Tapılan ümumi test sayı : 25

Felin qrammatik məna növləri haqqında fikirlərdən biri səhvdir:
A) Təsirli fellərin hamısı felin qrammatik məna növləri üzrə dəyişə bilir
B) Felin qrammatik cəhətdən beş məna növü var
C) Felin növləri təsirli fellərdən düzəlir
D) Təsirsiz fellər bu növlər üzrə dəyişilə bilmir
Felin məlum növü ilə əlaqədar fikirlərdən biri səhvdir:
A) Bu fellər cümlənin xəbəri olanda mübtəda da həmin felin tələb etdiyi vasitəsiz tamamlıq da öz yerində olur
B) Məlum növdə olan fellər təklikdə xəbər olanda mübtəda və vasitəsiz tamamlıq asanlıqla müəyyən edilmir
C) İlkin vəziyyətdə təsirli fellərin hamısı məlum növdə olur
D) Felin məlum növünün növ şəkilçisi olmur
Felin məchul növü haqqındakı fikirlərdən hansı düzdür:
A) Məchul növdə üzərində iş görüləni bildirən söz mübtəda olur
B) Məchul növdə fel təsirli olur
C) Cümlənin xəbəri felin məchul növü ilə ifadə olunanda, iş görən şəxslə üzərində iş icra olunan əşya öz qrammatik vəzifələrini dəyişmir
D) Məchul növdə iş görən birbaşa meydana çıxır
Felin qayıdış növü haqqındakı fikirlərdən hansı səhvdir?
A) Qayıdış növlə məchul növ formaca eyni olur
B) Qayıdış növlə məchul növ mənaca fərqlənmir
C) Məchul növdən fərqli olaraq, qayıdış növdə hərəkət iş görənin öz üzərinə qayıdır
D) Felin qayıdış növü də məchul növdə olduğu kimi ıl4, ın4 şəkilçiləri vasitəsilə düzəlir
Felin qarşılıq növü haqqındakı fikirlərdən biri səhvdir:
A) Qarşılıq növdə iş subyektin öz üzərində görülür
B) Qarşılıq növdə hərəkətin icrasında azı iki şəxs, iki tərəf iştirak edir
C) Felin qarşılıq növü ış4 şəkilçisi ilə düzəlir
D) Felin qarşılıq növü hərəkətin qarşılıqlı olaraq icra edildiyini bildirir
Hansı cümlədəki fel birgəlik növdədir?
A) Çeynədilər, didişdilər, diddilər
Bir – birini al qana qərq etdilər
B) Zaldakı bütün tamaşaçılar gülüşdü
C) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
D) Dostlar bir yerdə işlədilər
Hansı cümlədəki fel qarşılıq növdədir?
A) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
B) Çox çalışdılar, ancaq heç nə alınmadı
C) Zaldakı bütün tamaşaçılar gülüşdü
D) Çox şükür var, yenə gəldux, görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux
“ yazdırdı, döyündü, deyildi, getdim, yazışmaq ” nümunələrində felin hansı qrammatik məna növü yoxdur?
A) Məchul
B) Birgəlik
C) Məlum
D) icbar
Felin neçə qrammatik növü var?
A) 2.
B) 6.
C) yoxdur.
D) 9.
E) 5.
Düzəltmək və düzmək felləri hansı qrammatik məna növünə aiddir?
A) məchul
B) məlum
C) şəxssiz
D) qeyri müəyyən şəxsli
Felin icbar növünün şəkilçisi hansıdır?
A) -çı, -çi, -çu, -çü
B) -ış -ş
C) -dır -t
D) -ıl -ın
Hansı köməkçi nitq hissəsi sözlərə qoşularaq müxtəlif məna çalarlıqları əmələ gətirir?
A) bağlayıcı
B) qoşma
C) ədat
D) nida
E) modal sözlər
Hansı feli cümlədə işlətsəniz həmin cümlənin mübtədası olmayacaq?
A) kömək edildi
B) yuyuldu
C) gorundu
D) yazışdı
E) bildirildi
Elə bir alınma mənşəli fel deyin ki, o sadə olsun
A) Bütün sadə fellər milli sözlərimizdir
B) Ərəb-fars mənşəlidir
C) Mürəkkəbdir
D) Düzəltmədir
Yazdırdım felin hansı qrammatik məna növündədir
A) Qarşılıq növdə
B) İcbar növdə
C) Şəxssiz növdə
D) Məlum növdə
E) Birgəlik növdədir
Ağlaşmaq hansı növ feldir?
A) məchul
B) məlum
C) qayıdış
D) şəxssiz
E) qarşılıq-birgəlik
Gülüşmək hansı növ feldir?
A) şəxssiz
B) qarşılıq-birgəlik
C) məlum
D) məchul
E) qayıdış
Qarışmaq hansı növ feldir?
A) məlum
B) şəxssiz
C) qayıdış
D) qarşılıq-birgəlik
E) məchul
İcbar növ fellər cərgəsini göstərin :
A) yandır(maq), süpürtdür(mək)
B) tikdir(mək), xəstələndir(mək)
C) güldür(mək), sondur(mək)
D) bitişdir(mək), qızartdır(maq)
E) sağalt(maq), inandır(maq)
Güldür feli hansı növdə işlənib?
A) şəxssiz
B) icbar
C) məchul
D) məlum
E) qayıdış
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top