Tapılan ümumi test sayı : 9

Felin indiki zamanı haqqında fikirlərdən biri səhvdir:
A) Felin indiki zamanı hazırda, danışıq zamanı baş verən hərəkəti bildirir
B) Felin indiki zamanı ır4 şəkilçisi ilə düzəlir
C) Danışır, fikirləşir, oxuyur sözləri felin indiki zamanındadır
D) Felin indiki zamanının iki növü var
İndiki zamanı bildirən feli seçin:
A) Oxumuşsan
B) Oxuyacaq
C) Oxudu
D) Oxuyur
- ır4 şəkilçisi felin hansı zaman şəkilçisidir:
A) İndiki
B) Keçmiş
C) Gələcək
D) Şühudi keçmiş
Cümlələrdən hansında felin indiki zamanı işlənilib?
A) Yalnız dünən dənizlərin ağır toplu gəmiləri sahillərə lövbər saldı
B) Çox keçmişəm bu dağlardan
C) Havada hərəkət yox idi, demək, gün çox isti olacaqdır
D) Görürəm, dan yeri yeni sökülür
Felin indiki zamanı haqqında fikirlərdən biri düzgündür:
A) Felin indiki zamanı hərəkətin danışıq vaxtından əvvəl baş verdiyini bildirir
B) Felin indiki zamanı – ar, - ər şəkilçiləri ilə yaranır
C) Felin indiki zamanı hazırda, danışıq zamanı baş verən hərəkəti bildirir
D) Felin indiki zamanının iki növü var
Biri felin indiki zamanının inkarındadır:
A) gəlməyib
B) gəlməz
C) gəlmədi
D) gəlmir
E) gəlməmişdir
Biri felin indiki zaman şəkilçisidir:
A) -mış, -miş, -muş, -müş
B) -ıb, -ib, -ub, -üb
C) -acaq, -əcək
D) -ır, -ir, -ur, -ür
E) -dı, -di, -du, -dü
İndiki zamanın neçə növü var?
A) 4
B) 5
C) 2
D) 1
E) 3
Felin indiki zamanı bu şəkilçi ilə düzəlir?
A) -ır
B) -ib
C) -ar
D) -mış
E) -acaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top