Tapılan ümumi test sayı : 125
1) |
Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi zamanı buraxılan səhvləri müəyyən edin: 1. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdirir; 2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır. 3. Əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir. 4. Müəllim problem qoyur və problemin həllində əsas iştirakçı özü olur. |
Xəta bildir |
A) | 2, 4 |
B) | 2, 3 |
C) | 1,4 |
D) | 1, 3 |
E) | 1, 2, 3, 4 |
2) |
Motivasiya zamanı buraxılan səhvlərə aiddir: 1.Müəllim motivasiyanı elə təşkil edir ki, şagirdlərdə idrak fəallığı oyanır, yeni dərsin məzmunu şagirdlər tərəfindən müəyyən olunur. 2.Müəllim motivasiya qismində bir həll variantı olan çalışmadan istifadə edir. 3.Açıq suallardan istifadə edir. 4.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngarəng şəkil) istifadə edir. |
Xəta bildir |
A) | 3, 4 |
B) | 1, 4 |
C) | 2, 3, 4 |
D) | 1, 2, 4 |
E) | 2, 4 |
3) | Aşağıdakılardan biri tədqiqat aparılması zamanı buraxılan səhvlərə aiddir: | Xəta bildir |
A) | Qiymətləndirmə meyarlarını şagirdlərin nəzərinə çatdırır |
B) | Müəllim təlim üsulunu və formasını müəyyənləşdirir |
C) | Tədqiqat sualına cavab axtarmaq üçün şagirdlərə müvafiq şərait yaradır |
D) | Tədqiqat üçün ayrılmış vaxtı şagirdlərin nəzərinə çatdırır. |
E) | Müəllim düşünür ki, fəal təlim yalnız qrup işi formasında təşkil olunur |
4) | Məlumatın müəllimdən şagirdə ötürülməsi üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədə uyğundur. Söhbət hansı üsuldan gedir? | Xəta bildir |
A) | Ziqzaq |
B) | Mühazirə |
C) | Auksion |
D) | Akvarium |
E) | Karusel |
5) | Bu üsul mətnin məzmunun qısa müddətdə şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.Şagirdlər 4 nəfərlik qruplara bölünür (əsas qrup). Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər. Bu hansı üsuldur? | Xəta bildir |
A) | Ziqzaq |
B) | Söz assosiasiyaları |
C) | Karusel |
D) | Klaster |
E) | BİBÖ |
6) |
Verilənlər hansı təlimə aiddir: 1. Ev tapşırığının yoxlanılması 2. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı) 3. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi 4. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar 5. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu) 6. Qiymətləndirmə 7. Reproduktiv (təkraredici) tətbiq etmə |
Xəta bildir |
A) | ənənəvi təlim |
B) | Fəal təlim |
C) | müasir təlim |
D) | Konstruktiv təlim |
E) | inteqrasiya olunmuş təlim |
7) | Testin reprezentativliyi nə deməkdir? | Xəta bildir |
A) | Testin qiymətləndirmə standartlarına uyğunluğunun olması |
B) | Nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmasını bildirir |
C) | Testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır. |
D) | Test tapşırıqlarının məzmununun yoxlama məqsədlərinə uyğun olması. |
E) | Testin yoxlanılan tədris materialını tam əhatə etməsi |
8) | Təlimin amilləri hansılardır? | Xəta bildir |
A) | Vaxt, tədris materialı, illustrasiya və demonstrasiya, şagirdlərin oxumağa qabilliyi |
B) | Vaxt, tədris materialı, oxumağa qabillik, təşkilati pedaqoji təsir |
C) | İnandırma, alışdırma, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə |
D) | Vaxt, rəğbətləndirmə, inandırma, alışdırma |
E) | Vaxt, kitab üzərində iş, illustrasiya və demonstrasiya, praktiki məşğələlər |
9) |
Müəllimin ünsiyyət üslubları arasındakı uyğunluğu tapın 1-Avtoritar 2-Liberal 3-Demokratik a-Müəllim yalnız əmrlər, göstərişlər verir, şagirdlər sözsüz tabe olur b-Müəllim şagirdlərin arzu və istəkləri ilə hesablaşır, onların fikrini, rəyini nəzərə alır, mövqelərinə hörmətlə yanaşır c-Müəllim dərsini deməklə vəzifələrini bitmiş hesab edir, şagirdlərlə bağlı bütün digər məsələlərə biganədir |
Xəta bildir |
A) | 1 - b; 2 - a; 3 - c |
B) | 1 - a; 2 - c; 3 - b |
C) | 1 - a; 2 - b; 3 - c |
D) | 1 - c; 2 - a; 3 - b |
E) | 1 - c; 2 - b; 3 - a |
10) | Aşağıdakı fikirlərdən hansı yanlışdır? | Xəta bildir |
A) | Dinləmə üzrə qeydiyyat vərəqi formativ qiymətləndirmə üsuludur |
B) | Tapşırıqvermə üsulunun vasitəsi çalışmalardır |
C) | Test diaqnostik qiymətləndirmə vasitəsi deyil |
D) | Qiymətləndirmə standartları 3 səviyyə üzrə müəyyən olunmur |
E) | Məktəbdaxili qiymətləndirmənin 3 növüvar |
11) |
