Tapılan ümumi test sayı : 154

Federativ monarxiya quruluşlu ölkə hansıdır?
A) İraq
B) Küveyt
C) Suriya
D) Sudan
E) Malayziya
Şimali Qafqazda yerləşən türk dövlət qurumları:
A) Kabarda-Balkarıstan və Dağıstan
B) Kabarda-Balkarıstan və Qaraçay-Çərkəz
C) Qaraçay-Çərkəz və Çeçenistan
D) Krım və Şimali Osetiya
E) Dağıstan və Tatarıstan
2 şəhər arasında 6 saat 48 dəq. zaman fərqi varsa, bunlar arasında coğrafi uzunluq fərqi neçə dərəcədir?
A) 150
B) 102
C) 180
D) 130
E) 170
Şimali Amerikada subtropik qurşaq daxilində müvafiq olaraq qərbdən şərqə doğru hansı iqlim tipləri vardır?
A) Kontinental, musson, yarımsəhra
B) Musson, səhra, kontinental
C) Qışda rütubətli iqlim, musson, kontinental
D) Aralıq dənizi, kontinental, musson
E) Yayda quru iqlim, musson, kontinental
Qar xəttindən yuxarıda yerləşən təbii landşaftlar:
A) dağ çəmən
B) dağ meşə
C) subalp, alp
D) dağ-çöl
E) nival
Dünya okeanında sərbəst hərəkət edə bilməyən canlılar necə adlanır?
A) bentos
B) plankton
C) nekton
D) abissal
E) litoral
Sosialist sisteminin əsas əlaməti və bu sistemə aid olan ölkə :
A) Təsərrüfatın bütün strukturları dövlətə məxsusdur; Kuba
B) Kənd təsərrüfatının intensiv inkişafı var; Əfqanıstan
C) Sənayenin inkişafı xarici şirkətlər tərəfindən idarə olunur; İran
D) Xüsusi şirkətlərin idarə olunması sistemi var; Peru
E) Dəmiryol nəqliyyatınin bütün sistemi qonşu ölkələr tərəfindən idarə olunur; Polşa
317 azimutla hətəkət edən səyyah hansı azimutla geri qayıtmalıdır?
A) 227
B) 47
C) 297
D) 137
E) 43
İnkişaf etmiş ölkələr (İEÖ) ilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) demoqrafik siyasətindəki fərqlər:
A) hər iki qrupda əhalinin təbii artımının məhdudlaşdırılması
B) İEÖ-lərdə əhalinin sayının məhdudlaşdırılması, İEOÖ-lərdə kənd əhalisinin artırılması
C) Çox ciddi fərqlər müşahidə edilmir
D) İEÖ-lərdə əhalinin təbii artımının yüksəldilməsi, İEOÖ-lərdə isə məhdudlaşdırılması
E) İEÖ-lərdə əhalinin mexaniki artımının, İEOÖ-lərdə isə təbii artımın stimullaşdırılması
İnteqrasiya nədir və sahəvi inteqrasiyaya aid olan təşkilat hansıdır?
A) Verginin sahəvi və regional istiqamətdə alınması; İKT
B) Ölkələrdən yardım alınması; Aİ
C) Ölkələrin sahəvi və regional qruplaşdırılması; OPEK
D) Kapitalın sahəvi ixrac olunması; LAİS
E) Kapitalın regional idxal olunması; NAFTA
Konstitutsiyalı monarxiya ölkələri:
A) Yaponiya, Koreya, Monqolustan
B) Türkiyə, İran, Suriya
C) İndoneziya, Vyetnam, Əfqanıstan
D) Böyük Britaniya, Niderland, Yaponiya
E) Hindistan, Küveyt, Pakistan
Xəzər dənizinə birbaşa çıxışı olmayan türk dövlətləri: 1. Türkiyə 2. Əfqanıstan 3.Tacikistan 4. Özbəkistan 5. Qırğızıstan  6.Türkmənistan
A) 1 ,4, 5
B) 1, 2, 5
C) 2, 3, 4
D) 2, 4, 6
E) 2, 5, 6
Azərbaycanda rütubətlənmə əmsalının vahid və vahiddən böyük olduğu ərazilərdə formalaşan torpaq tipləri:
A) dağ-meşə, dağ-çəmən, sarı
B) qonur-meşə, şabalıdı, şoran
C) dağ-qara, boz, qonur-meşə
D) boz-çəmən, qəhvəyi-meşə, şabalıdı
E) boz-qonur, sarı, dağ-qara
Azərbaycanın hansı ərazilərində düz günəş radiasiyasının kəmiyyəti daha çoxdur və bunun səbəbi:
A) Naxçıvanda, buludluluğun çox az olması
B) Kür-Araz ovalığında, səpələnən radiasiyanın yüksək göstəricisi
C) Lənkəranda, buludluluğun çox olması
D) Yüksək və orta dağlıq ərazilərdə, əks olunan radiasiyanın yüksək göstəricisi
E) Abşeron və Qobustanda, güclü küləklər
Rusiya ilə sərhəddə yerləşən zirvə hansıdır və burada daimi qarın olmasının səbəbi:
A) Dəlidağ; az yağıntının olması
B) Kəpəz; çox soyuq iqlim şəraiti
C) Bazardüzü; qar xəttinin 4000m-dən keçməsi
D) Qızyurdu; qar xəttinin yuxarıdan keçməsi
E) Qapıcıq; çox yağıntı olması
Azərbaycanda zebunun saxlanıldığı iqtisadi rayon:
A) Abşeron
B) Aran
C) Gəncə-Qazax
D) Lənkəran-Astara
E) Şəki-Zaqatala
Lənkəran ovalığı üçün xarakterik olan torpaq tipi:
A) boz-çəmən
B) açıq şabalıdı
C) boz-qonur
D) torflu dağ-çəmən
E) sarı torpaq
Mussonlar nədir?
A) Sutka ərzində bir istiqamətdə əsən küləklər
B) 30 enliklərdən ekvatora doğru əsən küləklər
C) Daimi küləklər
D) İldə istiqamətini iki dəfə dəyişən küləklər
E) Gündüz dənizdən quruya əsən küləklər
Ekoloji cəhətdən ən təmiz şəhər hansıdır?
A) Vaşinqton
B) Moskva
C) Reykyavik
D) Bakı
E) Tehran
Şərq yarımkürəsinin dənizlərini birləşdirən boğazlar: 1. Cəbəlüttariq 2. Kerç 3. Tatar 4.Berinq 5. Torres 6. Dreyk
A) 2, 3, 5
B) 4, 5, 6
C) 1, 3, 5
D) 1, 4, 6
E) 1, 2, 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top