Tapılan ümumi test sayı : 8

Cümlələrdən hansında qüvvətləndirici ədat işlənmişdir?
A) Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi
B) Sən yazırsanmı?
C) Axı bu məsələ çoxdan həll olunmalı idi
D) Di gəl, durnalara bir şeir deyək
Ədatların qrammatik məna növləri haqqındakı fikirlərdən biri səhvdir:
A) Sual ədatları cümləyə sual məzmunu verir
B) Məhdudlaşdırıcı ədatlar dialoqlarda işlənir
C) Məhdudlaşdırıcı ədatlar cümlədə bir sözü, bir mənanı başqalarından ayırmaq, fərqləndirmək məqsədilə işlədilir
D) Qüvvətləndirici ədatlar ayrı – ayrı sözlərin, cümlələrin ifadə etdiyi mənanı qüvvətləndirmək üçün işlədilir
Məhdudlaşdırıcı ədatlar  hansılardır:
a) ancaq
b) elə
c) axı
d) yalnız
e) bircə
ə) ən
A) b,c,d
B) a,d,e
C) a,b,e
D) c,d,ə
Əmr ədatı işlənmiş cümlələrdən biri səhvdir:
A) Gəl bu işdən əl çək
B) Sözü bax belə açıq deyərlər
C) Çantanı yerə qoy
D) Qoy dərsini oxusun
Hansı cümlədə “ elə ” sözü dəqiqləşdirici ədat kimi işlənmişdir?
A) Elə hamı mən deyəni deyir
B) Elə bil ki, üzümüzə gün doğdu
C) Elə dost çətin tapılar
D) Elə adamlarla oturub – durma
Cümlələrdən hansında ancaq məhdudlaşdırıcı ədat kimi işlənmişdir?
A) Təbiət yavaş-yavaş oyanır, ancaq hələ quşların səsi eşidilmirdi
B) Biz ancaq ona inanırıq
C) Çoxları məsləhət alır, ancaq təkcə ağıllılar ondan faydalana bilər
D) Maraqlı məlumatdır, ancaq bir şey çatışmır
E) Dalğalar sahilə can atır, ancaq tez geri çəkilirdi
Qüvvətləndirici ədatlar hansılardır?
A) qoy, lap, ha
B) elə, ki, yox
C) ən, lap, məgər
D) hətta, artıq, ha
E) barı, lap, ha
“Ancaq onu görmək istəyirəm.” cümləsində ədatın hansı məna növü işlənmişdir?
A) Sual ədatı
B) Qüvvətləndirici ədat
C) İnkar ədatı
D) Məhdudlaşdırıcı ədat
E) Dəqiqləşdirici ədat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top