Tapılan ümumi test sayı : 82

Hansı sözdə nöqtələrin yerinə “g” hərfi yazılmalıdır?
A) öl...ün
B) seç...i
C) sürüş...ən
D) kəs...in
E) bit...i
Biri məntiqi cəhətdən fərqlidir:
A) daxili
B) elmi
C) badamı
D) tarixi
E) dairəvi
“Azərbaycan-ulu yurdum, şöhrət tacım, mərd diyarım,               Bayrağının üç rəngində yuva qurub arzularım,                       Tarixlərdən gələn səsin iftixarım, şah vüqarım,                               Daim yaşa, var ol sən!                                                                           Ağ günlərə yar ol sən!!"(V.Babanlı)                                                                                                                                                                                     Bu şeir parçasında neçə sifət işlənmişdir?
A) 5
B) 4
C) 2
D) 3
E) 1
Sözlərdən birinin tərkibindəki şəkilçini həm leksik, həm də qrammatik şəkilçi hesab etmək olar.
A) dairəvi
B) tarixi
C) inqilabi
D) xurmayı
Cümlələrin birində adi dərəcəyə aid sifət işlənmişdir.
A) Ən gözəli mənimdir.
B) Firuzə açıq-göy rəngli qiymətli daşdır.
C) Sarışınlar mənim xoşuma gəlmir.
D) Mən kitabxanadan maraqlı kitab aldım.
Adlardan isim düzəldən şəkilçilər:
A) -cıq4, -ça2, -ğə
B) - ma2, -ıntı4, -laq2
C) -daş, -tı4, -lıq4
D) -çı4, -ov, -ıstan4
Mücərrəd isimləri göstərin:
A) Sevinc, kədər, dəftər
B) Yoldaşlıq, dostluq, sevgi
C) Daş, çörək, kitab
D) Boyun, burun, qəm
“ Məktub Arazadır ” cümləsi ismin hansı halındadır?
A) Adlıq hal
B) Çıxışlıq hal
C) Yönlük hal
D) Yiyəlik hal
Mənsubiyyət şəkilçili ismi göstərin:
A) Kitabım
B) Gedirəm
C) Gəlin
D) Məndədir
Biri həm isim, həm də sifət düzəldən şəkilçidir:
A) 2
B) 4
C) 4
D) 4
Biri həm isim, həm də sifət düzəldən şəkilçidir
A) - ma2, -ıntı4, -laq2
B) -cıq4, -ça2, -ğə
C) -daş, -tı4, -lıq4
D) -çı4, -ov, -ıstan4
E) -ış4
Hansı sözə həm hal həm də mənsubiyyət şəkilçisi artırdıqda son saiti düşmür?
A) Fəsil
B) Ətir
C) Cisim
D) Könül
E) Şəkil
Hansı  sıradakı  şəkilçilər feldən  isim  düzəldir?
A) -ça2, -ma2
B) -cıq4, -daş
C) -q, -cığaz4
D) 4,  -c
Hansı konkret isimdən mücərrəd isim düzəltmək olar?
A) itburnu
B) ana
C) yazıçı
D) meydança
E) ürək
Bu sözlərdən hansının tərkibində dörd cür yazılan şəkilçi var?
A) yataq
B) kitabxana
C) yazı
D) süpürgə
Toplu isimlərdən hansılar cəm şəkilçisi qəbul etmir?
A) sürü, dəstə
B) xalq, ilxı
C) qoşun, əhali
D) camaat, əhali
Biri mücərrəd isim deyil:
A) yuxu
B) sevinc
C) həyəcan
D) xeyirxah
Biri mürəkkəb addır:
A) Şəhidlər xiyabanı
B) Gülnar
C) Ağakərim
D) Həsənağa
E) Ağdam
Pərişan halın oldum, sormadın halı-pərişanın,                         Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanın.                                  Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım?                                Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! (M.Füzuli)                   Şeirdə I şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş neçə söz işlənmişdir?
A) 4
B) 8
C) 6
D) 5
E) 7
Az və ya çox söz yaratmaq qabiliyyətinə görə isim düzəldən şəkilçilər neçə yerə ayrılır?
A) 2
B) 4
C) 5
D) 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top