Tapılan ümumi test sayı : 161

Vokal musiqi – …. ifa olunan musiqi
A) Səs və alətlə
B) Dinlənilir
C) Alətlə
D) Səslə
E) Səssiz
Liqa nə deməkdir ?
A) Notları birləşdirən qövs şəkilli işarə
B) Notların əlaqəli ifası
C) Kollektiv yürüşü müşayiət etmək üçün musiqi əsəri
D) Musiqili səhnə əsəridir.
E) Səslərin qırıq-qırıq ifası
“Eqmont” bədii əsərini hansı şair yazıb ?
A) Bethoven
B) Höte
C) Şekspir
D) Sviridov
E) Çaykovski
Bunlardan hansı xalq mahnısı deyil ?
A) “Şuşanın dağları”
B) “Güləbatın”
C) “Onu demə zalım yar”
D) “Küçələrə su səpmişəm”
E) “Laçın”
İtalyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası ilk dəfə harada tamaşaya qoyulub?
A) Romada
B) Parisdə
C) Vyanada
D) Milanda
E) Qahirədə
Bu muğamların hansının əsasında Nazim Əliverdibəyov xor əsəri yazıb?
A) “Rast”
B) “Hümayun”
C) “Qarabağ şikəstəsi”
D) “Bayatı-Şiraz”
E) “Şüştər”
Hansı rus bəstəkarı “Qüdrətli dəstə”yə daxil deyildi?
A) M.P.Musorqskiy
B) P.İ.Çaykovskiy
C) N.A.Rimski-Korsakov
D) U.A.Balakirev
E) A.R.Borodin
“Kürd Ovşarı” simfonik muğamını hansı bəstəkar bəstələyib?
A) Fikrət Əmirov
B) Qara Qarayev
C) Niyazi
D) Hacı Xanməmmədov
E) Səid Rüstəmov
Niyazinin bəstələdiyi “Çitra” baleti kimin əsəri əsasında yazılıb?
A) Nizami Gəncəvi
B) Vilyam Şekspir
C) Piter Abrahams
D) Molyer
E) Rabendranat Taqor
Azərbaycanda ilk simfoniyanın müəllifi kimdir?
A) Fikrət Əmirov
B) Qara Qarayev
C) Niyazi
D) Nazim Əliverdibəyov
E) Soltan Hacıbəyov
F. Şubertin əsərini seçin:
A) “Fidelio”
B) “Per Günt”
C) “Aleksandr Nevski”
D) “Sehrli fleyta”
E) “Gözəl dəyirmançı qız”
Corc Qerşvinin əsəsrini seçin:
A) “İldırımlı yollarla”
B) “Kola Bryunyon”
C) “Məhəbbət əfsanəsi”
D) “İki ürəyin poeması”
E) “Porgi və Bess”
Muğamda rəng nəyə deyilir?
A) Muğamın mayesi
B) Muğamın əvvəlində səslənən instrumental mahnı
C) Dəsgah şöbələri arasında keçid üçün istifadə edilən mahnı
D) Muğam şöbələri arasında ifa olunan instrumental pyes
E) Muğamın girişi
Biri musiqi kollektivi deyil :
A) orkestr
B) xor
C) ansambl
D) kvartet
E) opera
Simfonik orkestrə daxil olan alətləri seçin:
A) skripka, alt, arta, faqot
B) üçbucaq, ksilofon, saksafon, tar
C) klarnet, balalayka, qarmon, tuba
D) baraban, nağara, tam-tam, dəf
E) kamança, tar, saz, balaban, ud
Oktava nə deməkdir ?
A) Yuxarı və aşağı istiqamətdə səslərin ardıcıl düzülüşü
B) Mülayim ifa
C) Musiqinin ifadə vasitəsi
D) Musiqi aləti
E) Bir neçə səsin birlikdə səslənməsi
Hansı nəfəs alətidir?
A) kantata
B) qoboy
C) skripka
D) royal
E) qusli
Hansı operettanın müəllifi S. Rüstəmovdur?
A) “Çılğın qaskoniyalı”
B) “Arşın mal alan”
C) “5 manatlıq gəlin”
D) “Ər və arvad”
E) “O olmasın, bu olsun”
Zınqırov səsini fortepianonun hansı oktavasında səsləndirmək olar? 1. Subkontr oktava    5. 2-ci oktava 2. Böyük oktava    6. 3-cü oktava 3. 1 –ci oktava    7. Kontr oktava 4. Kiçik oktava    8. 4-cü oktava
A) 1,6,7
B) 6,5,8
C) 5,6,7
D) 1,3,5
E) 3,4,5
P.İ.Çaykovskinin bəstələdiyi opera hansıdır?
A) “Qar qız”
B) “İvan Qroznıy”
C) “Çereviçki”
D) “İvan Susanin”
E) “Aida”
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top