Tapılan ümumi test sayı : 154

Azərbaycan Respublikasının şimal sərhədləri hansı təbii obyektlərdən keçir? 1. Kür çayından 2. Yan silsilədən 3. Baş Qafqaz silsiləsindən 4. Qusarçaydan 5. Sudur silsiləsindən 6. Samur çayından
A) 4, 5, 6
B) 3, 5, 6
C) 1, 2, 3
D) 2, 3, 4
E) 1, 3, 6
Xəzər dənizindən Dünya okeanına çıxmaq üçün hansı kanallardan istifadə etmək lazımdır?
A) Baltik-Ağdəniz, Süveyş
B) Samur-Abşeron, Yuxarı Şirvan
C) Qaraqum, Kil
D) Süveyş, Yuxarı Qarabağ
E) Volqa-Don, Volqa-Baltik
Dağ-tundra iqliminin olmadığı tektonik zonalar:
A) Kiçik Qafqaz qalxması
B) Böyük və Kiçik Qafqaz qalxması
C) Böyük Qafqaz qalxması
D) Kür sinklinoriumu
E) Talış dağları qalxması
Bunlardan hansılar düzənlik landşaftına aiddir?
A) Subnival, yarımsəhra
B) Dağ-çəmən, meşə-çəmən
C) Yarmısəhra, quru çöl
D) Dağ-çöl, intrazonal
E) İntrazonal, nival
Atlantik okeanına aid olan dəniz və boğaz:
A) Meksika və Torres
B) Azov və Zond
C) Qara və Malakka
D) Aralıq və Cəbəlüttariq
E) Baltik və Hörmüz
Hansı təbii zonanın bitki və heyvanlar aləmi daha kasıbdır və bunun səbəbi:
A) savannaların, istilik və rütubətin çox olması
B) çöllərin, istilik və rütubətin bərabər olması
C) yarımsəhraların, istiliyin çox, yağıntının isə az olması
D) ekvatorial meşələrin, istiliyin çox, yağıntının az olması
E) tundra, istiliyin və rütubətin az olması
Avstraliya və Şimali Amerikada mövcud olmayan təbii zona:
A) Çöllər
B) Ekvatorial meşələr
C) Tundra
D) Savanna və seyrək meşələr
E) Yarımsəhralar
Nə üçün Avstraliyada qoyunçuluq geniş inkişaf etmişdir?
A) Rütubətləmə əmsalının 1-dən böyük olmasına görə
B) Yırtıcı heyvanların azlığına görə
C) Təbii otlaq və quru iqlim şəraitinə görə
D) Ərazisinin böyüklüyünə görə
E) Coğrafi mövqeyinə görə
Ərəbistan dənizi və Böyük Avstraliya körfəzinin yerlərini müəyyən edin:                
A) 3, 5
B) 2, 8
C) 7, 9
D) 1, 4
E) 6, 10
İzobar nədir?
A) Hündürlüyü eyni olan nöqtələri birləşdirən xətlər
B) Temperaturu eyni olan nöqtələri birləşdirən xətlər
C) Eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xətlər
D) Təzyiqi eyni olan nöqtələri birləşdirən xətlər
E) Dərinliyi eyni olan nöqtələri birləşdirən xətlər
Hansı dənizə daxili dəniz deyilir?
A) Materiklərin kənarında yerləşən dənizlər
B) Yarımadaların sahilində yerləşən dənizlər
C) Okeanın daxilində yerləşən dənizlər
D) Adaların içərisində yerləşən dənizlər
E) Materiklərin daxilində yerləşən dənizlər
Buz zonasının heyvanları:
A) maral, qütb tülküsü, canavar
B) ağ ayı, qonur ayı, vaşaq
C) suiti, sincab, dələ, ayı
D) maral, müşk öküzü, kenquru
E) ağ ayı, suiti, morj, pinqivin
Azərbaycan Respublikasının hansı şəhərində rəsədxana yerləşir?
A) Lənkəran
B) Sumqayıt
C) Gəncə
D) Şamaxı
E) Mingəçevir
Sahəsinə görə ən böyük körfəz:
A) Ədən
B) İran
C) Meksika
D) Benqal
E) Biskay
Yerin kiçildilmiş modeli necə adlanır?
A) Xəritə
B) Mənzərə
C) Plan
D) Proyeksiya
E) Qlobus
Lələkli buludlarda su hansı haldadır?
A) Maye və buxar halında
B) Şeh halında
C) Maye halında
D) Buz halında
E) Buxar halında
Atmosferdə ən çox hansı qaz yayılmışdır?
A) Karbon
B) Oksigen
C) Arqon
D) Hidrogen
E) Azot
Mineral sular adi sudan necə fərqlənir?
A) Tərkibində çoxlu həll olmuş duz və mineral olur
B) Tərkbində çoxlu yod olur
C) Minearl su sarı rəngdə olur
D) Mineral su təmiz olur
E) Mineral su təmiz olmur
Bu sözlərdən dördü bir-birinə mənaca yaxındır. Bir söz isə mənaca bura daxil deyil. Bu sözü tapın.
A) Buzlaq
B) Göl
C) Bulaq
D) Çay
E) Oksigen
Günəş nədir?
A) Peyk
B) Planet
C) Meteorit
D) Ulduz
E) Asteroid
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top