Tapılan ümumi test sayı : 25

Felin qrammatik məna növləri haqqında fikirlərdən biri səhvdir:
A) Felin qrammatik cəhətdən beş məna növü var
B) Təsirli fellərin hamısı felin qrammatik məna növləri üzrə dəyişə bilir
C) Təsirsiz fellər bu növlər üzrə dəyişilə bilmir
D) Felin növləri təsirli fellərdən düzəlir
Felin məlum növü ilə əlaqədar fikirlərdən biri səhvdir:
A) Məlum növdə olan fellər təklikdə xəbər olanda mübtəda və vasitəsiz tamamlıq asanlıqla müəyyən edilmir
B) Bu fellər cümlənin xəbəri olanda mübtəda da həmin felin tələb etdiyi vasitəsiz tamamlıq da öz yerində olur
C) İlkin vəziyyətdə təsirli fellərin hamısı məlum növdə olur
D) Felin məlum növünün növ şəkilçisi olmur
Felin məchul növü haqqındakı fikirlərdən hansı düzdür:
A) Məchul növdə iş görən birbaşa meydana çıxır
B) Məchul növdə fel təsirli olur
C) Məchul növdə üzərində iş görüləni bildirən söz mübtəda olur
D) Cümlənin xəbəri felin məchul növü ilə ifadə olunanda, iş görən şəxslə üzərində iş icra olunan əşya öz qrammatik vəzifələrini dəyişmir
Felin qayıdış növü haqqındakı fikirlərdən hansı səhvdir?
A) Qayıdış növlə məchul növ formaca eyni olur
B) Qayıdış növlə məchul növ mənaca fərqlənmir
C) Felin qayıdış növü də məchul növdə olduğu kimi ıl4, ın4 şəkilçiləri vasitəsilə düzəlir
D) Məchul növdən fərqli olaraq, qayıdış növdə hərəkət iş görənin öz üzərinə qayıdır
Felin qarşılıq növü haqqındakı fikirlərdən biri səhvdir:
A) Qarşılıq növdə hərəkətin icrasında azı iki şəxs, iki tərəf iştirak edir
B) Qarşılıq növdə iş subyektin öz üzərində görülür
C) Felin qarşılıq növü ış4 şəkilçisi ilə düzəlir
D) Felin qarşılıq növü hərəkətin qarşılıqlı olaraq icra edildiyini bildirir
Hansı cümlədəki fel birgəlik növdədir?
A) Dostlar bir yerdə işlədilər
B) Zaldakı bütün tamaşaçılar gülüşdü
C) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
D) Çeynədilər, didişdilər, diddilər
Bir – birini al qana qərq etdilər
Hansı cümlədəki fel qarşılıq növdədir?
A) Çox şükür var, yenə gəldux, görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux
B) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
C) Zaldakı bütün tamaşaçılar gülüşdü
D) Çox çalışdılar, ancaq heç nə alınmadı
“ yazdırdı, döyündü, deyildi, getdim, yazışmaq ” nümunələrində felin hansı qrammatik məna növü yoxdur?
A) Məchul
B) Birgəlik
C) Məlum
D) icbar
Felin neçə qrammatik növü var?
A) 5.
B) 9.
C) yoxdur.
D) 6.
E) 2.
Düzəltmək və düzmək felləri hansı qrammatik məna növünə aiddir?
A) məlum
B) qeyri müəyyən şəxsli
C) məchul
D) şəxssiz
Felin icbar növünün şəkilçisi hansıdır?
A) -dır -t
B) -çı, -çi, -çu, -çü
C) -ış -ş
D) -ıl -ın
Hansı köməkçi nitq hissəsi sözlərə qoşularaq müxtəlif məna çalarlıqları əmələ gətirir?
A) bağlayıcı
B) modal sözlər
C) qoşma
D) nida
E) ədat
Hansı feli cümlədə işlətsəniz həmin cümlənin mübtədası olmayacaq?
A) kömək edildi
B) bildirildi
C) gorundu
D) yuyuldu
E) yazışdı
Elə bir alınma mənşəli fel deyin ki, o sadə olsun
A) Düzəltmədir
B) Bütün sadə fellər milli sözlərimizdir
C) Ərəb-fars mənşəlidir
D) Mürəkkəbdir
Yazdırdım felin hansı qrammatik məna növündədir
A) Qarşılıq növdə
B) Məlum növdə
C) İcbar növdə
D) Birgəlik növdədir
E) Şəxssiz növdə
Ağlaşmaq hansı növ feldir?
A) qarşılıq-birgəlik
B) şəxssiz
C) qayıdış
D) məchul
E) məlum
Gülüşmək hansı növ feldir?
A) qarşılıq-birgəlik
B) məlum
C) şəxssiz
D) məchul
E) qayıdış
Qarışmaq hansı növ feldir?
A) məlum
B) qarşılıq-birgəlik
C) məchul
D) şəxssiz
E) qayıdış
İcbar növ fellər cərgəsini göstərin :
A) güldür(mək), sondur(mək)
B) sağalt(maq), inandır(maq)
C) tikdir(mək), xəstələndir(mək)
D) bitişdir(mək), qızartdır(maq)
E) yandır(maq), süpürtdür(mək)
Güldür feli hansı növdə işlənib?
A) şəxssiz
B) məlum
C) qayıdış
D) icbar
E) məchul
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top