Tapılan ümumi test sayı : 56

Felin düzgün tərifini göstərin:
A) Felin cümlədə əsas rolu xəbər olmaqdır
B) Qrammatik cəhətdən geniş mənalı termindir
C) Hərəkət bildirən sözlərə fel deyilir
D) Əşyanın adını bildirən nitq hissəsinə fel deyilir
E) Felin quruluşca iki növü var
Biri sifətdən düzəlmişdir::
A) sənayeləş
B) vidalaş
C) dilləş
D) sözləş
E) bədbinləş
Biri felə aid edilə bilməz:
A) Təsdiq və inkar olur
B) Təsriflənən və təsriflənməyən olur
C) Təsirli və təsirsiz olur
D) Mənsubiyyətə görə dəyişir
E) Zamana görə dəyişir
Xəbərlik şəkilçisi hansıdır?
A) -la, -lə
B) -dır, -dir, -dur, -dür
C) -a, -ə
D) Xəbərlik şəkilçisi yoxdur
E) -ıl, -il, -ul, -ül
Biri felə aid edilə bilməz:
A) Təsniflənən və təsniflənməyən olur.
B) Təsdiq və inkarda olur.
C) Təsirli və təsirsiz olur.
D) Zamana görə dəyişir.
E) Mənsubiyyətə görə dəyişir
Sadə feli göstərin
A) bağlamaq
B) yelləmək
C) turşumaq
D) saxlamaq
E) dağlamaq
Felin hansı iki şəklinin şəkilçisi 1-ci şəxsin cəmində morfoloji cəhətdən eynidir?
A) lazım və vacib şəkli
B) arzu və lazım şəkli
C) şərt və əmr şəkli
D) arzu və əmr şəkli
E) arzu və xəbər şəkli
Fel həmişə nə rolunda iştirak edir?
A) İsim
B) Əvəzlik
C) Sifət
D) Xəbər
E) Heç biri
Felin inkar forması hansı şəkilçilə düzəlir?
A) sa2
B) imsa4
C) ele2
D) ma2
Fel nəyə deyilir
A) Nitq hissəsidir
B) Köməkçi nitq hissəsidir
C) Heç nə bildirmir
D) Ümumi qrammatik mənaya görə hərəkət bildirən nitq hissəsidir
E) Zərfliyin bir növüdür
Xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq felləri felin hansı leksik məna növünə aiddir?
A) hal-vəziyyət
B) iş
C) nitq
D) təfəkkür
E) hərəkət
Aşağıdakılardan hansı həm inkar fel yaradır, həm də omonim şəkilçidir?
A) -ış
B) -dır
C) -ıl
D) -lıq
E) -ma
Düzəltmə fellər neçə yollarla yaranır:
A) 5
B) 3
C) 6
D) 2
E) 4
Mürəkkəb fellər neçə yollarla yaranır?
A) 4
B) 5
C) 6
D) 1
E) 8
Aşağıdakılardan hansılar səhvdir?
A) Bütün sadə fellər türk mənşəlidir
B) Felə aid şəkilçilər həm leksik, həm də qrammatik şəkilçilər ərəb mənşəlidir
C) Fel təfəkkürümüzdə canlandırdığımız hərəkətləri də bildirir
D) Felin şərt şəkili müstəqil cümlənin xəbəri ola bilmir
E) Fel cümlədə xəbər olur
Məchul növdə olan fellər cərgəsini göstərin
A) Alışdırdı, susduruldu,alovlandı
B) Döyündü, ruhlandı, bitirdi
C) Ütüləndi, sulandı, tamaşa edildi, qaraldı
D) Yetirildi, gətirildi, satıldı
E) Diqqət yetirildi, baxıldı, götürüldü,saraldı
Ismi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Orada kimsə var
B) Mənə yaman soyuqdur
C) Qızılgüllər göz oxşayır
D) Sənə zəng edən mənim müəllimim idi
E) Onun atası kənddə müəllim işləyir
Felin qrammatik xüsusiyyətlərindən biri deyil:
A) Təsdiq və inkarda olur.
B) Təsirli və təsirsiz olur.
C) Zamana görə dəyişir.
D) Mənsubiyyətə görə dəyişir.
E) Şəxsə və kəmiyyətə görə dəyişir.
Aşağıdakılardan hansı felə xas olan xüsusiyyət deyildir?
A) İnkarlıq bildirir
B) Konkret və mücərrəd olur
C) Şəxs bildirir
D) Təsirli və təsirsiz  olur
Icbar növdə olan fel hansıdır?
A) gülüşdük, geyindi, düzülür
B) yandırmaq, sındırmaq, dondurmaq
C) yazdırmaq, sildirmək, qazdırmaq
D) çatdırmaq, başladı, açılır
E) döyüşürük, yandırdı, gülüşmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top