Tapılan ümumi test sayı : 169

Sözlərdən birinin antonimi yoxdur.
A) qaya
B) balaca
C) xırda
D) yekə
E) gözəl
Hansı qeyri-müəyyən miqdar sayından sora gələn isimlər cəmdə olur?
A) bir qədər, bir az
B) bir sıra, bir çox
C) mən, sən
D) xeyli, beş-altı
E) az, bir qədər
Aşağıdakı sözlərdən biri yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən kökünün son saitini itirən alınma sözdür
A) ovuc
B) ağıl
C) sinif
D) fikir
E) qarın
Ahəng qanunu nəyə deyilir?
A) Deyilişi və yazılışı eyni olan, mənası fərqli olan sözlər
B) Sözün asanlıqla bölünə bilən hissəsinə
C) Sözdə bir saitin o birinə nisbətə daha qüvvətli deyilişinə
D) Əks mənalı sözlər
E) Sözdə qalın və ya incə saitin bir birini izləməsinə
Hansı söz çoxmənalıdır?
A) vedrə
B) daraq
C) stul
D) dil
E) radio
Hansı sözü həm mənsubiyyət şəkilçili, həm də mənsubiyyət şəkilçisiz söz kimi düşünmək olar?
A) bağçam
B) dərdim
C) qələmim
D) taleyim
E) sirrim
Hansı frazeoloji birləşmədir?
A) qızıl üzük
B) qızıl payız
C) qızıl sırğa
D) qızıl saat
Ümumişlək olmayan söz hansıdır?
A) dəftər
B) telefilm
C) kitab
D) sərin
E) ev
"Çimərlik" sözünün fonetik təhlili ilə bağlı doğru cavabı göstərin.
A) [k]-kar samitidir, cingiltili qarışığı [g] samitidir
B) vurğusu ikinci hecaya düşür
C) sözdə iki [r] samiti var
D) Ahəng qanununa tabe deyil
E) sözdəki [m], [r], [l] cingiltili, [c], [k] kar samitlərdir
Əvvəl-axır sözləri:
A) sinonimdir
B) paronimdir
C) omoformdur
D) omonimdir
E) antonimdir
Bunlardan biri mürəkkəb söz deyil:
A) balaca-balaca
B) dörd yüz otuz səkkiz
C) xırda-xırda
D) ayaqqabı
E) kitabxana
Hansı söz ahəng qanununa tabe deyil?
A) bacı
B) mahir
C) qardaş
D) yağış
E) qayçı
“Döyüşkən əsgərlərimiz qorxu bilmədən düşmən mövqeyinə tərəf irəliləyirdilər” cümləsində neçə düzəltmə söz işlənib?
A) 2
B) 5
C) 4
D) 3
E) 1
Hansı ümumişlək söz deyil:
A) həyət
B) qənbər
C) çay
D) ev
E) hava
Dialekt sözləri göstərin
A) Nəfəslik, çağdaş
B) anarı, becid
C) İnternet, printer
D) Nalça, ələrdan
E) Telefon, mikrofon
Vurğunun yerini dəyişməklə mənası dəyişən sözü göstərin:

A) Axın
B) Diktor
C) Qaçqın
D) Tərtəmiz
E) Dərya
Biri düzəltmə söz deyil:
A) Qoruq
B) Yırtıq
C) Sarıq
D) Çarıq
E) Yamaq
Fonetika bəhsinə aid terminlər hansı cərgədədir?
A) ahəngə tabe olmayan sözlər, təkmənalı sözlər, antonim
B) omonim, sinonim, alınma sözlər
C) sait, samit, heca, vurğu
D) kök, şəkilçi, başlanğıc forması, kar samitlər
Qalın saitlər başqa cür adlanır;
A) Açıq
B) İncə
C) Qapalı
D) Arxa
E) Dodaqlanan
“Tappıltı” sözünü fonetik təhlilindəki səhvi göstərin:
A) Samitlərin 2-si kar və 2-si cingiltilidir
B) Yazılışı ilə deyilişi fərqlənir
C) Ahəng qanuna tabedir
D) 8 səs və 8 hərfdən ibarətdir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top