Tapılan ümumi test sayı : 154

Təbii zonaları yaradan əsas səbəblər:
A) süxurların tərkibi və yaşı
B) bitkilər və heyvanlar aləmi
C) istilik və rütubətin nisbəti
D) geoloji quruluşu və relyef
E) dəniz sahili mövqe və relyef
Fiziki aşınmanın daha intensiv getdiyi sutkalıq temperatur amplitudaları: 1. 35 C   2. 5 C   3. 40 C   4. 25 C   5. 2 C   6. 3 C
A) 2, 5, 6
B) 1, 2, 5
C) 2, 4, 6
D) 1, 3, 4
E) 1, 3, 5
Yerin öz oxu ətrafında fırlanması coğrafi təbəqənin hansı qanunauyğunluğuna aiddir?
A) Zonallıq
B) Ritmilik
C) Bütövlük
D) İntrazonallıq
E) Azonallıq
Gölləri mənşəyinə görə qruplaraşdırın: 1. Tanqanika   I. buzlaq 2. Böyük Ayı gölü   II.uçqun 3. Maralgöl   III. tektonik
A) 1 – I, 2 – III, 3 – II
B) 1 –I, 2 – II, 3 – III
C) 1 – III, 2 – I, 3 – II
D) 1 – II, 2 – III, 3 – I
E) 1 – II, 2 – I, 3 – III
A məntəqəsi 78º ş.u.-da, B məntəqəsi isə 55ºq.u.-da yerləşir. Məntəqələrin müvafiq olaraq yerləşdiyi saat qurşaqlarını təyin edin:
A) V və XX
B) II və XII
C) X və III
D) V və XIX
E) IV və III
Duzluluğu 13‰ olan 1 ton sudan nə qədər duz əldə etmək olar?
A) 13000 q
B) 6,5 kq
C) 26 kq
D) 130 q
E) 130 kq
Temperaturu 30 C olan havanın nisbi rütubəti 75%- dir. Havanın temperaturu 200 C –yə enərsə, havadan neçə qram su buxarı ayrılar. (30 C-də 30q, 20 C-də 17q)
A) 22,5q
B) 30q
C) 17q
D) 5,5q
E) 7,5q
Qeyzerlərə daha çox rast gəlinir?
A) qədim platformalarda
B) cavan platformalarda
C) geosinklinallarda
D) ovalıqlarda
E) yaylalarda
Atmosferdə olan ozon təbəqəsi hansı qatda yerləşir?
A) ionosfer
B) mezosfer
C) stratosfer
D) troposfer
E) ekzosfer
Böyük Qafqazda olan hansı landşaft tipləri Talış dağlarında yoxdur?
A) dağ-çöl, dağ-meşə, qayalıq-nival
B) meşə-çöl, dağ meşə, qayalıq nival
C) dağ-çəmən, subnival, nival
D) yarımsəhra, dağ çölü, dağ-meşə
E) düzənlik meşə-çöl, dağ çölü, dağ-meşə
20 c.e-nə günəş şüalarının maksimum düşmə bucağı:
A) 46,5
B) 86,5
C) 100
D) 70
E) 90
İEOÖ-də əhalinin sürətlə artmasının nəticəsi:
A) kənd təsərrüfatının inkişafı
B) elmin sürətli inkişafı
C) demoqrafik böhran
D) həyat səviyəsinin kəskin aşağı düşməsi
E) sənayenin güclü inkişafı
Miqrasiya nədir?
A) Əhalinin işlə təmin olunmasıdır
B) Əhalinin dini mənsubiyyətidir
C) Əhalinin bir yerdən başqa yerə köçməsidir
D) Yüksək ixtisaslı kadrların bir yerə cəmlənməsidir
E) Əhalinin təbii artımının yüksək olmasıdır
Taxıl istehsalına görə hansı ölkələr fərqlənir?
A) Avstriya, Çexiya, Albaniya
B) Qırğızıstan, Malayziya, Sloveniya
C) Çin, ABŞ, Kanada
D) Monako, İsrail, Əlcəzair
E) Misir, Tailand, Çili
Avropanın ən böyük aqlomerasiyaları:
A) Şanxay, Katmandu, Sidney
B) Helsinki, Moskva, Afina
C) London, Oslo, Praqa
D) Lissabon, Nyukasl, Valetta
E) London, Reyn-Rur, Paris
Federativ və həm də monarxiyaya idarə üsuluna malik olan ölkələr:
A) İtaliya, Almaniya
B) ABŞ, Kanada
C) Liviya, Misir
D) Ukrayna, Belarus
E) İspaniya, Belçika
Qonur kömür istehsalına görə dünyada tanınan RurSaar bölgəsi hansı ölkədədir?
A) Hindistan
B) Rusiya Federasiyası
C) Yaponiya
D) Almaniya Federativ Respublikası
E) Çin
«Reemiqrasiya» nə deməkdir?
A) əhalinin sayının azalması
B) şəhər aqlomerasiyası və əhalinin geniş şəhərlərdə yerləşməsi
C) əhalinin şəhərdən qəsəbəyə axını
D) başqa ölkəyə gedənlərin geri qayıtması
E) ölkədə əhalinin sayının kəskin artması
Rusiya ilə sərhəddə yerləşən zirvə hansıdır və burada daimi qarın olmasının səbəbi:
A) Kəpəz; çox soyuq iqlim şəraiti
B) Qızyurdu; qar xəttinin yuxarıdan keçməsi
C) Dəlidağ; az yağıntının olması
D) Qapıcıq; çox yağıntı olması
E) Bazardüzü; qar xəttinin 4000 m-dən keçməsi
Hansı hava kütlələri respublikamızın ərazisinə daxil olduqda temperatur aşağı düşür, buludluluq və yağıntının miqdarı artır: 1. Mülayim-kontinental 2. Dəniz-Arktik 3. Orta Asiya 4. Mülayim dəniz 5. Tropik
A) 3, 4
B) 2, 5
C) 2, 4
D) 2, 3
E) 1, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top