Tapılan ümumi test sayı : 169

Həyət-həyat,əsr-əsir,atlas-atlaz sözləri hansı leksik məna qrupuna aiddir?
A) omonim
B) paronim
C) neologizm
D) antonim
E) sinonim
sər{mək} sözünə hansı cərgədəki qrammatik şəkilçilər qosulduqda vurğusu 1-ci hecada qalır
A) -sin,-ək
B) -məli,-əsi
C) -di,-ir
D) -mə,-in
E) -sə,-sən
Saiti uzun tələffüz olunan milli sözlər hansılardır?
A) şövq, zövq
B) xalqım, irqi
C) qovurma, doğma
D) məktəb, tədris
E) dovğa, ovuşdurmaq
Hansı cingiltili samitlərin kar qarşılığı yoxdur?
A) L,O,M,P
B) B,D,F,G
C) P,K,F,T
D) L,M,N,R
E) L,M,N,P
İncə saitlər hansılardır?
A) A,ü,o,ö
B) i,ə,ö,a,o
C) A,i,u,e
D) E,ə,i,ö,ü
E) E,e,ə,ö
Hansı xeyir sözünün sinonimidir?
A) zərər
B) fayda
C) yox
D) yatmaq
E) iş
Sözlərdən birində qalın , açıq və dodaqlanan saitin ahəngi gözlənilib.
A) Orduxan
B) Qarabağlar
C) Vətənsevərlər
D) Qoruqdakılar
E) Odunçuluq
Qoşasamitli sözlərdən birini yazılışı ilə tələffüzü fərqlənmir:
A) hətta
B) zənnimcə
C) səkkiz
D) diqqət
E) guppultu
Tərkibində yalnız dodaqlanan qalın saitlər işlənən sözü göstərin.
A) Kömür
B) Kino
C) Qoşun
D) Ürək
E) Kitab
Hansı fikir doğru deyil?
A) Səs uzanması Avropa mənşəli sözlərdə də olur
B) Beş samit səsin qarşılığı yoxdur
C) Səs uzanması ilə vurğu heç zaman üst-üstə düşmür
D) Eyni sait qoşalığında səs uzanması tələffüzdə fərq əmələ gətirə bilər
E) Eynicinsli sait qoşalığı olan sözlərin hamısı tələffüzü fərqli olan sözlərdir
Birində sait qoşalığı tələffüzdə fərq yaratmır?
A) Bəraət
B) Bioloq
C) Bədii
D) Müəyyən
E) Təbiət
Vurğusunun yerini dəyişməklə mənası dəyişən sözü seçin.
A) SAAT
B) Kitab
C) Alma
D) Stul
E) Quru
Ahəng qanununa tabe olan sözü göstərin?
A) radio
B) kitab
C) alma
D) stəkan
E) fincan
Hansı sözün yazılışı düz, tələffüzü səhvdir?
A) Monoloji – ( manaloji)
B) Namünasib –( na:müna:sib)
C) Müsaidə - ( müsa:yidə)
D) Müsdəsna – (müstəsna)
E) Mütəxəssis – ( mütəxəssis)
Qol sözü ilə bağlı hansı fikir səhvdir?
A) Omonimdir
B) Antonimi var.
C) Futbol oyununda qapı toruna düşən topa da qol deyilir.
D) Çoxmənalıdır
E) İnsan bədəninin bir hissəsidir.
Linqvistika nəyi öyrənir?
A) Qrammatikanı
B) Heç nəyi
C) Dilçilik elmini
D) Morfologiya elmini
E) Əlifbanı
Hansı sözdə səsdüşümü , səs uzanması, səsdəyişimi və səsartımı fonetik hadisələrin hamısı var?
A) Səadət
B) Arifanə
C) Təəccüblə
D) Qabiliyyət
E) Dovğa
İqtisadiyyat inkişaf etdikcə nələr yaranır?
A) arxaizmlər
B) ümumişlək sözlər
C) terminlər
D) neologizmlər
E) dialektlər
Hansı sözün tələffüzü 5 səsdən ibarətdir.
A) Səidə
B) Sual
C) Onları
D) Dovşan
E) Əlli
Yazılışı düzgün olan sözləri müəyyən edin.
A) Kostyum, çatışmazlıq
B) Meyl,nəqarət
C) Əşyavi, heyf
D) şillə, buynuzvarı
E) Şer, otel
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top