Tapılan ümumi test sayı : 125

Özünütərbiyə hansı məqsədlə başlayır?
A) başqalarının hərəkət və davranışına müsbət təsir etmək məqsədilə
B) başqalarının hərəkət və davranışına müsbət təsir etmək məqsədilə
C) obyektin öz hərəkətlərini arzu olunan motiv kimi dərk etməsi məqsədilə
D) kollektiv fəaliyyətdə yaxından iştirak etmək məqsədilə
Fasilitasiya prosesinin xüsusiyyəti nədir?
A) Müəllim bələdçi rolunu yerinə yetirir.
B) Dərsdə məlumatı fasilitator yox, qrup çatdırır.
C) Qrupda diskussiyanın təşkili.
D) Səmərəli yönəltmə prosesidir.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir
B) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
C) Şagirdlərin əvəzinə fikirləri izah eməyə icazə verilmir.
D) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır
E) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
Təhsil məhsulu nədir?
A) Təhsilin inkişafına sərmayə qoyuluşu
B) Şagirdlərin bilik, bacarıq və vərdiş səviyyəsi
C) Təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri
D) Təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
E) Təhsil qanunu, Qiymətləndirmə Konsepsiyası
Tərbiyə texnologiyası dedikdə nə nəzərdə tutulur?
A) Şagirdlərdə bilik, bacarıq və vərdişlərin məqsədyönlü, planlı formalaşdırılması prosesidir
B) Pedaqoqların və ya psixoloqların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır
C) Təlim və təhsil-tərbiyə texnologiyası ilə əlaqədardır.
D) Nisbi, sabit və müntəzəm olaraq ümumiləşən münasibətlərin məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar kompleksi
E) Bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyyatlar kompleksi
"Şagirdyönümlülük" dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanın mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
B) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsidir.
C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
D) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
E) Təlim naliyyətlərinin nəticələr formasında müəyyən edilməsidir
Tədqiqat sualını tərtib etmək üçün əvvəlcə nəyi müəyyən etməlidir?
A) Tədqiqat sualını tərtib etmək üçün dərslikdəki tapşırıqlara diqqət yetirilməlidir
B) Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin əvvəlində olan motivasiyanın müəyyən etməlidir;
C) Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin elmi-metodiki tərəflərini müəyyən etməlidir;
D) Tədqiqat sualının cavabı ilə dərsin sonunda nəzərdə tutduğu təlim nəticəsinin uyğunluğunu nəzərdən keçirməlidir.
E) Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin qiymətləndirmə standartlarını müəyyən etməlidir;
Ənənəvi təlimin xüsusiyyətlərini müəyyənləşdirin:
1.Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanması)
2.Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)
3.Nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması)
4.Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi
5.Məlumatın müzakirəsi və təşkili (məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi)
6.Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar
7.Reproduktiv (təkraredici) tətbiq etmə
8.Produktiv (yaradıcı) tətbiq etmə
A) 2, 4, 6, 7
B) 2, 5, 7, 8
C) 3, 5, 7, 4
D) 1, 2, 4, 8
E) 1, 3, 5, 8
Sintez səviyyəsinin fəaliyyət göstəricisini müəyyən edin.
A) Yadda saxlamaq, xatırlamaq, tanımaq, işa-rə etmək.
B) Məsələ haqqında mühüm qərarlar çıxar-maq; mübahisələri və ya fikir müxtəliflikləri-ni həll etmək.
C) Problemi həll etmək, nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək.
D) İzah etmək, öz sözləri ilə təsvir etmək, də-yişmək.
E) Həm şifahi,həm də fiziki obyekt ola bilən unikal original (ilkin) məhsulun yaradılması.
Fənn kurikulumunda kollektivlə, qrupla,cütlərlə və fərdlərlə aparılan işin məzmunu arasındakı uyğunluğu tapın:
1 - kollektivlə iş
2- qrupla iş
3 - cütlərlə iş
4 - fərdlərlə iş
a - şagirdlər hər hansı problem üzərində kollektiv müzakirə və fikir  mübadiləsi aparılır
b - hər problem ilə bağlı şagirdin fərdi düşüncəsi öyrənilir, onlar bəzən müstəqil işə cəlb edilirlər
c - şagirdlər eyni bir məsələyə müxtəlif baxış və yanaşmaların olması barədə təsəvvürə yiyələnirlər
d - bir-birini daha yaxşı başa düşməyə, məsuliyyətlərini dərk etməyə imkan yaranır
A) 1 - a; 2 - c; 3 - b; 4- d
B) 1 - d; 2 - b; 3 - a; 4 - c
C) 1 - b; 2 - c; 3 - b; 4 - a
D) 1 - c; 2 - a; 3 - d; 4 - d
E) 1 - a; 2 - c; 3- d; 4 - b
Aşağıdakı fikirlərdən hansı doğru deyil?