Uyğunlaşdırın A-Təhsil sahəsində dövlət standartı B-Ümumi təhsil proqramı C-Fənn kurikulumları 1-təlim formaları, 2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı 3-ümumi təhsilin məzmunu 4-ümumi təhsilin infranstrukturu 5-ümumi təhsil sistemində pedoqoji prosesin təşkili prinsipləri 6-müəllim fəaliyyətinin planlaşdırılması 7-təhsilverənlərin keyfiyyət göstəriciləri 8-təhsil səviyyələri üzrə keçirilən fənlər |
Xəta bildir |
A) | A-7,8; B-1,2,3; C-4,5,6 |
B) | A-1,4,6; B-2,3,5; C-7,8 |
C) | A-3,4,7; B-2,5,8; C-1,6 |
D) | A-1,2,3; B-4,6,8; C-5,7 |
E) | A-3,4,7; B-1,2; C-5,6,8 |
12) | İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin. | Xəta bildir |
A) | Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək |
B) | Yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq |
C) | Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq |
D) | Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək |
E) | Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq |
13) | "Venn diaqramı"dan nə məqsədlə istifadə olunur? | Xəta bildir |
A) | Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün |
B) | Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün |
C) | Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün |
D) | Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün |
E) | Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün |
14) | Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin: | Xəta bildir |
A) | fənn kurikulumunun məqsəd vəvəzifələri |
B) | ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları |
C) | giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları |
D) | giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, qiymətləndirmə nümunə-lərinin hazırlanması |
E) | ümumi təlim nəticələri, məzmun xətləri, müəllimin təlim fəaliyyətinin planlaşdırılması qiymətləndirmə üsulları |
15) | Fəaliyyət xətti nədir? | Xəta bildir |
A) | Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş tələbdir |
B) | Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır |
C) | Fənn üzrə təlim nəticələrinin reallaşması üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. |
D) | Təlimin məzmununun davamlı inkişafını təmin edir |
E) | Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır |
16) | Aşağıdakılardan biri iş vərəqinə verilən tələblərə aid edilə bilməz: | Xəta bildir |
A) | Bütün tapşırıqlar eyni çətinlik səviyyəsində olmalıdır |
B) | Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır; |
C) | Məzmun və tərtibat cəlbedici olmalıdır. |
D) | Fərdi və ya qrup işi üçün hazırlanmış iş vərəqləri qiymətləndirmə standartlarına uyğun hazırlanmalıdır |
E) | Tapşırıqların məzmunu dərsin məqsədinə və şagirdlərin inkişaf, yaş səviyyəsinə, marağına uyğun olmalıdır. |
17) | Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyət hansıdır? | Xəta bildir |
A) | Təşkilatçılıq qabiliyyət |
B) | Avtoritar qabiliyyət |
C) | Perspektiv qabiliyyət |
D) | Suqqestik qabiliyyət |
E) | Kommunikativ qabiliyyət |
18) | Sintez səviyyəsinin fəaliyyət göstəricisini müəyyən edin | Xəta bildir |
A) | Həm şifahi, həm də fiziki obyekt ola bilən unikal original (ilkin) məhsulun yaradılması |
B) | Problemi həll etmək, nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək |
C) | Yadda saxlamaq, xatırlamaq, tanımaq, işarə etmək |
D) | İzah etmək, öz sözləri ilə təsvir etmək,dəyişmək. |
E) | Məsələ haqqında mühüm qərarlar çıxar-maq; mübahisələri və ya fikir müxtəliflikləri-ni həll etmək |
19) | Ümumi təhsil pilləsinin dövlət proqramlarına (kurikulumlarına) aid deyil. | Xəta bildir |
A) | Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi |
B) | Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları |
C) | Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı |
D) | Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri |
E) | Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər |
20) |
Uyğunlaşdırın A-Təhsil sahəsində dövlət standartı B-Ümumi təhsil proqramı C-Fənn kurikulumları 1-təlim formaları, 2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı 3-ümumi təhsilin məzmunu 4-ümumi təhsilin infrastrukturu 5-ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri 6-müəllim fəaliyyətinin planlaşdırılması 7-təhsilverənlərin keyfiyyət göstəriciləri 8-təhsil səviyyələri üzə keçirilən fənlər |
Xəta bildir |
A) | A-1,2,3; B-4,6.8; C-5,7 |
B) | A-7,8; B-1,2,3; C-4,5,6 |
C) | A-3,4,7; B-1,2; C-5,6,8 |
D) | A-3,4,7; B-2,5,8; C-1,6 |
E) | A-1,4,6; B-2,3,5; C-7,8 |
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|