Tapılan ümumi test sayı : 82

Hansı cümlədə zaman zərfi işlənmişdir?
A) Mən kənddən dünən qayıtdım
B) Düşmən geri çəkildi
C) O, xeyli danışdı
D) Uşaqlar dərsi diqqətlə dinlədilər
Dördündən biri fərqlidir
A) ötəri
B) içəri
C) irəli
D) geri
Zərflərdən hansında vurğu birinci hecaya düşür?
A) diqqətlə
B) ucadan
C) zorla
D) igidcəsinə
E) gündə
Biri məntiqi pozur:
A) yanıqlı-yanıqlı
B) yeyin-yeyin
C) dərdli-dərdli
D) qəmli-qəmli
E) bikef-bikef
Hansı cümlədə zərf feli bağlamaya aiddir?
A) Mən sakit danışmağı xoşlayıram
B) Maşın sürətlə gedirdi
C) Kişi təəccüblə mənə baxaraq dedi
D) Ucadan danışan oğlan Turaldır
“Əvvəl-axır mən öz arzuma çatacağam”-cümləsində işlənmiş əvvəl-axır mürəkkəb zərfi hansı yolla düzəlmişdir?
A) Eyni sözün təkrarı ilə
B) Yaxın mənalı sözlərin birləşməsi ilə
C) Antonim sözlərin birləşməsi ilə
D) Düzəltmə sözlərin təkrarı ilə
Aşağıdakılardan biri felə aid edilə bilməz:
A) Növ kateqoriyası
B) Şəxs kateqoriyası
C) Ümumi və xüsusi olması
D) Zaman kateqoriyası
İş felləri verilən sıranı göstərin:
A) Getmək, qaçmaq, gəlmək
B) Tikmək, sökmək, kəsmək
C) Anlamaq, fikirləşmək, ağarmaq
D) Söyləmək, danışmaq, demək
Fel düzəldən şəkilçilərin sırasını göstərin:
A) 4, - ca2, -lı4, -la2
B) 2, - lan2, -ır4,-ış4
C) 2, -qın4, -ğın4, -ıcı4
D) 4 –lıq4, -cığaz2, -tı4
Verilənlərdən biri felin şəkilərinə aid deyil:
A) Xəbər
B) əmr
C) şərt
D) icbar
Felin vacib şəkli hansı şəkilçinin köməyi ilə düzəlir?
A) -ası2
B) -malı2
C) -sa2
D) -mış4
Sən bizim ellərin ruhuna bir bax,                                                            Bizdən inciməmiş bir əziz qonaq.                                                                  Nişanlı qızların görüşdən qabaq,                                                                       Telini saymağı yadıma düşdü. (S.Vurğun)                                                     Neçənci misrada nəqli keçmiş zamanda işlənmiş fel var?
A) 3-cü
B) 1-ci
C) 4-cü
D) 2-ci
“Tez yat, oğlum,                                                                                 Qalma oyaq.                                                                                          Uç, gəl səhər,                                                                                          Mənə qonaq” (T.Elçin)                                                                             Şeir nümunəsində neçə fel işlənib?
A) 2
B) 5
C) 3
D) 4
Tərkibi əvəzliklərin verildiyi sıranı müəyyən edin:
A) Heç kim, heç kəs, hər şey
B) Biri, birisi, kimi
C) Bütün, kimsə, kimisi
D) Mən, sən, biz
Təyini əvəzliklərin sırasını göstərin:
A) Bütün, filan, öz
B) Bu, elə, belə, həmin
C) Biri, birisi, nə isə
D) Mən, sən, o
İşarə əvəzlikləri əsasən hansı nitq hissələrini əvəz edir?
A) İsmi, sayı
B) Sifəti, zərfi
C) İsmi, sifəti
D) Sifəti, əvəzliyi
“ Kimsə dənizə düşdü ” cümləsində əvəzliyin mənaca növünü göstərin:
A) Şəxs
B) Sual
C) Qeyri – müəyyən
D) İşarə
Əvəzliyin hansı məna növü bütün əsas nitq hissələrini əvəz edə bilər?
A) Qeyri – müəyyən əvəzliklər
B) İşarə əvəzlikləri
C) Təyini əvəzliklər
D) Sual əvəzlikləri
Öz əvəzliyi əvəzliyin hansı məna növünü də əvəz edə bilər?
A) şəxs əvəzliyini
B) işarə əvəzliyini
C) sual əvəzliyini
D) təyini əvəzliyi
Aşağıdakı əvəzliklərdən hansılar yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır?
A) o, bu
B) sən, kim
C) hər, öz
D) bəzi, elə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top