Tapılan ümumi test sayı : 22

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri səhvdir:
A) Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
B) Köməkçi nitq hissələrinə aid sözlər müstəqil işlənə bilmir
C) Köməkçi nitq hissələrinə aid sözlər heç bir suala cavab vermir
D) Köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilir
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən xüsusiyyətlərdən biri səhvdir:
A) Heç bir suala cavab verməməsi
B) Müstəqil leksik mənasının olmaması
C) Ayrılıqda cümlə üzvü olmaması
D) Qrammatik mənasının olmaması
Köməkçi nitq hissələri haqqında fikirlərdən biri düzgündür:
A) Köməkçi nitq hissələrinə aid olan sözlər müstəqil işlənə bilir
B) Ayrılıqda cümlə üzvü olur
C) Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
D) Ayrılıqda suala cavab verir
Köməkçi nitq hissələrinin növləri kimi verilənlərdən biri səhvdir:
A) Zərf
B) Modal sözlər
C) Ədat
D) Qoşma
Sözlərə qoşularaq sözlər arasında əlaqə yaradan köməkçi nitq hissəsi hansıdır?
A) Bağlayıcı
B) Ədat
C) Modal sözlər
D) Qoşma
Hansı sıradakı sözlər köməkçi nitq hissəsi kimi işlənə bilir?
A) dağ, habelə
B) bax, gəlin
C) düzgün, bəlkə, mən
D) neçə, xülasə
Köməkçi nitq hissələri haqqındakı fikirlərdən biri səhvdir:
A) Köməkçi nitq hissələri müstəqil işlənə bilmir
B) Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur
C) Köməkçi nitq hissələrinə aid sözlər əsas nitq hissələrinə aid sözlərə kömək edir
D) Köməkçi nitq hissələrinin əsas nitq hissələrindən fərqli cəhətləri yoxdur
Köməkçi nitq hissələrinə aid olan sözləri seçin:
A) ev, çünki, lakin
B) bəlkə, bəs, ötrü, və
C) daş, əgər, gözəl, isə
D) ki, ilə, yaxşı, beş
"Əvvəl" qoşması daha hansı nitq hissəsi ola bilər?
A) isim
B) zərf
C) sifət
D) zərflik
E) say
Qoşmanı digər köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhət:
A) Ayrılıqda cümlə üzvü olması
B) Leksik şəkilçi qəbul edib dəyişməsi
C) Qoşulduğu sözlə birlikdə cümlə üzvü olması
D) Leksik mənaya malik olması
Aidlik bildirən qoşmalar hansı nitq hissəsinə qoşulur?
A) adlıq
B) çıxışlıq
C) yönlük
D) yiyəlik
E) yerlik
Qoşma ismin hansı halına qoşulmur?
A) adlıq
B) yönlük
C) yerlik
D) çıxışlıq
E) yiyəlik
Ədat aşağıdakılardan hansının təsir qüvvəsini artırır?
A) heç birinin
B) sözlərin
C) cümlələrin
D) hər ikisinin
Hansı variantda köməkçi nitq hissləri düzgün verilmişdir?
A) əvəzlik,qoşma
B) bağlayıcı,ədat
C) fel,bağlayıcı
D) qoşma,zərf
E) say,sifət
Köməkçi nitq hissələri haqqında fikirlərdən biri səhvdir:
A) köməkçi nitq hisslərinə aid sözlərin lüğəvi mənaları olmur
B) köməkçi nitq hisslərinə aid sözlər müstəqil işlənə bilmir
C) köməkçi nitq hisslərinə aid sözlər heç bir suala cavab vermir
D) köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilir
Köməkçi nitq hissələrindən biri sual intonasiyası yaradır
A) Ən
B) Ura
C) Məgər
D) Əgər
E) Həqiqətən
İxtisas sözlər nəyə deyilir?
A) Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlərə
B) Hər hansı bir bölgədə yaşayan bir qrup əhalinin dilində işlənən sözlərə
C) Səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlərə
D) Eyni cur yazılan, lakin vurğularına görə fərqlənən sözlərə
E) Müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar olan sözlərə
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) nida
B) sifət
C) ədat
D) qoşma
E) modal söz
Hansı sıradakı sözlər ancaq ədat və bağlayıcıdan ibarətdir?
A) ancaq, amma, nədir?, nə?
B) onlar, oğlan, siz, kənan
C) fərid, amma, nə vaxt?, və
D) və, amma, ancaq, lakin, lap, olduqca, ən
E) amma, ancaq, niyə?, lakin
Hansılar həm qoşma, həm də əsas nitq hissəsi kimi çıxış edə bilər?
A) tək, doğru,ötrü
B) özgə, başqa, sarı
C) üçün, ayrı, kimi
D) ilə, haqqında, özgə
E) savayı, üçün, ötrü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top