Tapılan ümumi test sayı : 6

Bağlayıcıların orfoqrafiyası haqqında fikirlərdən biri səhvdir:
A) ilə bağlayıcısı ixtisar formasında əsas sözlə bir yerdə tələffüz edilir və ayrı yazılır
B) Bağlayıcılar sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
C) ilə bağlayıcısı saitlə bitən sözlərdən sonra, bir qayda olaraq, ayrı yazılır
D) ilə bağlayıcısı samitlə bitən sözlərdən sonra iki cür tələffüz edilir və iki cür yazılır
Verilənlərdən hansı yanlışdır?
A) həm bağlayıcısı, adətən, cümlədə təkrarla reallaşır
B) ilə bağlayıcısı saitlə bitən sözlərdən sonra, bir qayda olaraq bitişik yazılır
C) gah bağlayıcısı cümlədə təkrarlanır və ayrı yazılır
D) ilə bağlayıcısı samitlə bitən sözlərdən sonra iki cür tələffüz olunur və iki cür yazılır
Cümlələrdən birində “ ilə ” bağlayıcıdır:
A) Əli ilə vacib işim var
B) Odunu balta ilə doğra
C) Ağlı ilə gücü onu bu çətinlikdən qurtardı
D) Səfərə gəmi ilə gedirik
Hansı bağlayıcılardan əvvəl vergül qoyulur?
A) amma, ancaq, lakin
B) həm, həm də
C) da, də
D) amma, da, də
Hansı bağlayıcılardan sonra vergül qoyulur?
A) da, də
B) amma, ancaq
C) çünki, ona görə ki
D) ona görə də
Hansı cümlədə bağlayıcıdan əvvəl vergül qoyulmalıdır?
A) Nar hamı üçün faydalı meyvədir hətta bəzi xəstəliklərin dərmanıdır
B) Sona arvad heç nə deməyəcək
C) Bizim kəndimiz də ildən-ilə gözəlləşir
D) Əgər dərslərini oxusan, əla qiymətlər alarsan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top