Tapılan ümumi test sayı : 161

Registr nəyə deyilir?
A) Musiqi əsərinin ifa sürəti
B) Səsin rəngi
C) Müəyyən zaman daxilində müxtəlif uzunluqlu səslərin müntəzəm olaraq əvəzlənməsi
D) Musiqidə səsin gücünü tədricən artırma
E) Səs diapazonunun eyni temrdə olan bir hissəsidir.
“Koroğlu” operasının librettosunu kim yazmışdır?
A) Üzeyir Hacıbəyov
B) Müslüm Maqamayev
C) Hüseynqulu Sarabski
D) R.M.Qliyer
E) Əbdürəhimbəy Haqverdiyev
Alterasiya işarəsini seçin:
A) volta
B) diyez
C) liqa
D) repriza
E) stаkkato
Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi ilk dəfə neçənci ildə keçirilib?
A) 2012
B) 2001
C) 1999
D) 2003
E) 1997
Hansı alət taxta nəfəs aləti deyil ?
A) Faqot
B) Qoboy
C) Skripka
D) Klarnet
E) Fleyta
Hansı opera F.Əmirov tərəfindən yazılıb ?
A) “Nizami”
B) “Qız qalası”
C) “Min bir gecə”
D) “Sevil”
E) “Koroğlu”
Hansı simfoniya Yozef Haydn tərəfindən yazılmamışdır?
A) “Heroik” simfoniya
B) “Vida” simfoniyası
C) “Saat” simfoniyası
D) “Matəm” simfoniyası
E) “Sürpriz” simfoniyası
Azərbaycan Respublikasının Dövlət himninin sözlərini kim yazıb ?
A) N.Gəncəvi
B) Ə.Cavad
C) M.Müşfiq
D) Ü.Hacıbəyov
E) F.Qoca
İncəsənətin hansı növlərin bir-biri ilə sıx əlaqədədir ?
A) Heykəltaraşlıq, rəssamlıq, ədəbiyyаt
B) Təsviri incəsənət, musiqi, poeziya
C) Musiqi, teatr, ədəbiyyat
D) Tarix, heykəltaraşlıq, ədəbiyyat
E) Təsviri incəsənət,heykəltaraşlıq, riyaziyyat
N.Rimskiy-Korsakovun “Qar qız” operasında çarın adı nə idi?
A) Çar Bobıl
B) Çar Mizgir
C) Çar Lel
D) Çar Berendey
E) Çar Rotozey
Üzeyir Hacıbəyov hansı illərin arasında yaşayıb ?
A) 1885-1937
B) 1922-1984
C) 1907-1983
D) 1885-1948
E) 1918-1982
Caz musiqisi harada və nə vaxt yaranıb?
A) Afrikada, 19-cı əsrin axırında
B) Avropada, 19-cı əsrin əvvəlində
C) ABŞ-da,19-cı əsrin əvvəlində
D) ABŞ-da, 20-ci əsrin axırlarında
E) ABŞ-da, 20 –ci əsrin əvvəlində
“Bitlz” rok qrupu hansı şəhərdə yaranıb?
A) London
B) Paris
C) Vyana
D) Yeni Orlean
E) Liverpul
7 əsas azərbaycan muğamının sırasını davam etdirin: Rast, Şur, Segah, Çahargah, …. ,….., ….., ….,
A) Bayatı-Şiraz, Hümayun, Şüstər
B) Bayatı-Şiraz, Heyratı, Qarabağ şikəstəsi
C) Heyratı, Heydəri, Qarabağ şikəstəsi
D) Qarabağ şikəstəsi, Heydəri, Hümayun
E) Kürd ovşarı, Arazbarı, Heyratı
Hansı aşıqlar – ifaçı aşıqlar adlanır?
A) ən böyük saz və söz bilicisinə, şeir, dastan qoşan
B) mahnı yaradan, oxuyan, çalan, rəqs edən
C) saz çalan,oxuyan və rəqs edən aşığa
D) ancaq muğamları oxuyana
E) şeir qoşmağı bacaran aşığa
Opera nə deməkdir?
A) Vokal rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəri
B) Çoxhissəli, təntənə xarakterli, vokal-simfonik əsər
C) Musiqili-xoreoqrafik tamaşa
D) Vokal-instrumental musiqili dram əsəri
E) Böyük musiqi-vokal əsərinin yazılı mətni
Rus bəstəkarı M.İ.Qlinkanın “Ruslan və Lyudmila” operasında olan obrazları seç : 1. Farlaf 2. Antonida 3. Fiqaro 4. Naina 5. Ratmir 6. Nataşa 7. Sigizmund 8. Çernomor
A) 2, 3, 7, 8
B) 1, 4, 5, 8
C) 4, 5, 6, 7
D) 2, 5, 6, 8
E) 1, 2, 3, 4
“Meşə Kralı” şeirini kim yazıb ?
A) Şekspir
B) Puşkin
C) Marşak
D) Höte
E) Molyer
F. Şopenin doğulduğu yer :
A) Milan
B) Paris
C) Varşava
D) Vyana
E) Moskva
Romans müəllifləri :
A) N.Rimskiy-Korsakov, A.Varlamov
B) A.Rubinşteyn, A.Alyabev
C) M.Qlinka, A.Alyabev
D) M.Berezovskiy, A.Lyadov
E) Çaykovski, S.Raxmaninov
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top