Tapılan ümumi test sayı : 169

Həyət-həyat,əsr-əsir,atlas-atlaz sözləri hansı leksik məna qrupuna aiddir?
A) sinonim
B) neologizm
C) paronim
D) antonim
E) omonim
sər{mək} sözünə hansı cərgədəki qrammatik şəkilçilər qosulduqda vurğusu 1-ci hecada qalır
A) -sin,-ək
B) -mə,-in
C) -məli,-əsi
D) -di,-ir
E) -sə,-sən
Saiti uzun tələffüz olunan milli sözlər hansılardır?
A) şövq, zövq
B) qovurma, doğma
C) dovğa, ovuşdurmaq
D) məktəb, tədris
E) xalqım, irqi
Hansı cingiltili samitlərin kar qarşılığı yoxdur?
A) B,D,F,G
B) L,O,M,P
C) L,M,N,R
D) L,M,N,P
E) P,K,F,T
İncə saitlər hansılardır?
A) A,i,u,e
B) i,ə,ö,a,o
C) A,ü,o,ö
D) E,ə,i,ö,ü
E) E,e,ə,ö
Hansı xeyir sözünün sinonimidir?
A) iş
B) yox
C) yatmaq
D) zərər
E) fayda
Sözlərdən birində qalın , açıq və dodaqlanan saitin ahəngi gözlənilib.
A) Qarabağlar
B) Odunçuluq
C) Qoruqdakılar
D) Vətənsevərlər
E) Orduxan
Qoşasamitli sözlərdən birini yazılışı ilə tələffüzü fərqlənmir:
A) səkkiz
B) zənnimcə
C) guppultu
D) diqqət
E) hətta
Tərkibində yalnız dodaqlanan qalın saitlər işlənən sözü göstərin.
A) Kitab
B) Ürək
C) Kömür
D) Kino
E) Qoşun
Hansı fikir doğru deyil?
A) Səs uzanması Avropa mənşəli sözlərdə də olur
B) Səs uzanması ilə vurğu heç zaman üst-üstə düşmür
C) Eynicinsli sait qoşalığı olan sözlərin hamısı tələffüzü fərqli olan sözlərdir
D) Beş samit səsin qarşılığı yoxdur
E) Eyni sait qoşalığında səs uzanması tələffüzdə fərq əmələ gətirə bilər
Birində sait qoşalığı tələffüzdə fərq yaratmır?
A) Bioloq
B) Bəraət
C) Bədii
D) Müəyyən
E) Təbiət
Vurğusunun yerini dəyişməklə mənası dəyişən sözü seçin.
A) Stul
B) SAAT
C) Alma
D) Quru
E) Kitab
Ahəng qanununa tabe olan sözü göstərin?
A) fincan
B) stəkan
C) kitab
D) radio
E) alma
Hansı sözün yazılışı düz, tələffüzü səhvdir?
A) Mütəxəssis – ( mütəxəssis)
B) Müsdəsna – (müstəsna)
C) Namünasib –( na:müna:sib)
D) Müsaidə - ( müsa:yidə)
E) Monoloji – ( manaloji)
Qol sözü ilə bağlı hansı fikir səhvdir?
A) İnsan bədəninin bir hissəsidir.
B) Futbol oyununda qapı toruna düşən topa da qol deyilir.
C) Antonimi var.
D) Omonimdir
E) Çoxmənalıdır
Linqvistika nəyi öyrənir?
A) Dilçilik elmini
B) Qrammatikanı
C) Əlifbanı
D) Morfologiya elmini
E) Heç nəyi
Hansı sözdə səsdüşümü , səs uzanması, səsdəyişimi və səsartımı fonetik hadisələrin hamısı var?
A) Təəccüblə
B) Qabiliyyət
C) Səadət
D) Arifanə
E) Dovğa
İqtisadiyyat inkişaf etdikcə nələr yaranır?
A) dialektlər
B) ümumişlək sözlər
C) arxaizmlər
D) neologizmlər
E) terminlər
Hansı sözün tələffüzü 5 səsdən ibarətdir.
A) Onları
B) Səidə
C) Sual
D) Əlli
E) Dovşan
Yazılışı düzgün olan sözləri müəyyən edin.
A) Meyl,nəqarət
B) Şer, otel
C) Kostyum, çatışmazlıq
D) Əşyavi, heyf
E) şillə, buynuzvarı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top