Tapılan ümumi test sayı : 305

Şəbəkə düzəldilir:
A) Saxsı parçalarından
B) Plastmassdan
C) Metal və plastmassdan
D) Ağacdan və şüşədən
E) Metal və gildən
Azərbaycanın kişi baş geyimlərinə aiddir:
A) Ləçək
B) Başlıq
C) Şal
D) Təsək
E) Fəs
Qədim Misir mədəniyyətində insan təsvirində bu qayda mövcud idi:
A) Baş, əl və ayaqlar — anfasdan, gövdənin yuxarı hissəsi isə profildən
B) Gövdənin aşağı hissəsi və ayaqlar təsvir edilmirdi.
C) Gövdə, baş və əl — profildən, ayaqlar isə anfasdan
D) Baş, əl və ayaqlar — profildən, gövdənin yuxarı hissəsi isə anfasdan
E) Gövdənin aşağı hissəsi və ayaqlar — anfasdan, baş və əl isə profildən
Ekskursiyaların əhəmiyyəti nədədir?
A) Musiqi qabiliyyətini inkişaf etdirir
B) Təfəkkürü, yaradıcılığı, nitqi inkişaf etdirir
C) Yazı qabiliyyətini inkişaf etdirir
D) Xoreoqrafiya barədə anlayışı inkişaf etdirir
E) Ətrafı qavramağı inkişaf etdirir.
Baş geyimlərindən olan konusvari forma hansı tarixi üsluba aid edilir:
A) Antik
B) Rokoko
C) İntibah
D) Barokko
E) Qotik
Rəsm müstəvisində üfüq xətti nəyə əsasən müəyyən edilir?
A) Göz səviyyəsinə
B) Döşəməyə
C) İnsan boyuna
D) Tavana
E) Divarlara
Səth üzərində yarıdan az qabardılan heykəltəraşlıq növü:
A) Qorelyef
B) Barelyef
C) Relyef
D) Profil
E) Büst
Qədim əlyazmalar belə adlanır:
A) Manuskript
B) Miniatür
C) Qrafika
D) Freska
E) Petroqlif
Metal üzərində bədii emal üsullarına aid deyil:
A) Oyma
B) Yonma
C) Tökmə
D) Zərbetmə
E) Döymə
Qadın üst geyiminə aiddir:
A) Çuxa, qaytan, kürd
B) Çuxa, çəpkən, yapınçı
C) Çuxa, yapınçı, başlıq
D) Arxalıq, çəpkən, kürd
E) Vəznə, həmayıl, qaytan
Təsvir qaydalarının öyrənilməsi üçün çəkilmiş rəsm belə adlanır:
A) Motiv
B) Eskiz
C) Yaradıcı
D) Tədris
E) Texniki
Natürmort əsərlərindəki əşyalar üzərində işıqkölgə anlayışında ən işıqlı səth necə adlanır?
A) Anfas
B) Refleks
C) Kölgə
D) İşıq
E) Blik
Monumental rəngkarlığın növü:
A) Heç biri
B) Mozaika
C) Vitraj
D) A, B və C
E) Freska
Azərbaycanın məşhur memarını qeyd edin:
A) Cəbrayıl Əhmədov
B) Kamil Əliyev
C) Cəlal Qaryağdı
D) Mikayıl Hüseynov
E) Ömər Eldarov
Repin yaradıcılığının əsas mövzusu:
A) Təbiət
B) Heyvan
C) Memarlıq
D) Heykəltəraşlıq
E) İnsan
Müzəffər Əli yaradıcılığına aiddir:
A) Memarlıq
B) Karikatura
C) Heykəltəraşlıq
D) Sənətkarlıq
E) Miniatür
Təsviri sənətin hansı növündə insan əsas təsvir obyekti sayılır və üçölçülü formaya malikdir?
A) Rəngkarlıq
B) Heykəltəraşlıq
C) Portret
D) Heykəl
E) Marina
Baş, bədən, büst – hansı heykəltəraşlığa aiddir:
A) Memarlıq
B) Monumental
C) Dəzgah
D) Heç birinə
E) Monumental-dekorativ
Qəhvəyi rəngi hansı rəng qarışığından almaq olar?
A) Göy + qırmızı
B) Sarı+qara
C) Sarı + mavi
D) Bənövşəyi + boz
E) Qırmızı + yaşıl
Mətnlə müşayiət olunan iri formatlı təsvir:
A) Batal
B) Plakat
C) Heykəltəraşlıq
D) Miniatür
E) Relyef
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top