Tapılan ümumi test sayı : 5

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:
A) Nə vaxt? nə zaman? suallarına cavab verir
B) Çox, az, xeyli zaman zərfləridir
C) Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
D) İndi, çoxdan, dünən və s zaman zərfləridir
Zaman zərflərindən ibarət cərgəni seçin:
A) Sonra, əvvəl, həmişə, tez, gec
B) Uzaq, yaxın, bayır, yan
C) İndidən, gündəlik, həmişəlik
D) Həmişə, qabaqkı, həmişəki
Zaman zərfi hansı cümlədədir?
A) Dünənki gün unudulmazdır
B) Səhər açılır
C) Gecə ilə gündüz ildə iki dəfə bərabərləşir
D) Sabah günortadan sonra sizə gələcəyəm
Zaman zərfi haqqında fikirlərdən biri düzgündür:
A) Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
B) Zaman zərfləri felə aid olub, hərəkətin kəmiyyətini bildirir
C) Zaman zərfi hara? haraya? harada? suallarına cavab verir
D) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
Hansı cümlədə zaman zərfi işlənmişdir:
A) Yavaş – yavaş axşam düşür
B) Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
C) Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu
D) Ordumuz gecə hücuma keçdi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top