan gələn nəqliyyat vasitəsi ilə qarşılıqlı keçid çətinləşəcək.
C) Hərəkət növbəliyi svetoforla nizamlanır.

Torpaq örtüklü yola dönməyə icazə verilir?

A) Xeyr.
B) Bəli.

Bu yol nişanları Sizi xəbərdar edir ki:

A) Dayanma ancaq yolun hərəkət hissəsində icazə verilir.
B) Nəqliyyat vasitələrinin yol qırağında dayanması qadağandır.
C) Yolda təmir işlərinin aparılması ilə əlaqədar olaraq yolun kənarına çıxmaq təhlükəlidir.

Bu nişan Sizi xəbərdar edir:

A) Sürüşkən yerə yaxınlaşma haqqında.
B) Yolun yaş və çirkli sahəsinə yaxınlaşma haqqında.
C) Təkərlərin altından çınqıl sıçrayışının mümkün olacağı sahəyə yaxınlaşma haqqında.

Bu yol nişanı:

A) Tramvay dayanacağı olan yerə yaxınlaşma haqqında xəbərdar edir.
B) Tramvay xətti ilə kəsişən yerin bilavasitə qarşısında dayanmağı tələb edir.
C) Tramvay xətti ilə kəsişmə yerinə yaxınlaşma haqqında xəbərdar edir.
Hansı hallarda sürücü avtomobili (motosikleti) polis işçilərinin sərəncamına verməlidir?
A) Təxirəsalınmaz xidməti tapşırıqların yerinə yetirilməsi üçün.
B) Heç bir halda verməməlidir.
C) Bütün hallarda.
Hərəkət hissəsində zolaqların sayı necə təyin olunmalıdır?
A) Nişanlanma xətləri və ya nişanlarla, bunlar olmadıqda, sürücü özü təyin etməlidir.
B) Ancaq müvafiq nişanlarla.
C) Ancaq nişanlanma xətləri ilə.
Siz sahibi olduğunuz icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilini özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
A) Bəli, əgər bu şəxsdə nəqliyyat vasitələrini idarə etmək üçün "B" kateqoriyalı sürücülük vəsiqəsi vardırsa.
B) Bəli, əgər bu şəxsdə nəqliyyat vasitələrini idarə etmək üçün "C" kateqoriyalı sürücülük vəsiqəsi vardırsa.
C) Xeyr.
Yol-nəqliyyat hadisəsi törətmiş sürücü, ilk növbədə, nə etməlidir?
A) Dayanmalıdır, qəza dayanma işığını qoşmalıdır və qəza dayanma nişanını quraşdırmalıdır.
B) Baş verən yol-nəqliyyat hadisəsi barəsində polisə xəbər verməlidir.
C) Hərəkət hissəsini boşaltmalıdır.
Sürücülük vəsiqəsində hansı kateqoriyanın olması kifayətdir ki, sürücü minik avtomobilini icazə verilən maksimum kütləsi 750 kq qədər olan qoşqu ilə idarə etsin?
A) "B" kateqoriyası.
B) "B" və "E" kateqoriyaları.
C) "C" kateqoriyası.
Sürücü polis əməkdaşının tələbi ilə təcili tibbi yardıma ehtiyacı olan şəxsləri yaxında olan xəstəxanalara aparmaq üçün öz nəqliyyat vasitəsini təqdim etməyə borcludur?
A) Bəli, ancaq eyni səmtə getdiyi zaman.
B) Borclu deyil.
C) Bəli, hərəkət istiqamətindən asılı olmayaraq.
Minik avtomobilinin sürücüsünə yolda hərəkətdə olan mütəşəkkil avtomobil dəstəsində yer tutmağa icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir, əgər yolda cəmi üç hərəkət zolağı vardırsa.
C) İcazə verilir, əgər mütəşəkkil avtomobil dəstəsində sürət saatda 30 kilometrdən azdırsa.
Yaşayış məntəqəsində hərəkət zamanı kimlərə təhlükəsizlik kəmərini bağlamamağa icazə verilir?
A) Minik avtomobilinin arxa oturacağında oturan sərnişinlərə.
B) Əlil sürücülərə.
C) Taksidəki sərnişinlərə.
D) Bütün sadalanan şəxslərə.
E) Operativ nəqliyyat vasitəsi sürücülərinə və sərnişinlərinə.
Sürücüyə hərəkət vaxtı telefonla danışmağa icazə verilir?
A) İcazə verilir.
B) Qadağandır.
C) Yalnız danışıqları əllərin istifadəsi olmadan aparmağı icazə verən texniki vasitələrin istifadəsi ilə mümkündür (icazə verilir).
Siz sahibi olduğunuz minik avtomobilini özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
A) Bəli, əgər bu şəxsdə "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardırsa.
B) Bəli, əgər bu şəxsdə "B" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardırsa.
C) Xeyr.
"C" kateqoriyalı sürücülük vəsiqəsl hansı nəqliyyat vasitələrini idarə etməyə icazə verir?
A) İstənilən avtomobili.
B) İstənilən yük avtomobilini.
C) Ancaq icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərini.
Sürücüdə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır ki, o, icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilini icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan qoşqu ilə idarə etsin?
A) "C" kateqoriyalı.
B) "C" və "E" kateqoriyalı.
C) "C" və "D" kateqoriyalı.
Əgər yol-nəqliyyat hadisəsi (YNH) nəticesində heç kim xəsarət almamışdırsa, sürücülər hadisəni sənədləşdirmək üçün yaxınlıqda olan DYP-ə gələ bilərlər?
A) Bəli.
B) Bəli, əgər YNH-ini törədənlər bu şəraiti qiymətləndirmədə razılığa gəliblərsə, hadisənin sxemini tərtib edib imzalayıblarsa.
C) Xeyr.
Hansı nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri hərəkət vaxtı təhlükəsizlik kəmərlərini bağlamalıdırlar?
A) Bütün avtomobillərin.
B) Ancaq minik avtomobillərinin.
C) Təhlükəsizlik kəmərləri ilə təchiz olunan bütün nəqliyyat vasitələrinin.
Yük avtomobilinin bort platformasında hərəkət edən sərnişinlərə ayaq üstə durmağa, bortun və ya bortdan yuxarı səviyyədə olan yükün üzərində oturmağa icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir, əgər yük avtomobilnin sürəti saatda 30 kilometrdən azdırsa.
C) İcazə verilir, ancaq yükü müşayiət edən şəxslərə.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top