Tapılan ümumi test sayı : 125

Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi zamanı buraxılan səhvləri müəyyən edin:
1. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdirir;
2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.
3. Əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.
4. Müəllim problem qoyur və problemin həllində əsas iştirakçı özü olur.
A) 2, 4
B) 1, 2, 3, 4
C) 1, 3
D) 2, 3
E) 1,4
Motivasiya zamanı buraxılan səhvlərə aiddir:
1.Müəllim motivasiyanı elə təşkil edir ki, şagirdlərdə idrak fəallığı oyanır, yeni dərsin məzmunu şagirdlər tərəfindən müəyyən olunur.
2.Müəllim motivasiya qismində bir həll variantı olan çalışmadan istifadə edir.
3.Açıq suallardan istifadə edir.
4.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngarəng şəkil) istifadə edir.
A) 1, 2, 4
B) 2, 3, 4
C) 1, 4
D) 3, 4
E) 2, 4
Aşağıdakılardan biri tədqiqat aparılması zamanı buraxılan səhvlərə aiddir:
A) Müəllim düşünür ki, fəal təlim yalnız qrup işi formasında təşkil olunur
B) Tədqiqat sualına cavab axtarmaq üçün şagirdlərə müvafiq şərait yaradır
C) Müəllim təlim üsulunu və formasını müəyyənləşdirir
D) Qiymətləndirmə meyarlarını şagirdlərin nəzərinə çatdırır
E) Tədqiqat üçün ayrılmış vaxtı şagirdlərin nəzərinə çatdırır.
Məlumatın müəllimdən şagirdə ötürülməsi üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədə uyğundur. Söhbət hansı üsuldan gedir?
A) Mühazirə
B) Karusel
C) Ziqzaq
D) Akvarium
E) Auksion
Bu üsul mətnin məzmunun qısa müddətdə şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.Şagirdlər 4 nəfərlik qruplara bölünür (əsas qrup). Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər. Bu hansı üsuldur?
A) Ziqzaq
B) BİBÖ
C) Söz assosiasiyaları
D) Karusel
E) Klaster
Verilənlər hansı təlimə aiddir:
1. Ev tapşırığının yoxlanılması
2. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)
3. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi
4. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar
5. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)
6. Qiymətləndirmə 
7. Reproduktiv (təkraredici) tətbiq etmə
A) ənənəvi təlim
B) Fəal təlim
C) müasir təlim
D) inteqrasiya olunmuş təlim
E) Konstruktiv təlim
Testin reprezentativliyi nə deməkdir?
A) Test tapşırıqlarının məzmununun yoxlama məqsədlərinə uyğun olması.
B) Testin yoxlanılan tədris materialını tam əhatə etməsi
C) Testin qiymətləndirmə standartlarına uyğunluğunun olması
D) Nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmasını bildirir
E) Testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır.
Təlimin amilləri hansılardır?
A) Vaxt, kitab üzərində iş, illustrasiya və demonstrasiya, praktiki məşğələlər
B) Vaxt, tədris materialı, oxumağa qabillik, təşkilati pedaqoji təsir
C) Vaxt, tədris materialı, illustrasiya və demonstrasiya, şagirdlərin oxumağa qabilliyi
D) İnandırma, alışdırma, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə
E) Vaxt, rəğbətləndirmə, inandırma, alışdırma
Müəllimin ünsiyyət üslubları arasındakı uyğunluğu tapın
1-Avtoritar
2-Liberal
3-Demokratik
a-Müəllim yalnız əmrlər, göstərişlər verir, şagirdlər sözsüz tabe olur
b-Müəllim şagirdlərin arzu və istəkləri ilə hesablaşır, onların fikrini, rəyini nəzərə alır, mövqelərinə hörmətlə yanaşır
c-Müəllim dərsini deməklə vəzifələrini bitmiş hesab edir, şagirdlərlə bağlı bütün digər məsələlərə biganədir
A) 1 - a; 2 - c; 3 - b
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - b; 2 - a; 3 - c
E) 1 - c; 2 - b; 3 - a
Aşağıdakı fikirlərdən hansı yanlışdır?