A) Şaquli inteqrasiya həm də siniflərarası inteqrasiya adlanır.
B) Bütün fənlər üzrə təhsilin müxtəlif pillələrində inteqrasiyaya eyni dərəcədə əhəmiyyət verilməlidir.
C) Fərqli inteqrasiya modelləri müxtəlif nəticəyə gətirib çıxarır.
D) Fənləri hansı model üzrə inteqrasiya etmək haqqında dərindən düşünmək və düzgün qərarlar qəbul etmək lazımdır
E) İnteqrasiyada ifrata varmaq, fənlə bağlı mühüm bilik və bacarıqların tədrisindən yayındıra bilər.
Aşağıdakı fikirlərdə hansı tədqiqatın aparılması mərhələsinə aiddir:
A) Artıq başa çatmış prosesin şüurda inikasıdır
B) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir
C) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
D) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
E) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyasının mübadiləsini aparırlar.
Motivasiya haqqındakı fikirlərdən biri yalnışdır.
A) Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
B) Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedici, qeyri-adi, müəmmalı, gözlənilməz olmalıdır.
C) Tədqiqat sualı təlim məqsədinə əsasən müəyyənləşdirilməli və dərsin məqsədinə yönəlməlidir;
D) Tətqiqat sualının qoyulması zamanı yaradıcılıq və tədqiqat imkanının olması nəzərə alınmalıdır
E) motivasiyanı rəmzi ( simvolik) materiallarla qurmaq olar. (rəsm.ş foto, vidio, musiqi, ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, şeir, qrafik vəs );
Tərbiyyənin bu qabiliyyətində müəllim sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir. Bu tərbiyyənin hansı qabiliyyətinə aiddir?
A) Perspektiv qabiliyyət
B) Avtoritar qabiliyyət
C) Suqqestik qabiliyyət
D) Təşkilatçılıq qabiliyyəti
E) Kommunikativ qabiliyyət
Taksonomiya haqqında fikirlərdən biri səhvdir:
A) hadisə və proseslərin qarşılıqlı əlaqə əsasında təsnifatını sistemləşdirilməsini bildirir
B) şagirdlərin fiziki və praktiki bacarıqları, bir tapşırığı yerinə yetirmə bacarıqları və.s kimi hərəkət növləri başa düşülür
C) varlığın mürəkkəb quruluşlu sahələrinin sinif və qruplar üzrə paylanması haqqında nəzəriyyədir
D) yuxarı mərhələ aşağıdakı mərhələlərin bütün xüsusiyyətlərini daşıyır
E) nəyi? öyrətmək, necə? öyrətmək və necə? qiymətləndirmək kimi sualları sistemli şəkildə cavablandırmağa imkan verir
Təlim prosesinin hərəkətverici qüvvəsi nədir?
A) Xaricdən şagirdə göstərilən təsirlə bağlı olan prosesdir
B) Daxili və xarici ziddiyətlərlə bağlıdır.
C) İnsanın öz mövqeyini düzgün müəyyən etməsi və mənfi keyfiyyətlərini aradan qaldırmaq istəməsi ilə bağlıdır
D) Təlimin gedişində irəli sürülən tədris və pratik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və zehni inkişafının səviyyəsi arasında olan ziddiyyətlərlə bağlıdır
E) Uşağın şüurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi, onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması ilə bağlıdır
Tərbiyə texnologiyası dedikdə nə nəzdə tutulur?
A) Təlim və təhsil-tərbiyə texnologiyası ilə əlaqədardır.
B) Pedaqoqların və ya psixoloqların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır
C) Şagirdlərdə bilik, bacarıq və vərdişlərin məqsədyönlü, planlı formalaşdırılması prosesisidir
D) Bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyyatlar kompleksi
E) Nisbi, sabit və müntəzəm olaraq ümumiləşən münasibətlərin məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar kompleksi
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrup üzvlərinin suallarına cavab vermək.
B) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
C) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
D) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək
E) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
Ənənəvi təlimin xüsusiyyətlərini müəyyənləşdirin:
1. Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanılması)
2. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)
3. Nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması)
4. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi
5. Məlumatın müzakirəsi və təşkili (məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi)
6. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar
7. Reproduktiv (təkraredici) tətbiq etmə
8. Produktiv (yaradıcı) tətbiq etmə
A) 1, 3, 5, 8
B) 2, 4, 6, 7
C) 3, 5, 7, 4
D) 1, 2, 6, 8
E) 3, 5, 7, 8
Ənənəvi təlimin xüsusiyyətlərinə aiddir:
A) Nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması)
B) Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanılması)
C) Aydın olmayan məsələlərin açıqlanması və izahı
D) Məlumatların mübadiləsi, fikir mübadiləsinin təşkili
E) Məlumatın müzakirəsi və təşkili (məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi)
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top