Tapılan ümumi test sayı : 154

XIX saat qurşağının orta meridianından 5 dərəcə qərbdə yerləşən A məntəqəsi ilə Bakı şəhəri arasındakı yerli vaxt fərqini müəyyən edin:
A) 2 saat 34 dəqiqə
B) 4 saat 27 dəqiqə
C) 8 saat, 40 dəqiqə
D) 3 saat 40 dəqiqə
E) 7 saat 10 dəqiqə
Türk xalqlarından hansılar xristian dininə mənsubdur?
A) kabardinlər
B) yakutlar
C) başqırdlar
D) çərkəzlər
E) çuvaşlar
Kap və Pont dağlarının yerləşdiyi müvafiq ölkələr:
A) Misir, Moldova
B) Anqola, Avstraliya
C) CAR, İtaliya
D) Konqo, Rusiya
E) CAR, Türkiyə
Əhalisinin bir hissəsinin ənənəvi olaraq buddizmə sitayiş etdiyi türk dövlət qurumu:
A) Kabarda-Balkarıstan
B) Qazaxıstan
C) Başqırdıstan
D) Sintszyan-Uyğur
E) Çuvaş
Türkiyə iqtisadiyyatında yüngül sənayenin aparıcı rol oynamasının səbəbi:
A) yüksək səviyyəli milli texnikanın geniş tətbiqi
B) miqrasiyanın üstünlüyü
C) gətirmə xammala əsaslanması və böyük yerli təlabat
D) xammal və əmək ehtiyatları ilə yaxşı təminatı
E) kənd təsərrüfatının böyük tələbatı
Təyyarə 4000 m mütləq hündürlükdən uçur. Bu hündürlükdəki atmosfer təzyiqini tapın.
A) 360 mm c.s
B) 500 mm c.s
C) 600 mm c.s
D) 260 mm c.s.
E) 160 mm c.s
Yaz gecə-gündüz bərabərliyi zamanı günorta vaxtı günəş şüalarının şimal yarım kürəsinə 70 və cənub yarımkürəsinə 40 bucaq altında düşdüyü enliklər arasında dərəcə fərqi:
A) 30
B) 50
C) 70
D) 40
E) 110
Arid-denudasion relyef formalarının geniş yayıldığı təbii zona:
A) səhra və yarımsəhra
B) meşə-tundra
C) qarışıqmeşələr
D) tayqa
E) tundra
Böyük Qafqaz dağlarına aid olan əsas xüsusiyyətlər: 1. torpaq, bitki və heyvanat aləminin hündürlük qurşaqlığı üzrə dəyişməsi 2. hertsin dağəmələgəlmə mərhələsində yaranması 3. respublikamıza daxil olan hava kütlələrinin qarşısını kəsməsi 4. əsasən Alp qırışığı mərhələsində formalaşması 5. maqmatik süxurların geniş yayılması
A) 2, 4, 5
B) 1, 2, 5
C) 2, 3, 4
D) 1, 3, 4
E) 1, 2, 3
Peru çökəkliyi (çuxuru) hansı okeanda yerləşir?
A) Sakit
B) Cənub okeanı
C) Şimal Buzlu okean
D) Hind
E) Atlantik
Balıq və digər dəniz məhsullarını marikultur təsərrüfatlarda yetişdirən ölkələr
A) Əlcəzair, Macarıstan
B) Yaponiya, Fransa
C) Fransa, Əfqanıstan
D) Almaniya, Avstriya
E) Yaponiya, Monqolustan
Sahilləri daha çox dəniz suları ilə yuyulan yarımadalar: 1. Skandinaviya 2. Mangistau 3. Kiçik Asiya 4. Labrador 5. Appenin 6. Priney
A) 1, 4, 5
B) 1, 3, 4
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 2, 6
Yaşlı əhalinin nisbətən çox olduğu ölkələr qrupu:
A) Norveç, İsveç, İsveçrə
B) Braziliya, Nigeriya, Çin
C) Meksika, Misir, Vyetnam
D) CAR, Uruqvay, İran
E) Hindistan, Konqo, Çili
Unitar dövlət nədir?
A) inzibati ərazi bölgələrinin xüsusi konstitusiyası, qanunverici və icraedici orqanları olan dövlət
B) vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyətə malik olan dövlət
C) güclü inkişaf səviyyəsinə malik olan dövlət
D) respublika idarə etmə formasına malik olan dövlət
E) güclü hərbi texnikaya malik olan dövlət
Cənubi Avropanın beynəlxalq turizm mərkəzinə çevrilməsinin əsas səbəbi:
A) Əhalinin çox sıx yerləşməsi
B) Quru iqlim şəraiti
C) Düzənlik relyefin üstünlüyü
D) Qədim şəhərlər və mədəniyyət abidələri
E) Yanacaq ehtiyatının bolluğu
Avstraliyada dağınıq kənd yaşayış formasının üstünlüyünün səbəbi:
A) Aborigenlərin hər yerdə yaşaması
B) Əhalinin qərbdə daha da çox məskunlaşması
C) Əhalinin sıxlığının çox aşağı olması
D) Kanberranın ölkənin şimalında yerləşməsi
E) Cavan dağların hər tərəfdə yayılması
Landşaftların azonallığı müşahidə olunur:
A) Talış dağlarında
B) Abşeron yarımadasında
C) Muğan düzündə
D) Böyük Qafqaz dağlarında
E) Kür-Araz ovalığında
Qobustan, Ceyrançöl-Acınohur və Naxçıvanın Arazboyu əraziləri üçün səciyyəvi relyef formaları:
A) Buzlaq
B) Allüvial düzənliklər
C) Arid-denudasion
D) Vulkanik
E) Akkumulyativ
Azərbaycanın daha az rütubətliliyə malik olan əraziləri:
A) Kür-Araz ovalığı, Arazboyu düzənliklər, AbşeronQobustan
B) Abşeron, Kiçik Qafqazın yüksək dağlığı, Talış dağlarının ətəkləri
C) Böyük Qafqazın alçaq dağlığı, Lənkəran ovalığı, Samur-Dəvəçi ovalığı
D) Lənkəran ovalığı, Arazboyu düzənliklər, Naxçıvanın dağları
E) Böyük və Kiçik Qafqazın yüksək və orta dağlığı, Lənkəran ovalığı
Şimali Xəzərdə suyun duzluluğunun az olması əlaqədardır:
A) Yağıntının 2000 mm-dən az olması ilə
B) Buxarlanma qabiliyyətinin buxarlanmadan çox olması ilə
C) Volqa çayının tökülməsi ilə
D) Dərinliyin çox az olması ilə
E) Xəzəryanı ovalıqda rütubətlənmə əmsalının 1-dən çox olması ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top