A) Test diaqnostik  qiymətləndirmə vasitəsi deyil
B) Dinləmə üzrə qeydiyyat vərəqi formativ qiymətləndirmə  üsuludur
C) Məktəbdaxili qiymətləndirmənin 3 növüvar
D) Tapşırıqvermə üsulunun vasitəsi çalışmalardır
E) Qiymətləndirmə standartları 3 səviyyə üzrə müəyyən olunmur
Uyğunlaşdırın
A-Təhsil sahəsində dövlət standartı
B-Ümumi təhsil proqramı
C-Fənn kurikulumları
1-təlim formaları,
2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı
3-ümumi təhsilin məzmunu
4-ümumi təhsilin infranstrukturu
5-ümumi təhsil sistemində pedoqoji prosesin təşkili prinsipləri
6-müəllim fəaliyyətinin planlaşdırılması
7-təhsilverənlərin keyfiyyət göstəriciləri
8-təhsil səviyyələri üzrə keçirilən fənlər
A) A-7,8; B-1,2,3; C-4,5,6
B) A-1,4,6; B-2,3,5; C-7,8
C) A-1,2,3; B-4,6,8; C-5,7
D) A-3,4,7; B-2,5,8; C-1,6
E) A-3,4,7; B-1,2; C-5,6,8
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
B) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
C) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
D) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
E) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
"Venn diaqramı"dan nə məqsədlə istifadə olunur?
A) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
B) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
C) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
D) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
E) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin:
A) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları
B) ümumi təlim nəticələri, məzmun xətləri, müəllimin təlim fəaliyyətinin planlaşdırılması qiymətləndirmə üsulları
C) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, qiymətləndirmə nümunə-lərinin hazırlanması
D) ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları
E) fənn kurikulumunun məqsəd vəvəzifələri
Fəaliyyət xətti nədir?
A) Fənn üzrə təlim nəticələrinin reallaşması üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
B) Təlimin məzmununun davamlı inkişafını təmin edir
C) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
D) Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır
E) Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş tələbdir
Aşağıdakılardan biri iş vərəqinə verilən tələblərə aid edilə bilməz:
A) Fərdi və ya qrup işi üçün hazırlanmış iş vərəqləri qiymətləndirmə standartlarına uyğun hazırlanmalıdır
B) Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır;
C) Tapşırıqların məzmunu dərsin məqsədinə və şagirdlərin inkişaf, yaş səviyyəsinə, marağına uyğun olmalıdır.
D) Məzmun və tərtibat cəlbedici olmalıdır.
E) Bütün tapşırıqlar eyni çətinlik səviyyəsində olmalıdır
Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyət hansıdır?
A) Avtoritar qabiliyyət
B) Suqqestik qabiliyyət
C) Kommunikativ qabiliyyət
D) Təşkilatçılıq qabiliyyət
E) Perspektiv qabiliyyət
Sintez səviyyəsinin fəaliyyət göstəricisini müəyyən edin
A) Həm şifahi, həm də fiziki obyekt ola bilən unikal original (ilkin) məhsulun yaradılması
B) Yadda saxlamaq, xatırlamaq, tanımaq, işarə etmək
C) Məsələ haqqında mühüm qərarlar çıxar-maq; mübahisələri və ya fikir müxtəliflikləri-ni həll etmək
D) İzah etmək, öz sözləri ilə təsvir etmək,dəyişmək.
E) Problemi həll etmək, nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək
Ümumi təhsil pilləsinin dövlət proqramlarına (kurikulumlarına) aid deyil.
A) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
B) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
C) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
D) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
E) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
Uyğunlaşdırın
A-Təhsil sahəsində dövlət standartı
B-Ümumi təhsil proqramı
C-Fənn kurikulumları
1-təlim formaları,
2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı
3-ümumi təhsilin məzmunu
4-ümumi təhsilin infrastrukturu
5-ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
6-müəllim fəaliyyətinin planlaşdırılması
7-təhsilverənlərin keyfiyyət göstəriciləri
8-təhsil səviyyələri üzə keçirilən fənlər
A) A-3,4,7; B-2,5,8; C-1,6
B) A-3,4,7; B-1,2; C-5,6,8
C) A-1,2,3; B-4,6.8; C-5,7
D) A-7,8; B-1,2,3; C-4,5,6
E) A-1,4,6; B-2,3,5; C-7,8
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top