Tapılan ümumi test sayı : 25

Felin qrammatik məna növləri haqqında fikirlərdən biri səhvdir:
A) Felin qrammatik cəhətdən beş məna növü var
B) Təsirli fellərin hamısı felin qrammatik məna növləri üzrə dəyişə bilir
C) Felin növləri təsirli fellərdən düzəlir
D) Təsirsiz fellər bu növlər üzrə dəyişilə bilmir
Felin məlum növü ilə əlaqədar fikirlərdən biri səhvdir:
A) Felin məlum növünün növ şəkilçisi olmur
B) İlkin vəziyyətdə təsirli fellərin hamısı məlum növdə olur
C) Bu fellər cümlənin xəbəri olanda mübtəda da həmin felin tələb etdiyi vasitəsiz tamamlıq da öz yerində olur
D) Məlum növdə olan fellər təklikdə xəbər olanda mübtəda və vasitəsiz tamamlıq asanlıqla müəyyən edilmir
Felin məchul növü haqqındakı fikirlərdən hansı düzdür:
A) Məchul növdə üzərində iş görüləni bildirən söz mübtəda olur
B) Cümlənin xəbəri felin məchul növü ilə ifadə olunanda, iş görən şəxslə üzərində iş icra olunan əşya öz qrammatik vəzifələrini dəyişmir
C) Məchul növdə fel təsirli olur
D) Məchul növdə iş görən birbaşa meydana çıxır
Felin qayıdış növü haqqındakı fikirlərdən hansı səhvdir?
A) Felin qayıdış növü də məchul növdə olduğu kimi ıl4, ın4 şəkilçiləri vasitəsilə düzəlir
B) Qayıdış növlə məchul növ mənaca fərqlənmir
C) Məchul növdən fərqli olaraq, qayıdış növdə hərəkət iş görənin öz üzərinə qayıdır
D) Qayıdış növlə məchul növ formaca eyni olur
Felin qarşılıq növü haqqındakı fikirlərdən biri səhvdir:
A) Felin qarşılıq növü ış4 şəkilçisi ilə düzəlir
B) Qarşılıq növdə iş subyektin öz üzərində görülür
C) Felin qarşılıq növü hərəkətin qarşılıqlı olaraq icra edildiyini bildirir
D) Qarşılıq növdə hərəkətin icrasında azı iki şəxs, iki tərəf iştirak edir
Hansı cümlədəki fel birgəlik növdədir?
A) Zaldakı bütün tamaşaçılar gülüşdü
B) Çeynədilər, didişdilər, diddilər
Bir – birini al qana qərq etdilər
C) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
D) Dostlar bir yerdə işlədilər
Hansı cümlədəki fel qarşılıq növdədir?
A) Çox çalışdılar, ancaq heç nə alınmadı
B) Çox şükür var, yenə gəldux, görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux
C) Zaldakı bütün tamaşaçılar gülüşdü
D) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
“ yazdırdı, döyündü, deyildi, getdim, yazışmaq ” nümunələrində felin hansı qrammatik məna növü yoxdur?
A) Məchul
B) Məlum
C) Birgəlik
D) icbar
Felin neçə qrammatik növü var?
A) yoxdur.
B) 6.
C) 9.
D) 2.
E) 5.
Düzəltmək və düzmək felləri hansı qrammatik məna növünə aiddir?
A) şəxssiz
B) məchul
C) qeyri müəyyən şəxsli
D) məlum
Felin icbar növünün şəkilçisi hansıdır?
A) -dır -t
B) -çı, -çi, -çu, -çü
C) -ıl -ın
D) -ış -ş
Hansı köməkçi nitq hissəsi sözlərə qoşularaq müxtəlif məna çalarlıqları əmələ gətirir?
A) bağlayıcı
B) ədat
C) modal sözlər
D) nida
E) qoşma
Hansı feli cümlədə işlətsəniz həmin cümlənin mübtədası olmayacaq?
A) yazışdı
B) yuyuldu
C) bildirildi
D) kömək edildi
E) gorundu
Elə bir alınma mənşəli fel deyin ki, o sadə olsun
A) Bütün sadə fellər milli sözlərimizdir
B) Ərəb-fars mənşəlidir
C) Mürəkkəbdir
D) Düzəltmədir
Yazdırdım felin hansı qrammatik məna növündədir
A) Qarşılıq növdə
B) Birgəlik növdədir
C) Şəxssiz növdə
D) Məlum növdə
E) İcbar növdə
Ağlaşmaq hansı növ feldir?
A) qarşılıq-birgəlik
B) məlum
C) qayıdış
D) şəxssiz
E) məchul
Gülüşmək hansı növ feldir?
A) şəxssiz
B) məchul
C) qayıdış
D) qarşılıq-birgəlik
E) məlum
Qarışmaq hansı növ feldir?
A) qayıdış
B) qarşılıq-birgəlik
C) şəxssiz
D) məchul
E) məlum
İcbar növ fellər cərgəsini göstərin :
A) tikdir(mək), xəstələndir(mək)
B) bitişdir(mək), qızartdır(maq)
C) yandır(maq), süpürtdür(mək)
D) sağalt(maq), inandır(maq)
E) güldür(mək), sondur(mək)
Güldür feli hansı növdə işlənib?
A) məchul
B) məlum
C) icbar
D) qayıdış
E) şəxssiz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top