Tapılan ümumi test sayı : 169

Sözlərdən birinin antonimi yoxdur.
A) balaca
B) yekə
C) xırda
D) qaya
E) gözəl
Hansı qeyri-müəyyən miqdar sayından sora gələn isimlər cəmdə olur?
A) az, bir qədər
B) xeyli, beş-altı
C) mən, sən
D) bir qədər, bir az
E) bir sıra, bir çox
Aşağıdakı sözlərdən biri yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən kökünün son saitini itirən alınma sözdür
A) ovuc
B) sinif
C) fikir
D) qarın
E) ağıl
Ahəng qanunu nəyə deyilir?
A) Sözdə bir saitin o birinə nisbətə daha qüvvətli deyilişinə
B) Sözdə qalın və ya incə saitin bir birini izləməsinə
C) Əks mənalı sözlər
D) Sözün asanlıqla bölünə bilən hissəsinə
E) Deyilişi və yazılışı eyni olan, mənası fərqli olan sözlər
Hansı söz çoxmənalıdır?
A) radio
B) daraq
C) dil
D) stul
E) vedrə
Hansı sözü həm mənsubiyyət şəkilçili, həm də mənsubiyyət şəkilçisiz söz kimi düşünmək olar?
A) qələmim
B) sirrim
C) taleyim
D) dərdim
E) bağçam
Hansı frazeoloji birləşmədir?
A) qızıl sırğa
B) qızıl üzük
C) qızıl payız
D) qızıl saat
Ümumişlək olmayan söz hansıdır?
A) dəftər
B) ev
C) telefilm
D) kitab
E) sərin
"Çimərlik" sözünün fonetik təhlili ilə bağlı doğru cavabı göstərin.
A) Ahəng qanununa tabe deyil
B) sözdə iki [r] samiti var
C) [k]-kar samitidir, cingiltili qarışığı [g] samitidir
D) vurğusu ikinci hecaya düşür
E) sözdəki [m], [r], [l] cingiltili, [c], [k] kar samitlərdir
Əvvəl-axır sözləri:
A) paronimdir
B) omoformdur
C) omonimdir
D) antonimdir
E) sinonimdir
Bunlardan biri mürəkkəb söz deyil:
A) kitabxana
B) ayaqqabı
C) dörd yüz otuz səkkiz
D) balaca-balaca
E) xırda-xırda
Hansı söz ahəng qanununa tabe deyil?
A) qardaş
B) bacı
C) qayçı
D) mahir
E) yağış
“Döyüşkən əsgərlərimiz qorxu bilmədən düşmən mövqeyinə tərəf irəliləyirdilər” cümləsində neçə düzəltmə söz işlənib?
A) 5
B) 1
C) 3
D) 2
E) 4
Hansı ümumişlək söz deyil:
A) hava
B) ev
C) çay
D) qənbər
E) həyət
Dialekt sözləri göstərin
A) Telefon, mikrofon
B) Nəfəslik, çağdaş
C) İnternet, printer
D) Nalça, ələrdan
E) anarı, becid
Vurğunun yerini dəyişməklə mənası dəyişən sözü göstərin:

A) Qaçqın
B) Dərya
C) Axın
D) Tərtəmiz
E) Diktor
Biri düzəltmə söz deyil:
A) Çarıq
B) Yamaq
C) Yırtıq
D) Qoruq
E) Sarıq
Fonetika bəhsinə aid terminlər hansı cərgədədir?
A) omonim, sinonim, alınma sözlər
B) sait, samit, heca, vurğu
C) kök, şəkilçi, başlanğıc forması, kar samitlər
D) ahəngə tabe olmayan sözlər, təkmənalı sözlər, antonim
Qalın saitlər başqa cür adlanır;
A) Dodaqlanan
B) Qapalı
C) Arxa
D) Açıq
E) İncə
“Tappıltı” sözünü fonetik təhlilindəki səhvi göstərin:
A) Ahəng qanuna tabedir
B) Samitlərin 2-si kar və 2-si cingiltilidir
C) 8 səs və 8 hərfdən ibarətdir
D) Yazılışı ilə deyilişi fərqlənir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top