Tapılan ümumi test sayı : 125

Summativ qiymətləndirmə nə vaxt aparılmır?
A) dərs ilinin əvvəlində
B) ayın sonunda
C) yarımilin sonunda
D) bölmə başa çatdıqda
Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
A) diaqnostik qiymətləndirmə
B) summativ qiymətləndirmə
C) formativ qiymətləndirmə
D) milli qiymətləndirmə
Təhsildə qiymətləndirmə nədir?
A) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
B) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
C) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
D) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri—standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar 7. Dərs oyun
A) 1,3,5,6
B) 1,4,5,7
C) 3,4,5,6
D) 1,2,4,6
Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
A) Təlimin təşkilində istifadə olunan forma və üsullar
B) Kurrikulum islahatının mərhələləri
C) Fənnin təliminə verilən əsas tələblər
D) Fənn üzrə təlimin planlaşdırılması
Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
A) Fənnin məqsədləri
B) Qiymətləndirmə standartları
C) Fənnin məqsəd və vəzifələri
D) Valideynin arzusu
4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
A) kontekstual bilik - psixomator fəaliyyət
B) deklorativ bilik bilik - idraki fəaliyyət
C) proseduraI bilik - idraki fəaliyyət
D) deklorativ və kontekstual bilik
Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
A) təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
B) təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
C) əsas standartın tərkib hissəsi olub ona xidmət edir
D) təhsil pillələri üzrə dəyişməz qalır
Kurrikulumda məzmun standartı nədir?
A) təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
B) təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
C) yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
D) şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
A) 9
B) 10
C) 11
D) 12
Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) şəxsiyyətyönümlük
B) subyektivlik
C) tələbyönümlük
D) nəticəyönümlük
Kurrikulum nədir?
A) Təlim metodu, forma və vasitələrin məcmusu
B) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
C) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
D) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
Təhsil islahatı neçənci illəri əhatə edir?
A) 1999 - 2013
B) 1999 - 2009
C) 2001 - 2011
D) 1999 - 2007
Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
A) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
B) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.
C) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
D) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
Aşağıdakılardan hansı iş formasıdır?
A) söz assosiasiyası
B) müzakirə
C) de bat
D) cütlərlə
İllik planlaşdırmaya hansı daxil deyil?
A) motivasiya
B) standartlar
C) inteqrasiya
D) resurslar
Aşağıdakılardan hansı təlim üsuludur?
A) qiymətləndirmə
B) müzakirə
C) yazı işləri
D) kompetensiya
Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
A) 6
B) 3
C) 4
D) 7
Summativ qiymətləndirmədə istifadə olunan metod hansılardır?
A) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
B) yoxlama yazı işləri, tapşırıqvermə, şifahi sorğu, test
C) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
Formativ qiymətləndirmədə istifadə olunan metodlar hansılardır?
A) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
B) müsahibə, rubric, oxu, test, layihə, yazı
C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top